Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-446/2023 03.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavbdeh Cavabdeh borclu olduğu 20.000 manatı, əldə çıxmış faydaya görə 7000 manat və 151 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun yaxın qohumu olduğu üçün ev və obyekt tikməkdən ötrü ondan 20.000 manat məbləğində pul borc almış və yaxın müddətdə qaytaracağına söz vermişdir. Üstündən bir neçə il keçməsinə cavabdeh baxmayaraq həmən miqdarda pulu qaytarmamışdır. Buna görə də nəhayət həmin borcu rəsmiləşdirmək üçün 27 may 2021-ci il tarixdə Lənkəran şəhər Notariusunda cavabdehin razılığı ilə Kredit müqaviləsi imzalanmışlar. 27 may 2021-ci ildən 27 noyabr 2022-ci ilə kimi 20.000 manatı ödəməsini cavabdeh öz öhdəsinə götürmüşdür və Natariusun iştirakı ilə hər ikisi sənədi imzalamaqla təsdiq etmişlər. Bundan sonra dəfələrlə cavabdehin evinə evinə gedib borcun ödənilməsini xahiş etmiş, ancaq heç bir nəticəsi olmamışdır. Hazırda iddiaçı 10.000 manat bir və 1.000 manat bir olmaqla, bocrundan indiyə kimi ümumilikdə 11.000 manat ödəmiş, cavabdehin ona 9.000 manat borcu qalmışdır. O iddia ərizəsində göstərdiyi əldən çıxmış faydaya görə 7000 manat pul tələbindən imtina edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib, bildirmişdir ki, iddiaçıdan 20.000 manat borc almış və bu barədə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Hazırda borcundan ümumilikdə 11.000 manat ödəmiş, iddiaçıya ödənilməmiş 9.000 manat məbləğində borcu qalmışdır. Məhkəmə araşdırması dövründə iddiaçı ilə razılaşmışlar ki, qalan 9.000 manat borcu hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş kredit müqavilədən görünür ki, İddiaçı Cavabdeh 20000 manat məbləğində pul borc verir. Cavabdeh krediti xx.xx.2022-ci il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 151 manat məbləğində dövlət rüsumu və 0,40 manat xdmət haqqı ödənilmişdir. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə İddiaçı 6 ay ərzində geri qaytarmaq şərtilə 20.000 manat məbləğində pulu Cavabdeh mülkiyyətinə vermiş, cavabdeh isə həmin pul məbləğini xx.xx.2022-ci il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, 20.000 manat məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh isə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, götürdüyü pul məbləğinin 11.000 manatını iddiaçıya qaytarsa da, qalan 9.000 manat məbləğini geri qaytarmamışdır. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia 9.000 maant pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır. Məhkəmə iddiaçının əldən çıxmış faydaya görə 7.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi əlaqədar qeyd edir ki, iddiaçı iddianın həmin hissəsindən imtina etdiyindən məhkəmə bu məsələyə qiymət verməyə zərurət görmür. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7.000 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 151 manat manat alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 9000(doqquz min) manat borc və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 151(bir yüz əlli bir) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-446/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-446/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver