Məhkəmə qərarları › İş №2(049)-4148/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4148/2025

19.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4148/2025 19.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «2630 manat təbiətə dəymiş ziyan» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hazırlıq iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «2630 manat təbiətə dəymiş ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin ilk hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə barədə iddiaçıya qeydyyat ünvanı üzrə rəsmi qaydada-poçt vasitəsi ilə (elektron poçt izləmə portalına əsasən xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.) bildiriş göndərilmiş, lakin iddiaçı tərəf (səlahiyyətli nümayəndə) məhkəmə iclasına gəlməmişdir. Bundan sonra məhkəmənin hazırlıq iclası təxirə salınaraq 19 dekabr 2025-ci il tarixə təyin edilmiş və bu barədə yenidən iddiaçıya qeydyyat ünvanı üzrə qanunla müəyyən edilmiş qaydada (poçt vasitəsi ilə (elektron poçt izləmə portalına əsasən xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.)) bildiriş göndərilmiş, lakin iddiaçı tərəf (səlahiyyətli nümayəndə) məhkəməyə gəlməmiş, həmçinin məhkəmənin hazırlıq iclasında iştirak etməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək 2(049)-4148/2025 saylı mülki işin baxılmamış saxlanılmasına etiraz etmədyini göstərmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edib, onlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «2630 manat təbiətə dəymiş ziyan» tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

6. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 259.0.7. İşə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı «2630 manat təbiətə dəymiş ziyan» tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar