Məhkəmə qərarları › İş №2(049)-431/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-431/2024

02.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-431/2024 02.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X16, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavdehin uşaqların təhsil və müalicə xərclərinə cəlb edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 təhsil xərci üçün 800 manat, xx.xx.2008-ci il tarixdə doğulmuş X4 müalicə xərci üçün isə 1600 manat məbləğində pul və 60 manat mediasiya xərci üçün ödənilmiş pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxaraılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2003-cü ildə Cavabdeh ilə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü Sabir, xx.xx.2005-ci il təvəllüdlü Samirə, xx.xx.2008-ci il təvəllüdlü Mədinə adlı 3 övladı doğulmuşdur. 2015-ci il aprel ayında Lənkəran məhkəməsi vaitəsilə nikahı pozulmuşdur. Himayəsində olan uşaqlara hər biri üçün 75 manat aliment tutularaq onun xeyrinə aliment kəsilmişdir. O, alimentin tutulması qaydasının dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1050/2020 saylı, 11 iyun 2021 tarixli qətnaməsi ilə iddia tələbim qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-2756 saylı, 04 avqust 2015-ci il tarixli qətnaməsi ilə 24 oktybar 2005-ci il tarixdə anadan olmuş X8 və 09 iyun 2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin və Lənkəran Rayon Məhkəməsinin 2(049)-2087 saylı 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2003-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşma çatanadək təyin edilmiş alimentin tutulması qaydası dəyişdirilmiş. 24 oktyabr 2005-ci il tarixdə anadan olmuş X4 09 iyun 2008-ci il tarixdə anadan (X4 və xx.xx.2003-cü il tarixdə doğulmuş X17 yetkinlik yaşna çatanadək saxlanılması üçün hər ay Cavabdeh gəlirlərinin ½ hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda xx.xx.2003 tarixdə doğulmuş X17 və 24 oktybar 2005-ci il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatmışlar. Hazırda 09 iyun 2008-ci il tarixdə anadan olmuş X13 onun himayəsində yaşayır və həmin uşağın alimentinin ödənilməsi qaydasının dəyişdirilməsi tələbi ilə bağlı məhkəməyə iddia vermişdir. xx.xx.2003-cü il tarixdə doğulmuş X17 və 24 oktybar 2005-ci il tarixdə anadan olmuş Əlizad Rizvan qızı yetkinlik yaşına çatmışlar. X2 hazırda tələbədir və Lənkəran Dövlət Universitetir 4-cü kursunda əyani təhsil alır. Onun iliki təhsil ödənişi 1600 manatdır. Oğlu Universiteddə oxuyur əvvəlki illərini ödənişlərini çətinliklədə olsa ödəmişdir. Lakin, sonuncu kursada ödənişləri etməyə çətinlik çəkirş hesab edir ki, cavabdehlə birgə nikahından olan uşağının təhsil xərcinin heç olmssa yarısının ödənilməsində iştirak elməlidir. Lakin, cavabdeh uşağın təhsili xərcinin ödənilməsində ona heç bir maddi köməklik göstərmir. Bundan başqa qızı X13 anadangəlmə qüsurla doğulmuşdur. Belə ki, Samirə Əlizadəyə Azərbaycan Tibb Universitetinin X1 alveol çıxıntı yarığı, üst dodağın və burunun xeylorinoplastikadan sonrakı qalıq deformasiyası. Dan uranostaliloplastikadan sonrakı çapıqlı deformasiyası (Q37.4), Nitqin pozulnıası(R49.2). Dişi pozulmasa K.07.2) diaqnozu qoyulmuşdur. Uşağı əziyyət çəkdiyindən həkimlər tərəfindən onun əməliyyat olunması tövsiyyə edilmişdir. Odur ki, qızı X13 Azərbaycan Tibb Universittie X1 əməliyyat olunmuş və onun əməliyyat xərcləri 3200 manat təşkil etmişdir. Lakin Cavabdeh uşağın əməliyyat xərclərinin çəkilməsində iddiaçıya yardım göstərməmişdir. Cavabdehlə birgə nikahından olan uşağının əməliyyat müalicə xərclərinin yarısının ödənilməsində iştirak etməlidir. Lakin cavabdeh uşağın təhsil xərcinin ödənilməsində ona heç bir maddi köməklik göstərmir. Özü işləsə də uşağların təhsil və müalicə xərclərini artıq ödəyə bilmir. Ona görə də məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbini artırılması bardə ərizə verərək göstərmişdir ki, hazırda iddia tələbini artıraraq xx.xx.2003-cü il tarix doğulmuş X7 təhsil xərci üçün 1 il ərzində 1600 manat olmaqla 3 il ərzində 4800 manat və 800 manat, cəmi 5600 manat təhsil xərcinin yarısı 2800 manat, xx.xx.2008-ci il tarix doğulmuş X4 müalicə xərci üçün isə ödədiyi 3200 manat məbləğində pul və 60 mediasiya xərci üçün ödənilmiş pulun Cavabdeh tutularaq onun xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, hazırda digər iş üzrə aliment ödəyir və onun əmək haqqı əlavə hər hansı ödəniş etməyə imkan vermir, uşağının əməliyyatı pulsuz olmuşdur. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(049)-1050/2020-ci il tarixli qətnaməsində görünür ki, xx.xx.2015-ci il tarixli 2(049)-2756/2015 saylı qətnaməsi dəyişdirilərək 09 iyun 2008-ci il tarixdə doğulmuş X13 və xx.xx.2003-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh gəlirinin ½ hissəsi tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İl 117674 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 09 iyun 2008-ci il tarixdə X12 doğulmuş, anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 25 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının verdiyi arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X9 Kliniki və rentgenoloji müayinə nəticəsində dodaq damaq yarığı və buna bağlı olaraq çarpaz dişləm və mezial dişləm diaqnozu qoyulmuşdur. Müalicə məqsədi ilə damağ genişləndirilməsi maksillanın önə inkişafının sürətləndirilməsi və diş sıralarının düzləşdirilməsi həyata keçirilmişdir. Xəstəyə ortodontik müalicənin təxminən 2 il daavm edəcəyi proqnozlaşdırılır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli Azərbaycan Tibb Universiteti X3 ödəniş qəbzindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X4 xəstəliyi ilə bağlı 2000 min manat ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasına ödəniş qəbzindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X4 müalcəsi üçün 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü i tarixdə yataq xidmətləri üçün 42 manat, xx.xx.2023-cü il tarixdə Lobaratoriya üçün 50 manat ödənişlər ounmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin 02 avqust 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 18 yaşadək uşağa görə hər ay 200 manat sosial müavinət alır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş «Nikah haqqında» haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X11 arasında nikah xx.xx.1990-cı il tarixdə Lənkəran Şəhər İHB-nın Xanbulan kənd İƏD-də nümayəndəliyində 04 sayla qeydə alınmşdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva, ərə Əlizadə soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İll 877914 nömrəli şəhadətnamənin surətindən görünür ki, 26 dekabr 2016-cı il tarixdə X14 doğulmuş, anası X11, atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İV 562784 nömrəli şəhadətnamənin surətindən görünür ki, 17 fevral 2023-cı il tarixdə X15 doğulmuş, anası X18, atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2(049)-2252/2019-cü il tarixli Əmrindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaçına çatanadək saxlanmasından ötrü 24 iyun 2019-cu il tarixdən başlayaraq Cavabdeh gəlirinin ¼ hissəsi miqdarında aliment tutularaq X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının daxili İşlər Nazirliyinin Maliyə-Plan İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, DİN-nin əməkdaşı Cavabdeh aylıq pul təminatı 1060.00 manat məbləğindədədir.Aylıq pul təminatından sosial ayırmalara 106 manat və aliment ödənişi 478 manat tutulduqdan sonra kart hesabına ödənilən məbləğ 476 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-02816 saylı Mediasiya arayışından görünür ki, İddiaçı tətəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə tətbiq edilməli olan hüquq normaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları çıxış etməli və iş üzrə mübahisənin həlli zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qərarında göstərilmiş hüquqi mövqeyi əsas götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında göstərilir ki: - Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. - Müraciətdə göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. - “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. - Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. - Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. - Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh rəsmi qaydada nikaha daxil olaraq evlənmiş, birgə nikahdan üç uşaqları olmuşdur ki, həmin uşaqların ikisi hazırda yetkinlik yaşına çatmışdır. İddiaçının mövqeyinə görə cavabdehlə birgə nikahından doğulmuş və hazırda yetkinlik yaşına çatmış Sabir Əlizadə ali təhsil aldığı üçün onun təshil xərclərinin yarısı cavabdeh tərəfdən tutulmalı, habelə cavabdehlə birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan Mədinə Əlizadənin müalicə xərcləri də cavabdeh tutulmalıdır. Məhkəmə iddiaçının təhsil xərcləri ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, yuxarıda şərh olunan Konstiutusiya Məhkəməsinin mövqeyinə görə iddiaçının həmin tələbi təmin edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq uşağın ali təhsil almasına görə valideynlərin əlavə xərclərdə iştirakı onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhz göstərilən mövqeyə görə iddiaçının tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, iddiaçının müalicə xərcləri ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının bu tələbi isə qanunvericiliyin tələbinə əsasən qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X10 müalicəyə ehtiyacı olması, habelə müalicə üçün iddiaçı tərəfindən 3342 manat müalicə xərci ödənilməsi tibbi sənədlər və müvafiq qəbzlərlə təsdiqini tapmışdır. Məhkəmə, Ailə Məclləsinin 81-ci maddəsində qeyd edilmiş “Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər” normasına, eləcə də həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən “valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.” Normasına əsasən hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş müalicə xərclərinin yarısı cavabdehdən tutulmalıdır. Lakin bununla yanaşı, məhkəmə, cavabdehin maddi vəziyyətini həm iddiaçıya, həm də digər iş üzrə aliment ödəməsini nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2008-ci il tarixdə doğulmuş X10 müalicəsinə xərclədiyi 3342 manat məbləğində pulun 1600 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələb üzrə məhkəməyə müraciət etmək üçün dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olsa da, mediasiya prosesi ilə bağlı 60 manat ödəmiş, cavabdeh isə mediasiya prosesində, ümumiyyətlə, iştirak etməmişdir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il tarixdə doğulmuş X4 müalicə xərci üçün 1600 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar