Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4615/2025 24.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçının Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 830 manat məbləğində maddi ziyanın, mülkiyyətində olan sözügedən əmlaka dəymiş maddi ziyanın qiymətləndirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğin və hazırki iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi və cavabdehin qanunsuz hərəkətlərrinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayan Cavabdeh məxsus yaşayış sahəsindən onun mülkiyyətində olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı məhəllə 46, bina 4 mənzil 16, 5/1 saylı fərdi yaşayış sahəsinin üst hissəsinə su sızmaqla mənzilinin üst hissəsi daha dəqiq desək dəhliz, hamam otağı, ayaqyolu və mətbəxin bir qismi artıq tamamilə yararsız hala düşmüşdür. Bununla bağlı öz haqlı iradlarını dəfələrlə cavabdehə bildirsə də buna məhəl qoymamışdır. Bu halı müəyyən olunmasından ötrü Lənkəran şəhəri mənzil təsərrrüfat idarəsinin əməkdaşları tərəfindən də mənzilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ona məxsus sözügedən mənzilin üst qatına və divarlarına sızan su məhz Cavabdeh məxsus yaşayış sahəsindən sızmışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. O mülkiyyətinə dəymiş ziyanın dəqiq müəyyən edilməsindən ötrü hüquqi ünvanı Lənkəran rayonu Liman şəhəri olan "xxxx" MMC-yə üz tutaraq peşəkar qiymətləndirilmə aparılması üçün müraciət edib. Daha sonra müvafiq qiymətləndirilmə aparıldıqdan sonra müəyyən olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətimdə olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı məhəllə 46, bina 4 mənzil 16, 5/1 saylı fərdi yaşayış sahəsinin dəhlizi, hamam otağı, ayaqyolu və mətbəxin bir qisminin dam hissəsi məhv olmuş və nəticədə mənə 830 manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı cavabdehə yenidən xəbərdarlıq etsə də, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Bunun qarşılığında ona “mənim hamam otağımda vanna yerləşir və mən onu sökə bilmərəm” kimi zidd ifadələr işlədir. Bu səbəbdən də qanunla qorunan hüquqlarımın müdafiəsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmiş və tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin tələblərinə əsasən cavabdehə lazimi qaydada məlumat verilməsini nəzərə alaraq onun iştirakı olmadan iclasının keçirilməsini mümkün hesab edtmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsi tərəfindən 10 dekabr 2025-ci il tarixində verilmiş 986 nömrəli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı həqiqətən halhazırda ünvan 3 ünvanında yaşayır. "xxxx" MMC tərəfindən tərtib edilmiş 14-MB/2025 nömrəli Qiymətləndirmə Hesabatından görünür ki, İddiaçı 20 noyabr 2025-ci il tarixli müraciəti əsasında onun yaşadığı Lənkəran şəhəri, Şəhidlər xiyabanı məhəllə 46, bina 4, mənzil 16, 5/1-də yerləşən mənzilin bir hissəsinin bərpa dəyərinin müəyyən edilməsi məqsədilə rəsmi qiymətləndirmə işi həyata keçirilmişdir. Mənzilin zədələnmiş hissələrinin (dəhliz, sanitar qovşaq və mətbəx) tam bərpa edilməsi üçün tələb olunan tikinti-təmir işlərinin xərc yanaşması metodu ilə hesablanmış yekun mümkün bazar dəyəri 830,0 (səkkiz yüz otuz) manatdır. Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin işçilərinin və xüsusi komendantın iştirakı ilə tərtib edilmiş 10 iyun 2025-ci il tarixli Aktdan görünür ki, İddiaçı mənzilinə baxış keçirilərkən yuxarı mərtəbədə yaşayan Cavabdeh məxsus mənzildən sözügedən mənzilə su sızması faktı təsdiqlənmiş və bu səbəbdən mülkiyyətçi Cavabdeh xəbərdarlıq edilmişdir. Lənkəran Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarına əsasən verilmiş 1989-cu il tarixli 780 nömrəli Orderin surətindən görünür ki, müvafiq mənzil sahəsini tutmaq hüququ ilkin olaraq əsas kirayəçi qismində X1 verilmiş və sənəddə İddiaçı onun ailə üzvü olaraq qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 07 mart 2006-cı il tarixində beyinə qan sızması səbəbindən vəfat etmişdir. Məhkəməyə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 14-MB/2025 nömrəli Qiymətləndirmə Hesabatına əsasən rəyin verilməsi üçün 50 manat ödəniş edilməsi müəyyən edilir. Məhkəmə iddia tələbini, təqdim olunmuş sübutları, iddiaçının izahatını və işin hallarına hər tərəfli obyektiv qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Cavabdeh məhkəmə iclasında iştirak etməyərək, ziyanın mövcud olub-olmaması və yaxud dəymiş ziyanın bərpası üçün ağlabatan məbləği, habelə ziyanın onun tərəfindən vurulub-vurulmaması kimi faktları mübahisələndirməmişdir. Belə olduğu halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın bərpası üçün 865 manat məbləğdə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumu məbləğinin iddia təmin olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş maddi ziyan üzrə 830 manat, Lənkəran şəhəri, Şəhidlər xiyabanı məhəllə 46, bina 4, mənzil 16, 5/1-də yerləşən fərdi yaşayış sahəsinə dəymiş maddi ziyanın qiymətləndirilməsi ilə bağlı ödənilmiş 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğdə, ümumlikdə 910 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-4615/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4615/2025
24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver