Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-415/2024 22.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bədəlova X5 Sadiq Dadaş oğluna qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 17 iyul 2012-ci il tarixdə anadan olmuş X2 və 18 may 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yasına çatanadək saxlanılmaları üçün Lənkəran rayon məhkəməsinin 05 senıyaor 2022-ci ıl tarixli qətnaməsi ilə müəyyən olunmuş və cavabdehdən tutulan aliment məbləğinin artırılaraq, bir uşaq üçün 225 manat olmaqla hər ay iki uşaq üçün ümumilikdə 450 manat sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonu, Şovu kəndində yaşayır, iş üzrə cavabdeh X7 ilə 2011-ci il tarixdə ailə qurmuşdur. Nikahları 12 iyul 2012-ci ildə tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahılarından 17 iyul 2012-ci il tarixdə Taleh adlı və 18 may 2014-cü ıl tarixdə isə Turanə adlı övladları anadan olmuşdur. Cavabdeh ilə ailə həyatlarının ilk dövrləri normal olmuş və mehriban yaşamışılar. Ailə qurduqdan sonra məlum olmuşdur ki, ailə qurarkən bir-birilərini yaxından tanımamış və bir- birlərinin xasiyyətinə bələd olmamışılar. Cavabdehin ailəyə qarşı yaranan soyuq münasibəti, onu öz həyat yoldaşı kimi görməməsi, səbəbsiz yerə döyüb təhqir etməsi nəticəsində aralarındada narazılıqların yaranması onların ailə münasibətlərinə son qoymuş və 05 sentyabr 2022-ci il tarixində Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Və həmin qətnaməyə əsasən X3 25 fevral 2022-ci il tarixdən başalayaraq 17 iyul 2012-ci il tarixdə anadan olmuş X2 və 18 may 2014-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla hər ay iki uşaq üçün 300 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda övladılarının saxlanması üçün əvvəlki qətnamədə qeyd edilən aliment övladılarının aylıq vacib tələbatlarını ödəməyə yetmir. Üşağın təlim və tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını da ödəmək tək qadın olaraq ona çox çətindir. Uşaq böyüdükcə maddi ehtiyacları və gündəlik tələbatları artmış, həmçinin uşaq üçün ərzaq, geyim, məktəb ləvazimatları və dərsliklər böyük xərc tələb edir. Bildirmək istəyir ki, bir məktəbli uşağın hər ayda xərci 300-350 manat həddinə çatır, lakin cavabdeh uşağın bu ehtiyaclarına qarşı heç bır diqqət və qayğı göstərmir və hətta aliment belə ödəmək istəmir. Ölkə, qanunvericiliyi daima artmaqda olan qiymətləri nəzərə alaraq uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu hər il artırır. Cavabdeh özünü işləməyən kimi qələmə vermək üçün rəsmi olaraq hec bır yerdə işləmir, yəni qeyri rəsmi işləyir. Lakin özünə məxsus obyektləri var, lakin boşanmadan sonra həmin obyektləri başqa adamın adına keçirmişdir ki, məcburi icra tədbiri olduğu halda həmin obyektlərə kimsə həbs qoymasın və ya hərraca çıxara bilməsin. Halbukı həmin obyektlər birgə nikah, dövründə tikilmişdir. Sözügedən obyektləri gizli olaraq icarəyə verilir və oradan gəliri əldə edir. Halbukı onun özünə görə imkanı var ki, təyin olunmuş alimentdən də çox miqdarda öz övladına maddı xərclər sərf edə bilər, lakin o, bunu könüllü etmir. Özü də idaçıya deyir kı, varımdır, vermirəm, heç kəs də ona heç nə edə bilməz, icra məmuru da onu çağıranda özünü elə göstərir ki, guya o sözləri o, deməyib, guya onun pulu yoxdur. Bunlar hamısı onun bir oyunudur. Bütün kənd hamı bilir ki, sözügedən obyektlər hamısı cavabdehə məxsusdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, o, fərdi sahibkarka əmək müqaviləsi bağlayaraq anbardar vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Məhkəmə qətnaməsi ilə ona təyin edilmiş alimenti vaxtında ödəyir. Aliment məbləği artırılacağı təqdirdə həmin məbləği ödəmək imkanı olmayacaqdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - İddiaçıdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-1503/2021 saylı qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı xeyrinə iki uşaq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutulması qət edilmişdir. Qeyd edilən qətnamə əsasında tərəflər arasında olan rəsmi nikah pozulmuşdur. İş materiallarında əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh vaxtamuzd anbardar vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində cəmi 300 manat məbləğində alimentin tutulmasına Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-1080/2022 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanılması üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-1080/2022 saylı qətnaməsi öz qüvvəsini itirir və ona görə də, hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-1080/2022 saylı qətnaməsi ilə tutulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü ŞərbətzadəTaleh Sadiq oğlu yetkinlik yaşına çatanadək saxlanmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-415/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-415/2024
22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver