Məhkəmə qərarları › İş №2(049)-4548/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4548/2024

17.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4548/2024 17.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “ekspertizanın keçirilməsi və aliment ödənilməsi ilə əlaqədar icra sənədinin icratının dayandırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli məlum qərardadının tələblərinə və tələbkarlığına müvafiq olaraq, DNT analizinin dünya standartlarının tələblərinə müvafiq olaraq, qandan, spermaqramdan, saç tükündən, burun yaxmasından, ağız suyundan müəyyənləşdirilməsini təmin edəcək məhkəmə ekspertizanın keçirilməsindən ötrü, həmin qərardadın tələblərinə müvafiq olaraq ekspertizaya canlı təqdim edilməsi üçün, o zaman qəsdən gəlməmiş iddiaçı tərəfin (Cavabdeh) bu gün məhkəmə ekspertiziya canlı təqdim edilməsini müəyyənləşdirən məhkəmə aktının qəbul edilməsini, bu ekspertizanın nəticə qərarı verilənədək ondan qanunsuz və əsassız tutulan aliment pulunun dayandırılmasına önəm verib, sözügedən, ona məlum edilməyən və bildirilməyən icra vərəqəsinin icrasını dayandırıb təqaüd pulundan hər ay 255 manat aliment pulunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icrata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049)-117/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı atalığın müəyyən edilməsi və sabit pul məbləğində aliment tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı 03 aprel 2015-ci il tarixdə anadan olmuş X3 və 29 dekabr 2020-ci il tarixdə anadan olmuş X2 atası olması müəyyən edilərək, xx.xx.2021-ci il tarixdən başlayaraq 29 dekabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat, həmçinin uşağın üç yaşınadək ananın saxlanması üçün hər ay 50 manat alimentn cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırki iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, həmin ərizədə qeyd edilən iddia tələbi “ekspertizanın keçirilməsi və aliment ödənilməsi ilə əlaqədar icra sənədinin icratının dayandırılması” kimi qeyd edilsə də, tələbin birinci hissəsi (ekspertizanın təyin edilməsi) mahiyyətcə məhz atalığın müəyən edilməsinə dair mübahisənin həll edilməsi ilə əlaqadardır. Tələbin ikinci hissəsi (icraatın dayandırılması) də Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-117/2023 saylı mülki iş üzrə yekun məhkəmə qərarının icrası ilə əlaqadardır. Beləliklə hazırki iddia ərizəsində qeyd edilən tələb Lənkəran Rayon Məhkəməsinin icraatında olmuş 2(049)-117/2023 saylı mülki iş üzrə tərəf (iddiaçı) olan eyni şəxs Cavabdeh qarşı yönəlmişdir. Eyni zamanda iddia predmeti də 2(049)-117/2023 saylı mülki iş üzrə eynilik təşkil edir (03 aprel 2015-ci il təvəllüdlü X3 və 29 dekabr 2020-ci il təvəllüdlü X4). Eyni zamanda hər iki iddia tələbi üzrə iddianın mahiyyəti “atalığın müəyyən edilməsi” ilə əlaqadardır. Həmçinin Lənkəran Rayon Məhkəməsinin 2(049)-117/2023 saylı, 05 iyul 2023-cü il tarixli qətnaməsinin məzmunundan müəyyən edilir ki, təsviri-əsaslandırıcı hissəsində Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 verilmiş xx.xx.2022-ci il tarixli, 247/2022-MTBŞ nömrəli və xx.xx.2023-cü il tarixli, 272/KEŞ nömrəli rəyinə istinad edilmişdir. Məhkəmə İddiaçı 2(049)-4308/2024 nömrəli mülki iş üzrə iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli qərardadla geri qaytarmışdır. Qeyd edilən qərardada iddiaçının aliment pulunun dayandırılması iddiasına münasibət bildirmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1637/2024 nömrəli iş üzrə məhkəmə təcrübəsini formalaşdıran qərarına istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1 maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2 maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin məcəllənin 153.3 maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 17-19 və 21-ci maddələrində icraatın dayandırılmasının əsasları, müddəti və qaydaları göstərilmişdir. Belə ki, icra tədbirləri icra məmuru tərəfindən və ya onun təqdimatı ilə məhkəmə tərəfindən dayandırıla bilər. Məhkəmə yuxarıda qeyd edilən qnunvericilik normalarına istinad edərək, belə qənaətə gəlir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edildiyindən (atalığın müəyyən edilməsi) və mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından (icra sənədi üzrə icraatın dayandırılması) İddiaçı Cavabdeh qarşı “ekspertizanın keçirilməsi və aliment ödənilməsi ilə əlaqədar icra sənədinin icratının dayandırılması” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Məhkəmə İddiaçı iddia ərizəsinə əlavə etdiyi Lənkəran Rayon Məhkəməsinin sədrinə və bütün hakimlərinə etiraz ərizəsinə münasibət bildirərək, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 21.1 maddəsinə əsasən, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin məcəllənin 22.1 maddəsinə əsasən, etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. Həmin məcəllənin 22.2 maddəsinə əsasən, işə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 nömrəli xx.xx.2005-ci il tarixli qərarına əsasən, 2.2. Hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının mahiyyətindən belə müəyyən edilir ki, hakimə etiraza iş icraata qəbul edildikdən sonra yol verilir. Hazırki iddia ərizəsinin icraata qəbulundan yolverilməzliyə görə imtina edildiyindən etirazın həll edilməsini məhkəmə zəruri hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 149, 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “ekspertizanın keçirilməsi və aliment ödənilməsi ilə əlaqədar icra sənədinin icratının dayandırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan yolverilməzliyə görə imtina olunsun. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar