Məhkəmə qərarları › İş №2(049)-489/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-489/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-489/2025 10.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurmuş maddi ziyana görə 630 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Cavabdeh "DAEWOO BS090 AVTOBUS” markalı., 10TG371 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarının pozması nəticəsində yol qəzasının baş verməsinə səbəb olmuş və həmin qəza ilə ona məxsus “HYUNDAİ İ 30” minik markalı, **-XL-*** qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş yol qəzası ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən inzibati xəta haqqında protokol hazırlanmışdır. Həmin protokolda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Yəni, Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi ilə avtoqəzaya səbəb olmuşdur. Törətdiyi inzibati xəta ilə əalqədar Cavabdeh barəsində Bakı şəhəri DYPİ tərəfindən xx.xx.2024-cü il tarixində inzibati təhbeh vermə haqqında qərar verilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol qəzası nəticəsində ona məxsus “HYUNDAİ İ 30” minik markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin buferinə 190 manat məbləğində, faralarına 170 manat məbləğində, salackaya 30 manat məbləğində, qanadaltına 40 manat məbləğində zərər dəymişdir. Həmçinin avtomobilin təmiri üçün dəmir malyar işləri ilə bağlı onun əlavə 200 manat xərci çıxmışdır. Ümumilikdə ona məxsus avtomobilə 630 manat məbləğində zərər dəymişdir. O, Cavabdeh avtomobilinə vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı müraciət edilmiş, lakin cavabdeh maddi zərəri ödəməkdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək məhkəmə baxışı iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh vurmuş ziyana görə 450 manat və ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cavabeh məhkəməyə ərizə təqdim edərək iddianı tam etiraf və onu qəbul etdiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb, iddia tələbinə qiymət verərək, belə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı qəbul etdiyindən onu etirafı məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, Cavabdeh vurmuş ziyana görə 450 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 480 manat pul alınaraq İddiaçı verilməlidir. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Vurulmuş ziyana görə 450 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 480 (dörd yüz səksən) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar