Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4289/2023 24.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - İddiaçı Cavabdeh Müqbariz qızına qarşı evə qeydiyyata salınması və yaşamaq hüquqlarının bərpa olunması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri 24 noyabr 2023-cü il tarixdə nəzərdən keçirib , MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh Müqbariz qızına qarşı evə qeydiyyata salınması və yaşamaq hüquqlarının bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir. Onlardan birincisi- onun evə qeydiyyata salınması, ikincisi isə- yaşamaq hüquqlarının bərpa olunmasıdır. İddiaçının 1-ci tələbi iləı bağlı qeyd edirəm ki, həmin tələbə ümumiyyətlə məhkəmədə baxıla bilməz. Belə ki, qeydiyyata salınması üçün şəxs RPŞ-nin müvafiq qurumuna müraciət etməlidir. Əslində hazırda onun bu tələblə hər hansı bir orqana müraciət etməsinə zərurət də yoxdur. Belə ki, onu pasport qeydiyyatına alınmasını istədiyi Lənkəran şəhəri, Qalıyçılar küçəsindəki 21 saylı evdə artqı o, qeydiyyatdadır. Onun ikinci tələbi- yaşamaq hüquqlarının bərpa olunması tələbi qeyri müəyyəndir. Belə ki, onun yaşamaq hüququ Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur. Onun həmin hüququ doğulduğu anda əmələ gəlir və vəfatı ilə başa çatır. Yaşamaq hüququ dedikdə iddiaçının bununla nə demək istədiyini başa düşmək olmur. Onsuzada o artıq yaşayır. Belə olan halda, həmin hüquq necə bərpa olunmalıdır ??? Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin, iddiaçı iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyini fakt və halları təsdiq edən sübutların siyahısını əlavə etməmiş və tələbləri qeyri dəqiqdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən verildikdə hakimi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddiaçının məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçının iddia ərizəsinə öz tələbinin əsası kimi istinad etdiyini təsdiq edən sübutların siyahısını əlavə etməməsi, tələbini dəqiq ifadə etməməsi ərizənin Azərbaycan Respublikası MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPMnin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 50+50 manat, olaqla 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1-ci,152-ci, 263-264cü, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı evə qeydiyyata salınması və hüquqlarının bərpa olunması tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər, eləcə də ödənilmiş 100 manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra geri qaytarılsın. Ona izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(049)-4289/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4289/2023
24.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver