Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-416/2024 13.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «uşaqla ünsiyyətə olan maneənin aradan qaldırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran ŞİHB-nın Qəyyumluq və Himayəçilik Komissiyasını 02 noyabr 2023-cü il tarixli rəyi ilə nəvəsi ilə nənənin ünsiyyətdə olmağı barədə rəy üzrə ünsiyyət hüququnun həyata keçirilməsinə törədilən maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum qızı X7 ilə iş üzrə Cavabdeh ilə ailə qurub evlənmiş və birgə nikahlarından 24 may 2018-ci il tarixdə X2 adlı bir övladları dünyaya gəlmişdir. Qızı, yəni Fatimənin anası X7 09 yanvar 2022-ci il tarixdə Lənkəran rayonu, Havzava kəndində vəfat etmiş və bu barədə xx.xx.2022-ci il tarixdə AZ-İİ № 245085 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Qızı vəfat edəndən sonra nəvəsi X2 atası Cavabdeh himayəsinə verilmişdir. Qızı vəfat edəndən sonra nəvəsi Fatimənin atası hazırki iş üzrə cavabdeh nəvəsi ilə ünsiyyətdə olmağına etiraz etməklə onun onunla ünsiyyət saxlamağına maneə yaratdığından məcbur qalıb Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Həmin Komissiya onun müraciətinə xx.xx.2023-cü il tarixdə baxaraq Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62-cı maddəsinə əsasən nəvəsi 24 may 2018-ci il təvəllüdlü X4 nənəsi İddiaçı ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 18:00-dək, eləcə də uşağın ad günü, Yeni İl, Novruz, Qurban və Ramazan Bayramlarının 2-ci günlərində saat 10:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmin rəylə iş üzrə Cavabdeh tanış olmasına və onunla nəvəsi Fatimə Abdullayeva arasında ünsiyyətin həyata keçirilməsini təmin etməli olmasına baxmayaraq o, onların arasında ünsiyyət hüquqları məhdudlaşdırmaqla Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmiş 24 may 2018-ci il təvəllüdlü Abdullayeva Fatimə qizinin nənəsi İddiaçı ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 18:00-dək, eləcə də uşağın ad günü, Yeni İl, Novruz, Qurban və Ramazan Bayramlarının 2-ci günlərində saat 10:00-dan 18:00-dək ünsiyyətdə olmasına maneə yaratdığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirib ki, iddiaçının iddia tələbini qəbul edir, iddianın təmin olunmasına heç bir etirazı yoxdur. TƏDQİQ EDİLƏN SÜBUTLAR: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 24 may 2018-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. X3, atası Cavabdehdur. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının qəyyumluq və himayəçilik komissiyasının 01 noyabr 2023-cü il tarixli qərarından görünür ki, 24 may 2018-ci il təvəllüdlü X1 nənəsi İddiaçı ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan – 18:00-dək, eləcə də ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının İİ (ikinci) günlərində saat 10:00dan – 18:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli AZ-İİ 245085 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Qeyd olunan Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, 24 may 2018-ci il təvəllüdlü X1 nənəsi İddiaçı ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan – 18:00dək, eləcə də ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının İİ (ikinci) günlərində saat 10:00-dan – 18:00-dək ünsiyyətdə olmaq hüququna Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd olunur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd e tibarsızdır. Həmin Qanunun 17-ci maddəsinə görə valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi tə sir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Hazıki işin hallarından da müəyyən olunur ki, 24 may 2018-ci il təvəllüdlü X1 anası X5r, sonuncu xx.xx.2000-ci il tarixdə doğulmuş, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Buna görə də məhkəmə hesab edir ki, 24 may 2018-ci il təvəllüdlü X1 nənəsi İddiaçı ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan – 18:00-dək, eləcə də ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının İİ (ikinci) günlərində saat 10:00-dan – 18:00dək ünsiyyətdə olma hüququ müəyyən edilməlidir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənələrə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 24 may 2018-ci il təvəllüdlü X1 nənəsi İddiaçı ilə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının qəyyumluq və himayəçilik komissiyasının 01 noyabr 2023-cü il tarixli qərarı ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan – 18:00-dək, eləcə də ad günü, Yeni il, Novruz, Qurban və Ramazan bayramlarının İİ (ikinci) günlərində saat 10:00-dan – 18:00dək ünsiyyətdə olmaq hüququna Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradırılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-416/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-416/2024
13.02.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver