Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4237/2025 19.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3815 manat məbləğində pulun, iddia ərizəsinin tərtib etdirmək üçün ödədiyi 150 manat məbləğində pulun və 58.55 manat dövlət rüsumunun, cəmi 4023.55 manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırmışdır ki, xx xxxxxx 1984-cü il tarixdə Lənkəran rayonu, Rvo kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə həmin kənddə özümə məxsus fərdi yaşayış evində yaşayır. Özü Meşə İdarəsində meşə gözətçisi vəzifəsində işləyir. Cavabdeh də onunla birlikdə işləyir. Cavabdeh 2024-cü ilin avqust ayında onun yanına gələrək ondan 2000 manat məbləğində borca pul istədi. Həmin vaxtı onda onun dediyi miqdarda pul olmadığı üçün dedi ki, “mənim sənin dediyin miqdarda pulum yoxdur.” O isə dedi ki, “pul təcili lazımdır mənə, sən tap ver, mən sonra sənə qaytararam”. O da onu tandığı üçün, iş yoldaşı olduğu üçün və təcili pula ehtiyacı olduğu üçün onu düşdüyü çətin vəziyyətdən çıxartmaqdan ötrü dedi ki, “onda öz adıma bankdan sənin istədiyin məbləğdə kredit götürərəm, sən ödəyərsən”. O, Cavabdeh ilə razılaşmış və o da "xxxx" ASC-nin Lənkəran filialına yaxınlaşaraq orada kredit müqaviləsi bağlamış və oradan ona kart verilmişdir. O da kartdan Cavabdeh dediyi 2000 manat məbləğində pulu çıxardaraq aparıb, sonuncuya vermişdir. Cavabdeh 2000 manat pulu alandan sonra dedi ki, “bir ay müddətində borcu qaytaram”. Lakin o, bir ay tamam olandan sonra ondan aldığı 2000 manat pulu qaytarmadığından o, kartdan götürdüyü 2000 manat pulu karta qaytara bilmədiyi üçün bu günkü günə kimi hər ay 121 manat faiz pulu ödəyir. Dəfələrlə ondan pulunu geri istəsə də, hər dəfə ondan vaxt istəməklə borca aldığı 2000 manat pulu verməkdən yayınır. O da aldandığını başa düşüb, bununla bağlı şikayət ərizəsi ilə Lənkəran ŞRPŞ-yə müraciət etmiş, orada onun şikayəti əsasında araşdırma aparılarkən onun kəndin sahə müvəkkili cavabdehi çağırıb, ondan izahat alanda bildirdi ki, o da borca aldığı 2000 manat pulu başqasına vermiş, hələ qaytarmır, nə vaxt qaytarsa, onda o da qaytararacaqdır. Polis sahə müvəkkilidə şikayət ərizəsi üzrə araşdırmanın mülki xarakterli olduğunu deyərək mülki qaydada məhkəməyə müraciət etməli olduğu barədə ona məktub verdi. Hazırda Cavabdeh ona verdiyi 2000 manat pulu qaytarmaqdan yayındığı üçün o, artıq 1815 manat məbləğində banka faiz ödəmişdir. Ona görə də, o, hüquqi savadı olmadığı üçün məcbuiyyət qarşısında qalaraq 150 manat məbləğində vəkilə pul verib, iddia ərizəsini tərtib etdirib, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdiyi hallar Lənkəran Rayon-Şəhər Polis Şöbəsi tərəfindən ona verilmiş 05 noyabr 2025ci il tarixli məktubla və məhkəməyə gətirəcəyi şahidlərin ifadələri ilə təsdiq olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərdiklərinə və ona verilmiş suallara əsasən bildirmişdir ki, 2024-cü ilin avqust ayında Cavabdeh sonuncunun yaşadığı evin qapısının qarşısında 2000 manat pul vermişdir. Həmin pul vəsaitini keditə götürərək iş yoldaşı kimi İlhamın xahişi ilə ona vermişdir. Pul verdiyi zaman X5, X2 və X3 bu hadisəyə şahid olmuşlar. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatlarında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Özü əmək haqqı alır və həmin əmək haqqına uyğun olaraq kredit götürə bilər. İddiaçı ilə iş yoldaşı kimi münasibəti var. Lakin heç vaxt Fuada onun üçün kredit götürüb verməsini deməmişdir. Özü və həyat yoldaşından başqa heç kimi yoxdur. Sonsuz insandır. Aldığı əmək haqqı ona və həyat yoldaşına yetir. İki ədəd kartı vardır. Əgər ehtiyacı olsa özü kredit götürüb ehtiyaclarına xərcləyər. Ümumiyyətlə İddiaçı 2025-ci ilin avqust ayında onların qapısına və ya evinə gəlməyibdir. Fuad 2025-ci ilin iyul ayında onların qapısına gəlmiş və bunun səbəbi də ağacların sulanması ilə bağlı olmuşdur. Anten dairəsinin müəyyən edilməsi üçün sorğu verilməsinə də razıdır. Təqdim etdiyi şahidlər də yalan danışırlar. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Osaküçə kəndində ağac əkmə ilə əlaqədar Fuadı tanımışdır. 2024-cü ilin avqust ayında bazarda yerləşən Refem marketdən bazarlıq etdikdən sonra Fuadla qarşılaşmışdır. Fuad ona onu da yaşadığı ünvana apara biləcəyini bildirmişdir. Özü və həyat yoldaşı Səbinə Fuadın idarə etdiyi qızımızı rəngli VAZ 2107 markalı avtomobilə arxa oturacaqlarda əyləşmişlər. Həmin zaman saat 11-12 radələri olmuşdur. Fuad Bankdan götüdüyü 2000 manat pulu Lənkəran rayonu Aşağı Nüvədi kəndində dotuna verəcəyini, bundan sonra onları Kərgəlan kəndinə aparacağını bildirmişdir. Bundan sonra Qədir gəlmiş və qabaq oturacaqda əyləşmişdir. Aşağı Nüvədi kəndində körpünü keçdikdən sonra İlhamgilin evinə çatmışlar. Qədir avtomobildən düşüb avtomobilin arşısında pulu sayıb İlhama vermişdir. Onlar İlhamın yaşadığı Aşağı Nüvədi kəndinə Şiləvar kənd yolu ilə getmişlər. İlkin Məmmədov verilmiş suallara qeyri müəyyən, təzadlı, bir-birini tamamlamayan cavablar vermişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, həyat yoldaşı İlkin ilə bazarda bazarlıq etdikdən sonra, İlkin Fuadla qarşılaşmış, Fuad onlara yaşadııqları evə onları avtomobili ilə apara biləcəyini demişdir. Fuadın maşınına əyləşmişlər. Fuad ilk öncə Aşağı Nüvədi kəndinə gedib dostuna pul verəcəyini, sonra onları yaşadıqları Kərgəlan kəndinə aparacağını bildirmişdir. Bundan sonra adını ndi bildiyi Qədir adlı şəxs gəlib ön oturacaqda əyləmişdir. Fuada yolda zəng gəlmiş, həmin zaman Fuad avtomobildə 2000 manat pul saymışdır. Pulun özünü görməmiş, lakin səsli saydığından 2000 saıldığını eşitmişdir. Aşağı Nüvədi kəndində Baba şadlıq sarayının yaxınlığında Fuad avtomobildən düşüb 2000 manat pulu İlhama vermişdir. Səbinə Kərimzadə verilmiş suallara qeyri müəyyən, təzadlı, bir-birini tamamlamayan cavablar vermişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, 2025-ci ilin yaya aylarında Fuadla bazarda Access Bankın yaxınlığında qarşılaşmışlar. Həmin zaman saat 16 radələri olmuşdur. Fuad ona onu da evə aparıb qoya biləcəyini bildirmişdir. Bu zaman o, Fuadın idarə etdiyi qırmızı rəngli VAZ 2107 markalı avtomobilə əyləşmişdir. Access Bankın qarşısında Fuad onun yanında həmin bankdan götürdüyü pulu saymış və pul 100 manatlıq əskinaslarla 2000 manat olmuşdur. Bundan sonra avtomobilə İlkin və həyat yoldaşı Səbinə minmiş və arxa oturacaqlarda əyləşmişlər. Avtomobildə hər hansı pul sayılmayıbdır. Onlar İlhamın yaşadığı Aşağı Nüvədi kəndinə Sütəmürdov kənd yolu ilə getmişlər. X11 2000 manat pul vermişdir. Qədir Quliyev verilmiş suallara qeyri müəyyən, təzadlı, bir-birini tamamlamayan cavablar vermişdir. X1, X2 və X3 çarpaz dindirmə zamanı avtomobilə ilk öncə kimin əyləşməsi, avtomobildə pulların sayılıb-sayılmaması, pulun miqdarı, Lənkəran rayon Bazarında saat neçədə avtomobilə əyləşmələri, Aşağı Nüvədi kəndinə hansı yolla hərəkət etmələri, Cavabdeh evinin yerləşdiyi ərazi ilə bağlı ziddəyyətli ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən İddiaçı adına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Lənkəran ŞRPŞ-ya ünvanlanmış ərizə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırılma aparılmış, qeyd olunan faktla bağlı aparılan araşdırma zamanı hər hansı bir cinayət xarakterli əmələ və inzibati xətaya yol verilməsi hallarının olması müəyyən olunmamış və toplanmış material rayon polis şöbəsində işə alınmışdır. Müraciətdə qeyd olunan şikayət ilə əlaqədar aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən X4 adına ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, Lənkəran ŞRPŞ-ya ünvanlanmış ərizə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırılma aparılmış, qeyd olunan faktla bağlı aparılan araşdırma zamanı hər hansı bir cinayət xarakterli əmələ və inzibati xətaya yol verilməsi hallarının olması müəyyən olunmamış və toplanmış material rayon polis şöbəsində işə alınmışdır. Müraciətdə qeyd olunan şikayət ilə əlaqədar aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. "xxxx" Açıq Səhmdər Cəmiyyətindən (xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək) MC BirBank CashBack (52391517****8820) ödəniş kartı üzrə çıxarışdan görünür ki, 2024-cü il üzrə: 26 avqustda kartdan 20 AZN və 64 AZN nağdlaşdırılıb. 29 avqustda hesaba 102 AZN mədaxil edilib, lakin həmin gün 100 AZN nağdlaşdırılıb. 30 avqustda kartdan 398 AZN nağdlaşdırılıb. 2 sentyabrda kartdan 30 AZN nağdlaşdırılıb. 3 sentyabrda kartdan 20 AZN nağdlaşdırılıb. 4 sentyabrda kartdan 120 AZN nağdlaşdırılıb. 5 sentyabrda kartdan əvvəl 100 AZN, daha sonra 568 AZN nağdlaşdırılıb. 4 oktyabrda hesaba 40 AZN mədaxil edilib. 7 oktyabrda hesaba 60 AZN mədaxil edilib. 9 oktyabrda kartdan 30 AZN nağdlaşdırılıb. 10 oktyabrda kartdan 50 AZN nağdlaşdırılıb. 16 oktyabrda kartdan 600 AZN nağdlaşdırılıb. 18 oktyabrda kartdan 47 AZN nağdlaşdırılıb. 5 noyabrda 19.13 AZN faiz borcu silinib və hesaba 300 AZN mədaxil edilib. 6 noyabrda hesaba 300 AZN mədaxil edilib. 7 noyabrda kartdan 70 AZN nağdlaşdırılıb. 14 noyabrda hesaba 30 AZN mədaxil edilib və 530 AZN nağdlaşdırılıb. 4 dekabrda 54.40 AZN faiz borcu silinib. 5 dekabrda hesaba 150 AZN mədaxil edilib. 10 dekabrda kartdan 94 AZN nağdlaşdırılıb. 2025-ci il üzrə: 10 yanvarda 36.59 AZN faiz borcu silinib və hesaba 121 AZN mədaxil edilib. 13 yanvarda kartdan 80 AZN nağdlaşdırılıb. 10 fevralda 56.18 AZN faiz borcu silinib. 11 fevralda hesaba 150 AZN mədaxil edilib. 13 fevralda kartdan 94 AZN nağdlaşdırılıb. 10 martda 44.47 AZN faiz borcu silinib. 11 martda hesaba 121 AZN və 5 AZN (cəmi 126 AZN) mədaxil edilib, həmçinin 80 AZN nağdlaşdırılıb. 18 martda 39.82 AZN faiz borcu silinib. 19 martda hesaba 2042 AZN mədaxil edilib. 1 apreldə kartdan beş dəfə nağdlaşdırma edilib: 200 AZN, 300 AZN, 300 AZN, 100 AZN və 1088 AZN. 7 apreldə hesaba 121 AZN mədaxil edilib və 103 AZN nağdlaşdırılıb. 5 mayda hesaba 121 AZN mədaxil edilib, ardınca 30 AZN və 87 AZN nağdlaşdırılıb. 5 iyunda hesaba 121 AZN mədaxil edilib. 10 iyunda kartdan 119 AZN nağdlaşdırılıb. 14 iyulda 0.70 AZN ödəniş edilib, 115.27 AZN faiz borcu silinib və hesaba 130 AZN mədaxil edilib. 24 iyulda hesaba 62.56 AZN ödəniş daxil olub. 28 iyulda kartdan 76 AZN nağdlaşdırılıb. 13 avqustda 0.10 AZN ödəniş edilib. 18 avqustda 45.10 AZN faiz borcu silinib, hesaba 125 AZN mədaxil edilib və 78 AZN nağdlaşdırılıb. 4 sentyabrda 46.57 AZN faiz borcu silinib və hesaba 121 AZN mədaxil edilib. 8 sentyabrda kartdan 62 AZN nağdlaşdırılıb. 14 oktyabrda 0.10 AZN ödəniş edilib və 47.96 AZN faiz borcu silinib. 15 oktyabrda hesaba 130 AZN mədaxil edilib və 80 AZN nağdlaşdırılıb. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrdə göstərilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə təqdim edilmiş bütün subutları nəzərdən keçirərək qeyd edir ki, iddiaçı tərəfindən iddianın əsasını təşkil edən sübutlar: şahid ifadələri və bank çıxarışından ibarətdir. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi şahidlərin ifadələri ümumiyyətlə nəyinki sübut kimi qəbul edilə bilməz, şahid ifadələrinin özləri bir-biri ilə tam şəkildə təzadlı və ziddiyyətlidir. Bir şahidin qeyd etdiyi ifadəni digər şahid tamamilə başqa şəkildə göstərir, izah edilir, verilmiş suallara uyğun olmayan bir-birini tamamlamayan cavablar verir. Bu səbəbdən də məhkəmə qeyd edilən şahid ifadələrinə tənqidi yanaşır və sübut qismində qəbul etmir. Digər tərəfdən iddiaçı kredit götürüb borc kimi Cavabdeh 2025-ci ilin avqust ayında 2000 manat pul verdiyini və bunun əsası kimi də bank çıxarışını təqdim etsə də, qeyd edilən sənəd də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, qeyd edilən çıxarış xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edir. Qeyd edilən dövrdə bir gün ərzində bir dəfəyə və ya bir neçə dəfəyə, ümumiyyətlə bir neçə gün aralığı ilə də olsa bir və ya bir neçə dəfəyə 2000 manat pulun kartdan məxaric edilməsi müəyyən edilmir. 2025-ci ilin avqust ayında isə qeyd edilən kartdan 45,1, 78 və 2 manat olmaqla cəmi 125,1 manat pul çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı bor olaraq verdiyi 3815 manat, iddia ərizəsinin tərtib etdirmək üçün ödənilmiş 150 manat və 58.55 manat dövlət rüsumu olmaqla, cəmi 4023.55 manat məbləğində pulun Cavabdeh alınıb, İddiaçı qaytarılması barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 58.15 manat məbləğdə pul İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-4237/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4237/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver