Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-507/2025 13.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinə manenin aradan qaldırılması” tələbi ilə məhkəməyə müraciət ona nəvələri ilə ünsiyyət hüququmun həyata keçirilməsi və görüş verilməsinə olan maneənin aradan qaldırılaraq, Cavabdeh yanında olmaqla 24 dekabr 2013-cü il tarixdə anadan olmuş X5 və 27 noyabr 2015-ci il tarixdə anadan olmuş X6 adlı 2 nəvələri ilə hər həftənin şənbə və bazar günləri, eləcə də Yeni il, Novruz, Ramazan və Qurban bayramlarının 2-ci günləri və uşaqların ad günlərində saat 10:00-dan saat 18:00-dək olan müddət ərzində ünsiyyət hüququnu həyata keçirərək görüş verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh olan Cavabdeh həmkəndlisi olmaqla, 2012-ci ildə oğlu X4 ilə nişanlanmış, 11 oktyabr 2012-ci il tarixdə onların toyları olmuş və onun evinə gəlin köçmüşdür. Onların nikahları isə 04 dekabr 2012ci ildə Lənkəran rayon qeydiyyat şöbəsində 20 sayla rəsmiləşdirilmişdir. Birgə nikahlarından onların 24 dekabr 2013-cü il tarixdə X5 və 27 noyabr 2015-ci il tarixdə X6 adlı 2 uşaqları anadan olmuşdur və uşaqlar sağ salamat olmaqla hazırda cavabdehin himayəsində yaşayırlar. X14 ilə Cavabdeh arasında münasibətlər məhz cavabdehin ucbatından pozulmuş, o, özbaşına olaraq ailəni tərk edərək getmiş, uşaqları da özü ilə aparmışdır. Daha sonra Cavabdeh aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş və yalnız bundan sonra oğlu Ceyhun da boşanmaq tələbinə dair iddia ilə məhkəmədə iddia qaldırmışdır. Hər iki iddia Lənkəran Rayon Məhkəməsinin icraatında olmaqla baxılaraq iddialar təmin edilmiş, onların aralarındakı nikah pozularaq 2 uşağın saxlanılması üçün sabit pul məbləğində aliment qət edilmişdir. Onlar ayrıldıqdan sonra Cavabdeh anasının yanına getmiş və bir daha qayıtmayaraq uşaqlarla birlikdə Bakı şəhərində yaşayırlar. Ancaq Cavabdeh və anası nənə olaraq ona uşaqlarla görüşməyinə imkan vermirlər və müxtəlif bəhanələr gətirməklə bundan yayınırlar. Hansı ki, əvvəllər o nəvələri ilə birtəhər görüşüb ünsiyyətdə ola bilirdisə, son vaxtlar cavabdeh buna da imkan verməyir nənəsi olaraq ona nəvələri ilə sərbəst olaraq görüşməyinə mane olurdu. Kənddə olarkən nəvələri daima onların yanınında olmuş və o, da nənə olaraq onlardan qayğılarını əsirgəməmiş, onlar üçün imkanı çatan hər şeyi etmiş, uşaqlar da onlara bağlı olmuş, onları istəmişlər. O, nəvələrisiz yaşaya bilmir, həmişə onlara qayğı göstərmək, onlarla ünsiyyətdə olmaq istəyir. Hesab edir ki, Cavabdeh hər vasitə ilə uşaqları onlardan uzaqlaşdırmaq istəyir, bilərəkdən telefonla görüntülü danışmağa belə bizə imkan yaratmayır. Bundan sonra da o, nəvələrinin saxlanılmalarında, tərbiyələrində və sair qayğılarını çəkməkdə iştirak etmək istəyir. Bu həm də onun hüququdur. Lakin sabiq gəlini buna imkan vermir. Qanunvericiliyin tələbinə görə o ilk öncə aidiyyatı üzrə Lənkəran rayon icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edib. Lənkəran rayon icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası müraciətimlə əlaqədar olaraq 19 sentyabr 2024-cu ıl tarixli qərarı ilə 24 dekabr 2013-cü il tarixdə anadan olmuş X5 və 27 noyabr 2015-ci il tarixdə anadan olmuş X6 adlı 2 nəvələrimlə hər həftənin şənbə və bazar günləri, Novruz, Ramazan və Qurban bayramlarının 2-ci gunu saat 10:00-dan saat 18:00dək, eləcə də uşaqların doğum günlərində və Yeni il bayramlarında saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsinə dair rəy vermişdir. Rəyin bır surəti ona digər nüsxəsi isə cavabdehə rəsmi olaraq göndərilmişdir. Lakin dəfələrlə müraciət etsə də Cavabdeh ona nəvələrim ilə görüşməyimə mane olmaqla bunun üçün ona lazımi şərait yaratmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin nəvələri ilə ünsiyyətinə imkan vermədiyini bildirib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehim iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik Komissiyası tərəfindən verilmiş 19 sentyabr 2024-ci il tarixli qərarın nəticə hissəsində qeyd edilmişdir ki, 3024 dekabr 2013-cü il tarixdə anadan olmuş X5 və 27 noyabr 2015-ci il tarixdə anadan olmuş X6 adlı 2 nəvələrimlə hər həftənin şənbə və bazar günləri, Novruz, Ramazan və Qurban bayramlarının 2-ci gunu saat 10:00-dan saat 18:00-dək, eləcə də uşaqların doğum günlərində və Yeni il bayramlarında saat 10:00-dan saat 18:00-dək ünsiyyətdə olmaq hüquqlarının təmin ediməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 24.12. 2013-cü il təvəllüdlüdür. X1, anası Cavabdehdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 qızı xx.xx.2015-ci il təvəllüdlüdür. X1, anası Cavabdehdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.2-ci maddəsinə əsasən, valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 62.1-ci maddəsinə əsasən, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2-ci maddəsinə əsasən, valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 62.4-cü maddəsinə əsasən, məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici uşaqla ünsiyyət institutunu müəyyən edərkən, yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi ilə yanaşı, nənə və babanın da öz nəvələrinin saxlanılmasında və tərbiyə edilməsində iştirakının təmin edilməsini də nəzərə almışdır. Bu baxımdan, uşaqla ünsiyyət məsələsi həll edilərkən uşağın mənafeyi əsas götürülməklə yanaşı, uşaqla ünsiyyətdə olmaq istəyən nənə və babanın bu hüquqlarının həyata keçirilməsinə şərait yaradılmalı və bu hüququn realizəsi hər hansı formal mülahizədən asılı edilməməlidir. Məhkəmə yekun qənaətə gələrkən “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarındakı tövsiyyələrini də diqqətə almışdır. Belə ki, həmin qərarın 4-cü bəndində qeyd edilir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, qanunverici uşaqla ünsiyyət institutunu müəyyən edərkən, yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və mənafelərinin müdafiə edilməsi prinsipi ilə yanaşı, nənə və babanın da öz nəvələrinin saxlanılmasında və tərbiyə edilməsində iştirakının təmin edilməsini də nəzərə almışdır. Bu baxımdan, uşaqla ünsiyyət məsələsi həll edilərkən uşağın mənafeyi əsas götürülməklə yanaşı, uşaqla ünsiyyətdə olmaq istəyən nənə və babanın bu hüquqlarının həyata keçirilməsinə şərait yaradılmalı və bu hüququn realizəsi hər hansı formal mülahizədən asılı edilməməlidir. İddiaçıların nəvələri ilə ünsiyyət hüququnun hansı qaydada və müddətdə təmin edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Lənkəran şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən iddiaçının nəvələri ilə hər həftənin şənbə və bazar günü, uşaqların ad günündə, eləcə də bayram günlərində saat 10:00-dan 18:00-dək ünsiyyətdə olması məqsədəuyğun hesab edilmişdir. Lakin məhkəmə uşaqların bu qədər uzun müddət anasından ayrı qalmasını nəzərə almaqla uşaqların mənafeyinə uyğun hesab etmir. Bu səbəbdən məhkəmə uşaqların hər həftənin bazar günü, eləcə də Yeni il, Novruz, Qurban və Ramazan bayram günlərinin 2-ci günlərində, uşaqların ad günlərində saat 13:00-dan 17:00-dək nənə-babası ilə ünsiyyətdə olmasının onun mənafeyinə uyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı nəvələri 24 dekabr 2013-cü il tarixdə anadan olmuş X5 və 27 noyabr 2015-ci il tarixdə anadan olmuş X6 ilə hər həftənin bazar günü, eləcə də Yeni il, Novruz, Qurban və Ramazan bayram günlərinin 2-ci günlərində, uşaqların ad günlərində saat 13:00-dan saat 17:00-dək təyin edilmiş görüşə Cavabdeh tərəfindən maneçilik törədilməsi cavabdehə qadağan edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Lənkəran Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının 19 sentyabr 2024-cü il tarixli qərarı ilə nəvələri 24 dekabr 2013-cü il təvəllüdlü X5 və 27 noyabr 2015-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olmasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın və ünsiyyət qaydası hər həftənin bazar günləri, uşaqların ad günündə, eləcə də Yeni il, Novruz, Ramazan və Qurban bayramlarının İİ (ikinci) günlərində saat 13:00-dan 17:00-dək təyin edilsin. İddiaçı nəvələri 24 dekabr 2013-cü il təvəllüdlü X5 və 27 noyabr 2015-ci il təvəllüdlü X6 ilə ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar Cavabdeh qeydiyyat yeri üzrə Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən fərdi yaşayış evində hər həftənin bazar günləri, uşaqların ad günündə, eləcə də Yeni il, Novruz, Ramazan və Qurban bayramlarını İİ (ikinci) günlərində saat 13:00-da Cavabdeh tərəfindən İddiaçı, həmin gün saat 17:00-da isə eyni ünvanda İddiaçı tərəfindən Cavabdeh təhvil verilsin. Arzu etdiyi təqdirdə uşaqlarla ünsiyyət zamanı Cavabdeh iştirak etsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-507/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-507/2025
13.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver