Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4308/2024 29.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı canlı ekspertizanın keçirilməsi və iddiaçıdan tutulan aliment pulunun dayandırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı canlı ekspertizanın keçirilməsi və iddiaçıdan tutulan alimen pulunun dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli məlum qərardadının tələblərinə və tələbkarlığına müvafiq olaraq, DNT analizinin dünya standartlarının tələblərinə müvafiq olaraq, qandan, spermaqramdan, saç tükündən, burun yaxmasından, ağız suyundan müəyyənləşdirilməsini təmin edəcək məhkəmə ekspertizanın keçirilməsindən ötrü, həmin qərardadın tələblərinə müvafiq olaraq ekspertizaya canlı təqdim edilməsi üçün, o zaman qəsdən gəlməmiş iddiaçı tərəfin (Cavabdeh) bu gün məhkəmə ekspertiziya canlı təqdim edilməsini müəyyənləşdirən məhkəmə aktının qəbul edilməsini, bu ekspertizanın nəticə qərarı verilənədək ondan qanunsuz və əsassız tutulan aliment pulunun dayandırılmasına önəm verib, sözügedən, ona məlum edilməyən və bildirilməyən icra vərəqəsinin icrasını dayandırıb təqaüd pulundan hər ay 255 manat aliment pulu tutulmasının qarşınısın alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və və ona əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, Cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi və sabit pul məbləğində aliment tələbinə dair Lənkəran Rayon Məhkəməsinin icraatında iddia tələbi olmuş və həmin iş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilmişdir. Qeyd olunan qətnamədən verilmiş şikayət təmin edilməmiş və yuxarı instansiya məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. Hazırki iddia ərizəsində göstərilən xüsusatlara qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Belə olan halda, iş üzrə İddiaçı məhkəmə qərarı ilə artıq müəyyən edilmiş halları və hüquqi qiymət verilmiş faktları hazırki iddia ərizəsində aydın olmayan ifadələrdən və söz birləşmələrindən istifadə etməklə yenidən mübahisələndirməsi, bir-biri ilə bilavasitə əlaqəsi olmayan tələbləri göstərməklə hər hansı sübutla əsaslandırmaması onu deməyə əsas verir ki, iddiaçı iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş forma və məzmununa riayət etməmiş, həmçinin, qeyrimüəyyən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1637/2024 nömrəli iş üzrə məhkəmə təcrübəsini formalaşdıran qərarında qeyd edilmişdir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcunun olmadığını, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmadığını bildirir, borcun silinməsi ilə bağlı tələbin əsasını onun hər hansı xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Həmçinin, qeyd edilən qərarda göstərilmişdir ki, iddiaçı borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Eyni zamanda, iddiaçı iddia ərizəsində sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün hər hansı miqdarda dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia tələbi üzrə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyinə və qeyri-müəyyən tələblə məhkəməyə müraciət edildiyinə, habelə, tələbə uyğun olaraq müvafiq miqdarda dövlət rüsumu ödənilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada və mülki prosessual qanunvericiliyin tələbinə uyğun şəkildə yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı canlı ekspertizanın keçirilməsi və iddiaçıdan tutulan alimen pulunun dayandırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edilməsinə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-4308/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4308/2024
29.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver