Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-445/2023 02.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «avtomobilin qaytarılması və vurulmuş zərərin ödənilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hazırlıq iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Asəf oğluna qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Asəf oğlundan mənə məxsus olmuş “MazdaCX9” markalı ** MD *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının dəyəri olan 18000 manat pulun, cavabdehə verdiyi 2000 ABŞ dolların hazırki, məzənnə ilə 3400 manat pulun, cavabdehin ona verdiyi avtomaşına görə 3 ay ödədiyi 6555 manat pulun və tərəfindən hazırki, məzənnə ilə 3400 manat pulun ödənilmiş 177 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin predmetini dəyişdirərək Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini və cavabdehlər Cavabdeh1 Asəf oğlundan və Cavabdeh2 ona məxsus olmuş «MazdaCX9» markalı ** MD *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının alınaraq ona verilməsi, Cavabdeh1 Asəf oğluna verdiyi 2000 ABŞ dolların hazırki, məzənnə ilə 3400 manat pulun, Cavabdeh1 Asəf oğlunun ona verdiyi avtomaşına görə 3 ay ödədiyi 6555 manat pulun və tərəfindən ödənilmiş 177 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası 02 mart 2023-cü il tarixə təyin edilmiş, lakin nə iddiaçı və onun nümayəndəsi, nə də ki cavabdehlər məhkəməyə gəlməmişlər, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4.-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə və MPM-nin 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-445/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-445/2023
02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver