Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-486/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X21, İlk iş üzrə İddiaçı nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2, Bakı Şəhər 10 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil3 Sucahat oğlu, Xırdalan Şəhər Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil4, birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil5, birlişədirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili: Bakı Şəhər 30 saylı Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1, Lənkəran Rayon 1 saylı Notariat Ofisinin notariusu: X5 və onun nümayəndəsi: X4 iştirakı ilə, İlk iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair birlişədirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh X12 qarşı “əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair mülki içə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X18 tərəfindən təsdiq edilmiş Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2255 kv.m olan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsinin satılması barədə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakir Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adma verilmiş ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı Cavabdeh1 Ələt- Astara-İran İslam Respublikası avtomobil yolunun 206-cı km-nin sol tərəfində yolun oxundan 20 m məsafədə Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan şəxsi mülkiyytində torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini o, birgə nikah dövründə əldə etmişdir. Bundan sonra o, Lənkəran rayon İcra hakimiyyəti Başçısının 17 oktyabr 2008-ci il tarixli 420 saylı sərəncamı ilə birgə nikah dövründə əldə etdiyi həmin torpaq sahəsində ümumi sahəsi 2255 kv.m olan 2 mərtəbəli ticarət mərkəzi və iaşə şəbəkəsi tikmək üçün icazə almışdır. Daha sonra onun tərəfindən həmin ticarət obyektinin tikintisinə başlanılmış və həmin ticarət obyektinin tikintisi başa çatdırılmışdır. Həmin ticarət obyektinin tikintisi başa çatdıqdan sonra həmin obyektin istismarına icazə verilmiş və həmin ticarət obyekti həyat yoldaşım Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış və bu barədə onun adma Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir.Həmin ticarət obyekti tam hazır olandan sonra oranı oğlum Qəşəm Şərifovun köməkliyi ilə işlətməyə başlamışlar.Lakin bu yaxınlarda bilmişdir ki, həyat yoldaşı Cavabdeh1 həmin ticarət obyektinin qalan '/2 hissəsini Cavabdeh2 adma keçirtmiş və bu barədə onların arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Guya o, da bu alqı-satqı müqaviləsinin bağlanmasına razılıq vermişdir. Halbuki, o, belə razılıq verməmiş, o, ancaq həmin ticarət obyektinin oğluna razılıq vermişdir. O, bu barədə bildikdən sonra notariusa müraciət etmiş və həmin müqaviləni əldə etmiş və ona baxdıqda görmüşdür ki, həmin müqavilədə ticarət obyektinbin bir hissəsinin qiyməti 50000 manat qeyd edilmişdir. Hansı ki, həmin ticarət obyektinin tikintisin (bir milyon) manatdan artıq xərc çəkilmişdir, o vaxt və hazırda da həmin ticarət obyekt qiyməti ******* (bir milyon) manatdan çox edir. Lakin onun bunlardan xəbəri olmadan yaxınlarda Cavabdeh2 oğlu X12 qarşı həmin obyektinin naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət edəndən sonra və məhkəmədən evə bildiriş gələndən- sonra bu barədə bilmişdir. Yəni 2022-ci ilin oktyabr ayınında Lənkəran məhkəməsindən X9 məhkəmə iclasında iştirakı barədə bildiriş sonra və həmin bildirişdə Cavabdeh2 həmin əmlakın bölünməsi qeyd biləndən sonra mən qəti şəkildə etirazını əri X13 bildirmişdir. Ərizə ilə Lənkəran rayon 1 saylı notariat konturuna müraciət edərək onun razılıq ərizəsini, müqaviləsini və həmin müqavilənin ləğv edilməsini tələb etmişdir. Lənkəran rayon 1 saylı kontoru ona 28 noyabr 2022-ci il tarixli məktubla cavab verərək həmin müqavilənin orqanında ləğvin mümükünlüyü bildirlidi. O, razılıq ərizəsində əri X13 Lənkəran rayonu Gərmətük qəsəbədi ərazisində olan əmlakının satılmasına razılıq vermiş, ailənin Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində əmlakların olduğunu bilmiş, ona razılıq ərizəsində Lənkəran rayonu Küvənil kəndi ərazisində olan əmlakın satılmasına heç bir razılıq verməmişdir. ünvan 1 ünvanlardır. Ona görə hesab edir ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda notariusda onun guya həmin ticarət obyektinin satılmasına razılıq verməyi barədə ərizəmin mövcud olmasını bildirmişlər. Lakin həmin ticarət obyektinin satılmasına razılıq verməmiş və həmin ərizədə də qeyd edilmişdir ki, o, ərinə məxsus Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən əmlakın satılmasına razılıq vermişdir. Hazırki, ticarət obyekti Lənkəran rayonu, Küvənil qəsəbəsində yerləşir və çıxarışda və alqı-satqı müqaviləsində belə qeyd edilmişdir. Hazırda əri Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş çıxarışın etibarsız hesab edilməsini istəyir. Ona görə həmin alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilmə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh1 Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə X3 arasında bağlanmış və Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş Daşınmaz əmlakı alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Cavabdeh2n adına verilmiş ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesabedilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, Cavabdeh1 Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun 206-cı km-nin sol tərəfində yolun oxundan 20 m məsafə Lənkəran rayonu, Küvənil kəndi ərazisində sahəsi 1855 kv.m olan şəxsi mülkiyytində torpaq sahəsi olmuşdur. Lənkəran rayon İcra hakimiyyəti Başçısıı 17 oktyabr 2008-ci il tarixli 420 saylı sərəncamı ilə şəxsi mülkiyyətində olan həmin torpaq sahəsində ümumi sahəsi 2255 kv.m olan 2 mərtəbəli ticarət mərkəzi və inşa şəbəkəsi tikmək üçün icazə verilmişdir. Bundan sonra tərəfindən həmin ticarət obyektinin tikintisinə başlanılmış və həmin ticarət obyektinin tikintisi başa çatdırılmışdır. Həmin ticarət obyektinin tikintisi başa çatdıqdan sonra obyektin istismarına icazə verilmiş və həmin ticarət obyekti onun adına dövlət qeydiyyatına alınmış və bu barədə adına Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən adıma çıxarış verilmişdir. Həmin ticarət obyekti tam hazır olandan sonra oranı X36un köməkliyi ilə işlətməyə başlamışdır. Sonradan 2013-cü ilin əvvəllərində X36 iş üzrə cavabdeh X2 həyat yoldaşını özünə şərik etmişdir. Baxmayaraq ki, X2 həyat yoldaşı şərik olmaq üçün 1 manat olsun belə ortaya qoymamışdır. X36 cavabdeh həyat yoldaşı ilə dost olduğu üçün bu addımı atmışdır. Bundan sonra o, həmin ticarət obyektinin 1/2 hissəsini X36a bağışlamış və bu barədə bağışlama müqaviləsi bağlanmışdır. Həmin mübahisəli ticarət obyekti qalan 1/2 hissəsini isə iddiaçı X2 adına keçirtmiş və bu barədə alqı-satqı müqaviləsi bağlanmışdır. Baxmayaraq ki, həmin mübahisəli ticarət obyektinin qalan 1/2 hissəsinin iddiaçı Abdullayevə Yega imaməli qızına satılması barədə alqı-satqı müqaviləsi bağlansa da, buna görə X3 və onun həyat yoldaşı tərəfindən 1 manat olsun pul ödənilməmişdir, çünki X36 cavabdehin hə yoldaşı ilə yaxın dost olduğu üçün həmin ticarət obyektini birlikdə işlətmək üçı həmin addımı atmışdır ki, heç kimin ürəyində şübhə qalmasın. X1 həmin mübahisəli ticarət obyektinin naturada bölünməsini tələb edir. Baxmayaraq ki, yuxarıda qeyd etdiyi kimi cavabdeh həmin obyektin 1/2 hissəsi üçün ona 1 manat da olsun pul verməmişdir. Razılığa əsasən onlar həmin ticarət obyektini bir yerdə işlətməliydi. Ona görə o, da X1 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istəyir. Bununla əlaqədar onunla söhbət aparsa da, nəticəsi olmamışdır. Ona görə də həmin alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh2 mülkiyyət hüququna dair ******* saylı xx.xx.2013-cü il qeydiyyat tarixli X25 rayonu, Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümümi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsinin zirzəmisinin, birinci və ikinci mərtəbəsinin damının, 0.06238 ha. həyətyanı torpaq sahəsinin və obyektdə olan 36 ədəd "Samsung markalı kondinsionerin ona çatan pay hissəsi olaraq 1/2 hissədə naturada ayrılmaraq ona verilməsi və 1 ədəd Ukranya istehsalı olan işıq transfarmatoru ,1 ədəd artizian quyusu, 1 ədəd 15 tonluq nikel su çəni, 1 ədəd işıq təmizləyici (stablizator), 1 ədəd is sistemini tənzimləyən Fondetal -italya istehsalı olan ,qazla işləyən Aparat ( Katel, elektirik və qaz sayğacları, yanğın təhlükəzliyi üçün 100 tonluq yeraltı su ambarı, 1 ədəd mühafizə otağının istifadə qaydaları müəyyən ediməklə ümumi istifadədə oluması ,həmin əşyalardan istifadə etməyimə cavabdeh tərəfindən maneçilik törədilməsinə qad qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, iddiaçı Cavabdeh2 cavabdeh X22 birlikdə 2009-2011-ci il tarixində Lənkəran rayonun Küvənil kəndində 2 mərtəbəli,ümümi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış binası tikərə ******* saylı , xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışla hər birimiz həmin əmlakın hissəsi üzrə pay hüİkiyyət hüququ əldə etmişdir. Əmlak üzərində paylı mülkiyytçi hüqqquna dair Çıxarışa və Texniki Pasporta əsasən qeyriyaşayış binası olan tikilini ümumi torpaq sahəsi 0.1855 kv. metr, tikili altında olan torpaq sahəsi isə 011878 kv metrdir. Qeyri-yaşayış sahəsi tikintisi başa çatdıqdan sonra təxminən 5 il ticarət obyekti kimi fəaliyyət göstərmişdir. Lakin sonradan cavabdeh X14 təqsiri ucbatından obyektdən istifadə etmək mümkün olmamışdır. Hal-hazırda qeyri-yaşayış sahəsinin ona çatan pay hissəsini icarəyə vermək istəsə də, mümkün deyildir. Çünki həmin əmlakdan ona çatan pay hissəsi naturada ayrılmamışdır. Qanunvericiliyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər arasındakı razılaşmaya əsasən, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada onla arasında naturada bölünə bilər. Lakin hazırda həmin razılıq yoxdur və nəticəsədə onun mülkiyyət hüququ pozulur. Daha sonra iddiaçı Cavabdeh2 iddia tələbini dəqiqləşdirərək ərizə məhkəməyə müraciət edib göstərmişdir ki, Cavabdeh2 paylı mülkiyyət hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X25 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri- yaşayış sahəsinin zirzəmisinin, birinci və ikinci mərtəbəsinin, damının, 0.1855 ha. torpaq sahəsinin 1/2 hissədə Məhkəmə tikintitexniki Ekspertizası rəyində müəyyən edildiyi kimi bolünməsi, məhkəmə tikinti-texniki ekspertiza rəyinə görə 1037,5 kvm torpaq sahəsi qalan 2- ci hissə cavabdeh X12 13.200 (on üç min iki yüz) manat kompensasiya verilməklə iddiaçı Cavabdeh2 qızma verilməsi; Cavabdeh2 paylı mülkiyyət hüququna dair ******* saylı. xx.xx.2013-cü il qeydiyyat tarixli X25 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri- yaşayış sahəsinin içərisində olan 36 (otuz altı) ədəd "Samsung" markalı kondisionerin, həmçinin 10 (on) ədəd “Sony” markalı televizorun iddiaçı Cavabdeh2 çatan pay hissəsi olaraq 1/2 hissədə naturada_ayrılmaqla ona yerilməsi; 01 (bir) ədəd Ukranya istehsalı olan işıq transfarmatorıı, 01 (bir) ədəd artizian su quyusu, 1 ədəd 15 tonluq nikel su çəni, 1 ədəd işıq təmizləyici (stablizator), 01 (bir) ədəd istilik sistemini tənzimləyən İtalya istehsalı olan Fondetal, qazla işləyən Aparat (Katelni), elektirik və qaz sayğacları, yanğın təhlükəzliyi üçün 100 (yuz) tonluq yeraltı su anbarı, 01 (bir) ədəd mühafizə otağının istifadə qaydaları müəyyən edilməklə ümumi istifadədə oluması və həmin əşyalardan və sahələrdən iddiaçının istifadə etməsinə cavabdeh və digər üçüncü şəxslər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 169-cu maddəsinin tələbinə əsasən yuxarıda qeyd olun hər üç iddia üzrə işlərin bir icraatda birləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil4 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək İddiaçı iddiasının təmin edilməsini, Cavabdeh2 iddiasının rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək İddiaçı iddiasının təmin edilməsini, Cavabdeh2 iddiasının rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X10 nümayəndəsi və vəkili Vəkil5 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək X10 iddiasının təmin edilməsini, Cavabdeh2 iddiasının rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın Cavabdeh2 iddiasının təmin edilməsini, İddiaçı, Cavabdeh1 iddiasının rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Lənkəran Rayon Notaritat Ofisinin notariusu X5 izahatında bildirdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən, iddia tələbləri üzrə ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 il müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin tarixini nəzərə alsaq, iddia tələbi müddətinin ötməsi ilə əlaqədar rədd edilməlidir. Bundan əlavə iddia ərizəsində göstərilir ki, iddiaçının əri Cavabdeh1 tərəfindən həmin müqavilə bağlanarkən, onun həyat yoldaşı İddiaçı tərəfindən həmin əmlakın hissəsinin satlımasına razılıq verilməmişdir. Bu razılığın olmaması Lənkəran rayon 1 saylı notariat ofisində İddiaçı tərəfindən verilmiş həmin əmlakın 1/2 hissəsindəki satılması barədə ərizədəki texniki səhvlə əlaqələndirilir. Belə ki, həmin ərizədə sözü gedən qeyri-yaşayış binasının ünvanı, guya Küvənil kəndi deyil, Gərmətük qəsəbəsi göstərildiyindən, bu razılıq sözü gedən müqavilədə nəzərdə tutulan alqı-satqı predmeti olan əmlaka aid deyildir. Mən, bu göstərilənlərlə qəti razı deyiləm və bununla bağlı aşağıdakıları bildirməyi zəruri hesab edirəm. Alqı-satqı müqviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış və notariat ofisində təsdiq edlmişdir. Həmin müqavilədə Lənəkran rayonu, Küvənil kəndində yerləşən, 0,1834 ha torpaq sahəsində olan ümumi sahəsi 2152,1 kv.m olan yaşayış sahəsinin havat yoldaşı İddiaçı tərəfindən verilmiş qeyriyaşayış binasının satılmasına razılıq ərizəsinin mətnində də ərinə məxsus olan qeyriyaşayış binasının 1/2 hissəsinin satılması açıq şəkildə ifadə olunmuşdur. İddiaçı qeyriyaşayış binasının ½ hissəsinin satılmasına razılıq faktı, müqavilədəki qeyri-yaşayış binasının ½ hissəsinin satlıması faktını tamamlayır. Bu razılıq həmin müqavilənin bağlanmasından 2 gün qabaq təsdiq edildiyindən, həmin razılığın digər hər hansı bir əmlakın satışına razlıq kimi tövsif oluna bilməz. Bundan əlavə, mülkiyyətçiyə məxsus hər hansı bir əmlakın ½ hissəsinin satlıması mövcud deyildir. Əlavə məlumat üçün bildirirəm ki, 11 yanvar 2013-cü il tarixdə Lənkəran rayon 1 saylı notariat ofisində 2 müqavilə rəsmiləşdirilmişdir. 2-ci müqavilə də elə həmin gün mübahisə- ləndirilən əmlakın digər 1/2 hissəsi mülkiyyətçinin oğlu X10 adına bağışlanması barədə olmuşdur. Həmin razılıq ərizəsi də eyni gündə, yəni, xx.xx.2013-cü il tarixdə İddiaçı tərəfindən verilmiş, həmin əmlakın 1/2 hissəsinin oğlu X12 bağışlanması barədə olmuşdur. Hər iki ərizənin eyni gündə verilməsi, hər iki müqavilənin eyni gündə bağlanması, ərizənin mətnində ½ hissənin satılması və ½ hissənin bağışlanması barədə düzünə göstərişlərin olması, razııq ərizələrinin mübahisə predmeti olan əmlakla bağlı olmasını sübut edir. Ərizənin mətnində Gərmətük qəsəbəsi sözü texniki səhvdir və həmin Gərmətük qəsəbəsində mülkiyyətçiyə məxsus hər hansı bir əmlak olmamışdır. Bu barədə DƏDRX-nin və «Elektron notariat informasiya sistemində» məlumat aşkar edilməmişdir. Buna aydınlıq gətirmək üçün, xidməti qaydada DƏDRX-nin Lənkəran rayon 10 saylı ərazi idarəsinə sorğu xx.xx.2023-cü il tarixdə 517 saylı məktubla verilmiş və 30 mart 2023-cü il tarixdə 3-21 -3-43/2-807/2023 saylı cavab məktubunda, vətəndaş Cavabdeh1 adında Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində hər hansı bir daşınmaz əmlakın olmadığı bildirilmişdir. Gərmətük qəsəbəsi ilə Küvənil kəndi coğrafi cəhətdən bir-birinə bitişik ərazidir, onları bir-birindən yalnız nəqliyyat vasitələr üçün yol ayırır. 2013-cü ildə, yəni 10 il əvvəl hazırkı mübahisə predmeti olan əmlakın yerləşdiyi yer Gərmətük qəsəbəsi ərazisi kimi tanınırdı. İşgüzar münasibətlərdə həmişə həmin ərazi Gərmətük qəsəbəsi kimi adlandırılmışdır. Çünki, 10 il əvvəl həmin yol boyu ərazilərdə inkişaf nöqteyi nəzərindən Küvənil kəndi hissəsində digər tikililər olmamışdır. Bütün tikililər yolun Gərmətk qəsəbəsi ərazisində olmuşdur. Ərizə verən vətəndaş özü də həmin ərazinin daxili inamına uyğun olaraq Gərmətük qəsəbəsinin ərazisi olduğunu bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə və notariat haqqında Qanunvericiliyə uyğun olaraq, müqavilə bağlanan zaman, habelə, bir tərəfli əqdlər rəsmiləşdirilərkən tərəflərin həqiqi niyyəti müəyyən olunur. İddiaçı həqiqi niyyəti ərinə məxsus olan mübahisə predmeti olan əmlakın satlımasına razılıqla bağlı olmuşdur. Bu dəqiq müəyyən edilmişdir. İddia ərizəsində iddiaçı müqavilənin ucuz qiymətə rəsmiləşdirildiyini və reallığa uyğun olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mühüm prinsiplərindən biri müqavilənin azadlığı prinsipidir. Tərəflər qanunvericiliyə zidd olmayan istənilən müqaviləni bağlaya bilərlər. İki tərəfli müqavilələrdə, tərəflər müqavilənin əsas şərtləri barədə birgə razılığa gəlirlər. Bu tərəflərin subyektiv hüququdur. Müqavilədə göstərilən 50.000 manat məbləğ mübahisə predmeti olan əmlakın ½ hissəsinə aiddir və 10 il bundan əvvəlki dövrləri müqayisə etsək, kifayət qədər olan böyük bir məbləğdir. Nə Mülki Məcəllədə, nə də notariat haqqında Qanunda tərəflər arasında müqavilə bağlanması zamanı, notarius tərəfindən qiymətlə bağlı hər hansı bir zəruri tədbirlərin görülməsi, qiymətləndirilmə aparılması, arayışların alınması və s. nəzərdə tutlmamışdır. Bu ağlabatan mühakimə, bazar qiyməti və tərəflərin iradəsi əsasında müəyyənləşdirilir. İddiaçı ilə cavabdeh arasındakı münasibətləri, o cümlədən, onların ər- arvad olması onu deməyə əsas verir ki, iddiaçının bu müqavilənin bağlanmasından xəbərinin olmaması fikri, tamamilə əsassızdır. Alqı-satqı müqaviləsinin bağlanması zamanı tərəflərin və həmin əmlakın satılmasına İddiaçınnın razılıq ərizəsindəki həqiqi niyyətləri düzgün müəyyən edilmiş və bu əqdlərin bağlanması zamanı Qanunvericiliyin tələbləri gözlənilmişdir. Göstərilənlərə əsasən, müqavilə öhdəlikləri üzrə iddia müddətinin keçməsini, əqdlərin bağlanması zamanı tərəflərin həqiqi niyyətlərinin düzgün müəyyən edilməsini, müqavilələrin azadlıq prinsipini əldə rəhbər tutaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən ticarət mərkəzi X10 və Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-cü il tarixli AN-l ******* saylı alqı satqı-müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 xx.xx.2013-cü il tarixdə 22-34-026 nömrəli arayışa əsasən özünə məxsus olan Lənkəran rayonu Küvənil kəndində 0,1834 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2152,1 kv,1 olan qeyri-yaşayış binasının ½ hissəsinin alıcının mülkiyyətinə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-cü il tarixdə Cavabdeh2 50.000 manat pulu Cavabdeh1 verilməsi üçün Bank Respublika ASC-nin Lənkəran filialına **********17665002 nomrəli depazit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-cü il tarixdə İddiaçı Cavabdeh1 məxsus olan Lənəra rayon Gərmətük qəsəbəsində yerləşən qeyri yaşayış binasının 1/2 hissəsinin satılmasını razılıq vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2022-ci il tarixdə Lənkəran rayon 1 saylı Notariat ofisinin məktubundan görünür ki, İddiaçı cavab olaraq Cavabdeh1 Lənkəran rayonu Küvənil kəndində yerləşən yaşayış binası xx.xx.2013-cü il tarixli 7E-01209 nömrəli razılıq ərizəsinə əsasənm xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X6 arasında nikah xx.xx.1974-cü il tarixdə Lənkəran rayonu Aşağı Nüvədi kənd sovetində 27 sayla rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Şərifov, arvada Şərifova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2022-ci il tarixdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki,Şərifova X15 rayonun Küvənil kəndində yaşayır və qediyyatdadır. Lənkəran rayonu Küvənil kəndi Aşağı Nüvədi qəsəbə icra nümayədəliyinin tərkibindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-cü il tarixli Qeyri yaşayış binasının hissəsinin bağı.lama müqaviləsindən görünür ki X23 AR ƏMDK yanında DƏDRX Lənkəran Tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş MA-02901040 saylı çıxarışa və xx.xx.2013-cü il tarixli 22-34-026 saylı arayışa əsasən Lənkəran rayonu Küvənil kəndində 0,1855 ha torpaq sahəsində yerləşən, ümümi sahəsi 2152,1 kv.m olan, 2 mərtəbəli qeyri-yaşayış binasının ½ hissəsini oğlu X12 bağışlamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən ticarət mərkəzi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 495055 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X22 doğulmuş anası İddiaçı, atası Cavabdeh1dur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran rayonu Küvənil kəndində yerləşən ticarət mərkəz xx.xx.2013-cü il tarixli ********** nömrəli 1/2 hissəsi X10 ********** nömrəli 1/2 hissəs Cavabdeh2 İmamaəli qızının mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2002-ci il tarixli Lənkəran rayon kooperativ cəmiyyəti idarə heyətinin iclas protokolundan görünür ki, Lənkəran rayon Gərmətük qəsəbəsində yerləşən univermaq işçisi Cavabdeh1 satılması barədə qərar verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyestr çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət X7 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət olan torpaq və fəridi yaşayış evi Cavabdeh1 X11 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Küvənil kəndində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2011-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2012-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2012-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2013-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın reyest çıxarışından görünür ki, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yerləşən xüsusi mülkiyyət Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Məhkəmə Eksperitza Mərkəzinin 02 oktyabr 2023-cü il tarixli, 10/5182 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, **********26-06301 reyestr nömrəli Texniki Pasportun məlumatlarına və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, Lənkəran Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının daxilində və xaricində yerləşən pilləkənlərin, qapıların pəncərələrin, sanitar qovşağlarının və.s bir-birinə simmetrik şəkildə inşa edilməsini, nəzərə alaraq həmin qeyri yaşayış binasının zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin təsərrüfat təyinatı pozulmadan naturada təcrid şəkildə ½ hissəyə ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, ******* saylı, xx.xx.2013-cü il tarixli X25 Küvənil kəndində inşa olunmuş 2 mərtəbəli, ümumi sahəsi 2152.1 kv.m olan qeyri- yaşayış binasının yerləşdiyi 0,1855 ha torpaq sahəsinin iki tərəfdən yol ilə qonşuluq təşkil etməsini, konfiqurasiyasını və digər texniki göstəricilərini nəzərə alaraq həmin torpaq sahəsinin iki hissəyə bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Lakin torpaq sahəsinin üzrərində yerləşən qeyri-yaşayış sahəsinin planlı yerləşməsini nəzərə alaraq, həmin qeyriyaşayış sahəsi paylara uyğun olaraq bərabər şəkildə iki hissəyə bölündükdə, qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi (bölünmüş vəziyyətdə) 1-ci hissədə 817,5 kv.m, 2-ci hissədə 1037,5 kv.m təşkil edir. 0120275 saylı, xx.xx.2013-cü il tarixli X25 Küvənil kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 2152,1 kv.m olan qeyri-yaşayış binasının zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin təsərrüfat təyinatı pozulmadan naturada təcrid şəkildə ½ hissəyə ayrılması üçün zirzəmisi mərtəbəsi, birinci və ikinci mərtəbələrinin hər birində müvafiq olaraq sağ və sol tərəflərdən 19,8 metr məsafədən sonra ortadan sərhəd divarı inşa edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1. maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2. maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3. maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5. maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümum əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004cü il tarixli və Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı,nda göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ilk olaraq İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair ərizə ilə bağlı qeyd edir ki, həmin iddia üzrə İddiaçı ilə Cavabdeh1 ər-arvaddır və sonuncunun adına Lənkəran rayonu, Küvənil kəndində bir çox daşınmaz əmlak obyekti olmuşdur və hazırda da vardır. İddiaçı Lənkəran rayonu, Küvənil kəndində yerləşən və hazırkı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin satılmasından bu qədər uzun müddət ərzində həmin obyektin oğlu və ya əri tərəfindən şərik olaraq işlədilməsindən xəbərsiz olmasına dair iddiası məhkəmə tərəfindən inandırıcı, ağlabatan hesab edilmir. Məhkəmə bu qənaətə gələrkən DƏDRX-nin Lənkəran rayon 10 saylı ərazi idarəsininin 30 mart 2023-cü il tarixdə 3-21 -3-43/2-807/2023 saylı məktubunda qeyd edilmiş vətəndaş Cavabdeh1 adında Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində hər hansı bir daşınmaz əmlakın olmamasına dair rəyini də əsas götürmüşdür. Cavabdeh1 adına Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində korparativ tərəffndən verilmiş qeyri-yaşayış obyekti ilə bağlı məhkəmə bildirir ki, İddiaçı hazırda mübahisə mövzusu olan Lənkəran rayonu, Küvənil qəsəbəsi ərazisindəki qeyri-yaşayış obyektinin məhz Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində korparativ tərəffindən verilmiş qeyri-yaşayış obyekti ilə səhv salmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, məhkəmə nəzərə alır ki, Cavabdeh1 hazırda mübahiusə predmeti olan alq-satqı müqvailəsinin ləğvi ilə bağlı məhkəməyə xx.xx.2022-c il tarixdə müraciət etməsinə baxmayaraq, eyni müqavilənin etibarsızlığı ilə bağlı Bəhrəm Əkbərovun arvadı tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilmiş və göstərilmişdir ki, müqavilənin mövcudluğundan Cavabdeh2 məhkəməyə xx.xx.2022-ci ildə müraciətindən sonra bildiyini qeyd etmişdir ki, bu hal da özlüyündə məhkəmə tərəfindən İddiaçı iddiasında göstərdikıərinin inandırıcı olmamasını bir daha sübuta yetirmiş olur. Məhkəmə, Cavabdeh1 Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasına münaisbət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində müqavilənin etibarsızlığının konkret halları göstərilmişdir. Belə ki, MM-nin 337-ci maddəsində göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edililir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Eləcədə MM-də müqavilənin etibarsızlığı üçün konkret hallar kimi Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Qeyri-ciddi əqdin etibarsızlığı, Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və digər hallar göstərilmişdir ki, hazırda irəli sürülün iki iddia tələbi üzrə də yəni, nə iddiaçı kimi Cavabdeh1, nə də İddiaçı iddialarında etibarızlığın əsası kimi qanunda göstərilmiş heç bir hal qoyulmamışdır. Hər iki iddia üzrə iddia tələbindən aydın olan hal mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ½ hissədə Cavabdeh2 məxsus olması və sonuncu tərəfindən işlədilməsi və aralarında yaranmış narazılığın ifadəsi kimi Cavabdeh2 tərəfindən məhkəməyə müraciət edildikdən sonra hər iki şəxs (ər və arvad) tərəfindən əks addım kimi müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair və İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiaları rədd edilməlidir. Məhkəmə, Cavabdeh2 cavabdeh X12 qarşı “əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası ilə bağlı qeyd edir ki, yuxarıda şərh olunan sənədlərdən görünür ki, ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X25 rayonu, Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsi ½ hissədə Cavabdeh2 paylı mülkiyyətindədir. Mülkiyyətçi kimi Cavabdeh2 mülkiyyətində olan əmlaka dair sərbəst sərəncam vermək, ondan istifafə etmə və sahiblik etmək hüquqlarının sərbəst həyata keçirmək üçün əmlakın naturada bölünməsini xahiş etmiş və bu hal məhkəmə ekspertizası rəyi ilə tam təsdiq edilmişdir. Buna görə də, məhkəmə əmlakın naturada bölünməsini məhkəmə ekspertiza rəyində göstərildiyi kimi həyata keçirilməsini qanuni və əsaslı sayır. Eyni zamanda, 1037,5 kvm torpaq sahəsi qalan 2- ci hissə cavabdeh X12 13.200 (on üç min iki yüz) manat kompensasiya verilməklə iddiaçı Cavabdeh2 verilməsi ilə bağlı sonuncunun iddia ərizəsində göstərdiyi də məhkəmə tərəfindən ağlabatan hesab olunur. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli arayışına əsasən mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə torpaq sahəsinin 01 (bir) sotu ortalama hesabla 6000 (altı min) manat dəyərindədir. Buna görə də Cavabdeh2 iddiası həmin hissədə də təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən Cavabdeh2 oğlu tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu X8 tutularaq iddiaçı Cavabdeh2 oğluna ödənilməlidir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul X8 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi:
1. İlk iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Lənkəran rayon 1 saylı notariat ofisinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası – RƏDD EDİLSİN.
2. birləşdirilmiş ilk iş üzrə iddiaçı Cavabdeh1 Cavabdeh2, Lənkəran rayon 1 saylı Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “müqavilənin və müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası – RƏDD EDİLSİN.
3. birlişədirilmiş ikinci iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh X12 qarşı “əmlakın naturada bölünərək verilməsi və əşyalardan istifadəyə maneələrin aradan qaldırılması” tələbinə dair iddiası TƏMİN EDİLSİN. - Cavabdeh2 paylı mülkiyyət hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X25 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyri-yaşayış sahəsinin zirzəmisi, birinci və ikinci mərtəbəsi, damı, 0.1855 ha. torpaq sahəsinin 1/2 hissədə məhkəmə tikintitexniki Ekspertizası rəyində müəyyən edildiyi kimi bölünsün. - Məhkəmə tikinti-texniki ekspertiza rəyinə görə 1037,5 kvm torpaq sahəsi qalan 2- ci hissə cavabdeh X12 13.200 (on üç min iki yüz) manat kompensasiya verilməklə iddiaçı Cavabdeh2 verilsin. - Cavabdeh2 paylı mülkiyyət hüququna dair ******* saylı, xx.xx.2013-cü il qeydiyyat tarixli X25 rayonun Küvənil kəndində inşa olunmuş 02 (iki) mərtəbəli, ümumi sahəsi 2152.1 kv. metr olan qeyriyaşayış sahəsinin içərisində olan 36 (otuz altı) ədǝd "Samsung" markalı kondisioner, həmçinin 10 (on) ədəd “Sony” markalı televizor iddiaçı Cavabdeh2 çatan pay hissəsi olaraq 1/2 hissədə naturada ayrılaraq ona verilsin - 01 (bir) ədəd Ukranya istehsalı olan işıq transfarmatoru, 01 (bir) ədəd artizian su quyusu, 1 ədəd 15 tonluq nikel su çəni, 1 ədəd işıq təmizləyici (stablizator), 01 (bir) ədəd istilik sistemini tənzimləyən İtalya istehsalı olan Fondetal, qazla işləyən Aparat (Katelni), elektirik və qaz sayğacları, yanğın təhlükəzliyi üçün 100 (yuz) tonluq yeraltı su anbarı, 01 (bir) ǝdəd mühafizə otağının istifadə qaydaları müəyyən edilməklə ümumi istifadədə olusun və həmin əşyalardan və sahələrdən iddiaçının istifadə etməsinə cavabdeh və digər üçüncü şəxslər tərəfindən maneçilik törədilməsinə qadağa qoyulsun. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə Cavabdeh1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. İş üzrə Cavabdeh2 oğlu tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu X8 tutularaq iddiaçı Cavabdeh2 oğluna ödənilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul X8 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Murad Aslanov