Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-568/2023 30.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi və iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh1 və zamini Cavabdeh2 iddiaçı "xxxx" MMC-nin xeyrinə 10 may 2022-ci il tarixli № 05075-0819-15 saylı kredit müqaviləsinin əsas borc üzrə 1.812,92 manat, vaxtı keçmiş əsas borc üzrə 1.760,75 manat, gecikdirilmiş faiz üzrə 602,74 manat, cərimə borcu üzrə 251,71 manat olmaqla, cəmi 4.428,12 manatın tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı ilə, ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış 10 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 3.573,67 manat əsas borcu, 775,14 manatı faiz borcu və 251,71 manat cərimə borcu olmaqla, cəmi 4600,52 manat pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə tutulmasına barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsində və "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında verdiyi izahatında tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Cavabdeh1 arasında 10 may 2022-ci il tarixli N-05075-0819-15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay müddətinə, illik 40 faiz dərəcəsi ilə hesablanmaqla 3.900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditorla Cavabdeh2 arasında 10 may 2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməsinə görə borcalanla birgə məsuliyyət daşıyır. Borclular tərəfindən qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməlidir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biridə gecikdirilmiş borc nəticəsində cərimə borcun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün kreditor səy göstərsə də borclular öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məluat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 05075-0819- 15 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 12 ay müddətinə, illik 40% olmaqla 3.900 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin icrasını təmin edilməsi üçün zamlik müqaviləsi bağlanılmışdır. Ödəniş tapğından görünür ki, "xxxx" MMC-nin hesabından Xalqbank ASC tərəfindən Cavabdeh1 3900 manat məbləğində pul verilmişdir. Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi borcu 5490,70 manat təşkil edir. Bundan 3.573,67 manat əsas, 775,14 manatı faiz və 1141,89 cərimə borcudur. Ödəniş cədvəlindən görünür ki, Rahid Cəfərov xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək aylıq 399.64 manat, sonuncu ayda isə 399.61 manat olmaqla 12 ay müddətinə ümumilikdə 4795.65 manat ödənilməlidir. Hökumət ödəniş portalından Çıxarışdan görünür ki, iddiaçı "xxxx" MMC-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 65 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Rahid Cəfərov ilə "xxxx" MMC arasında 10 may 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmış, "xxxx" MMC Rahid Cəfərova 12 ay müddətində qaytarmaq şərtilə illik 40% olmaqla 3.900 manat məbləğində kredit verməyi, Rahid Cəfərov isə 3.900 manat məbləğində pulu borc götürməyi, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək aylıq 399.64 manat, sonuncu ayda isə 399.61 manat olmaqla 12 ay müddətində faizlərlə birlikdə ümumilikdə 4795.65 manat məbləğini "xxxx" MMC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Rahid Cəfərov tərəfindən öhdəliyin icrasının təminatı kimi Cavabdeh2 zamin durmuşdur. İddiaçı "xxxx" MMC üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, 3.900 manat məbləğində pulu cavabdeh Rahid Cəfərovun mülkiyyətinə versə də, sonuncu və Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetməmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sadalanmış normaları hazırki iş üzrə tətbiq edərkən, məhkəmə hesab edir ki, Cavabdeh1 "xxxx" MMC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürülmüş öhdəlikləri icra etmədiyinə görə məsuliyyət daşıyır, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən bank qarşısında cavabdehlik daşıyır, bankın isə məhkəmə qaydasında borcun ödənilməsi tələbi hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 "xxxx" MMC qarşısında borclu Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 251,71 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 200 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunan sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3.573,67 manat, faiz borcu üzrə 775.14 manat, cərimə borcu üzrə 200 manat, cəmi 4.548,81 manat kredit borcu və ödənilmiş dövlət rüsumunun məbləği 65 manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli N- 05075-0819-15 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3.573,67 manat, faiz borcu üzrə 775.14 manat, cərimə borcu üzrə 200 manat, cəmi 4.548,81 manat kredit borcu və 65 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-568/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-568/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver