Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-569/2023 02.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı YELO BANK ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi̇ : İddiaçı YELO BANK ASC Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli, kredit müqaviləsi üzrə 800.16 manat məbləğində əsas borcun, 1.76 manat məbləğində faiz borcun, 2.12 manat cərimə borcu ümumilikdə cəmi 804.04 manat borc və 30 manat məbləğində dövlət rüsumunun alınaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh YELO BANK ASC–dən ödəniş cədvəli planı üzrə ödəniş etmək şərti ilə illik 1 faiz olmaqla 60 ay müddətinə, 1388.26 manat məbləğdə kredit verilmiş və bu borcun təminatı olaraq Cavabdeh müqavilə bağlanmışdır. Cavabdehin müştərək qaydada iddiaçıya xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 800.16 manat məbləğində əsas borcun, 1.76 manat məbləğində faiz borcun, 2.12 manat cərimə borcun ümumilikdə cəmi 804.04 manat borcu qalmış, və xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdeh bu borcu ödəməkdən boyun qaçırır. Məhkəmə tərəfindən YELO BANK ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iş materiallarında olan subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, YELO BANK ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilməlidir. Belə ki, YELO BANK ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh, Cavabdeh xx.xx.2019-cu il tarixli, kredit və müqaviləsi üzrə qaydada ödənilməli 800.16 manat məbləğində əsas borcun, 1.76 manat məbləğində faiz borcun, 2.12 manat cərimə borcun ümumilikdə cəmi 804.04 manat borcu qalmışdır. İşin göstərilən halları iddia ərizəsi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, kredit müqaviləsi üzrə 800.16 manat məbləğində əsas borcun, 1.76 manat məbləğində faiz borcun, 2.12 manat cərimə borcun ümumilikdə cəmi 804.04 manat borcu və 30,0 manat məbləğində dövlət rüsumu alınaraq, YELO BANK ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 800.16 manat məbləğində əsas borc, 1.76 manat məbləğində faiz borcu, 2.12 manat cərimə borcu ümumilikdə cəmi 804.04 manat borcu və 30 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçı YELO BANK ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-569/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-569/2023
02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver