Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-542/2024 06.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından olmuş xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2013-cü il təvəllüdlü Rüqəyya və Zəhranın (əkiz qızların) yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 250 manat olmaqla hər ay hər uşağa cəmi 750 manat, oğlu Əlinin əlavə xərci olaraq 170 manat Cavabdeh alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İddiaçı ərizəsi iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü il tarixdə doğulmuşdur.cavdehlə ailə qurub evlənmişlər. Nikahlarından 11 avqust 2012-ci il təvəllüdlü X13 və xx.xx.2013-cü il tarixli Rüqəyya və Zəhranın adlı üç uşağı doğulmuşdur.İlkövladı lal-kar və psixi yerində olmadığı üçün əlildir.Digər iki əkiz övladları sağ salamatdır.Əli adlı oğlu əlil olduğu üçün caavdeh onu xüxusi tipli internat məktəbinə qoyulmasını,ailəsinin təcrid edilməsini tələb edir. O razılaşmadığı təqdirdə isə,Lənkəran rayon məhkəməsinin vasitəsilə onunla olan nikahın pozulmasıyla bağlı müraciət etmişdir.iddia 2019 cu il tarixdə təmin ounmuşdur.iddiaçı hal-hazırda üç uşağıyla birlikdə valideynlərinə məxsus olan bir otaqlı evdə yaşayır.Şirvan Apellyasiya və Ali məhkmənin cavbdehlərin mülkiyətində olan evə yaşamaq hüququ təmin olunsada cavadeh müxtəlif yollarla həmin evə qoymur.Əli adlı üşağı əlildir,on görə uşağı tək edvdə qoyub işləyə bilmir hazırda üç uşağı saxlamaq üçün 290 manat aliment alır.İndiki zamanda uşaqların saxlanılması üçün kifayət etmir.iki əki qızının məktəblidir istər dərs ləvazimatları,istərsədə məktəbli formları üçün ərzaq və daha vacib tələbatları üçün kifayət etmir uşaqların tələbat artıb.Cavabdeh həm ustalıq edir həmdə sosial müavinət alır. İddiaçı məhkəmə hazırlıq iclasında məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən ərizə ilə müraciəət edərək iddia ərizəsinə düzəliş edib Lənkəran Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(049)-2432/2019 nömrəli qətnaməsi əsas götürülərək alimentin miqdarı hər bir uşağa görə 230 manat olmaqla üç uşağa görə 690 manat sabit pul miqdarında artırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında MPM-53-cü maddəsinə əsasən verdiyi iddia ərizəsində göstərdiklərini təsdiq edib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, səhhəti ilə əlaqədar heç bir yerdə işləmir, İİ qrup əlildir, qazancı yoxdur, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməyə çətinlik çəkir. Oğlu Əli xəstəliyinə görə ondan çox pensiya alır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2012-ci il tarixdə X13 anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2013-cü il tarixdə X7 anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2013-cü il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2 (049)-2432/2019 saylı qətnaməsinin surətindən görünür ki, 05 avqust 2019-cu il tarixdən başlayaraq Cavabdeh xx.xx.2012-ci ildə anadan olmuş X8, xx.xx.2013-cü ildə doğulmuş X1 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 80 manat olmaqla, üç uşağa görə cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Lənkəran rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli 2 (049)-1926/2020 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2012-ci ildə anadan olmuş X9 müalicəsi üçün hər ay 50 manat sabit pul məbləğində əlavə xərc tutularaq iddiaçı X3 verilməsini qət etmişdir. İş materiallarında olan xəstənin 009 nömrəli xəstəlik tarixindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi psixopedaqoq yanında terapiya keçib. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF X12 şəhər filialı tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ƏƏSMN-nin tabeliyində DSMF X18 Lənkəran şəhər filialından 2-ci qrup əlilliyə görə hər ayda 220 manat sosial müavinət alır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən 4 il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimentin miqdarını həmin artıma uyğun artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum keçən 4 il ərzində artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, uşaqların hazırda iddiaçının yanında olmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, ailə vəziyyətini və aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarın müəyyən edilməsini əsaslı sayır. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2024-cü il üçün yaşayış minimumu haqqında qanunda qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların saxlanması üçün alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödəməli olduğu alimentin miqdarını, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, eyni zamanda, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində alimentin miqdarının artırılmamasını , habelə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə tərəflərin birgə nikahından anadan olmuş uşağların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa 120 manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 120 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 1440 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 34.40 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 55 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 55 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ, yəni 55 manat, alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 34.40 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(049)-2432/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 11 avqust 2012-ci il tarixdə doğulmuş X13, 08 dekabr 2013-cü il tarixdə doğulmuş X5 və 08 dekabr 2013-cü il tarixdə doğulmuş X10 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat, olmaqla ümumilikdə üç uşağa görə hər ay cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Əmrah qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödədiyi 55 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı Əmirah qızına ödənilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-542/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-542/2024
06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver