Məhkəmə qərarları › İş №2(049)-605/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-605/2023

25.09.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-605/2023 25.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlu sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı Qurbanov Hı̇ dayət Naı̇ b oğlu, İddiaçının nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil bürosunda fəaliyyət göstərən vəkil Vəkil, Cavabdeh Əskərov Əmı̇ rxan Bəşı̇ r oğlu, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə iddiaçı Qurbanov Hı̇ dayət Naı̇ b oğlunun cavabdeh Əskərov Əmı̇ rxan Bəşı̇ r oğluna qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, müəyyən etdi̇ : İddiaçı Qurbanov Hı̇ dayət Naı̇ b oğlunun cavabdeh Əskərov Əmı̇ rxan Bəşı̇ r oğluna qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə şifahi ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdi. İddiaçı da nümayəndəsi və vəkilin ərizəsi ilə razı olduğunu və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmiş və və işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. İş materiallarına əlavə edilmiş ********** saylı qəbzdən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 114.1.5-ci maddəsinin tələbinə görə iddia ərziəsi baxılmamış saxlanıldıqda dövlət rüsumu geri qaytarılır. MPM-nin 260.3-cü maddəsinə əsasən ərizə baxılmamış saxlanıldıqda qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldi: İddiaçı Qurbanov Hı̇ dayət Naı̇ b oğlunun cavabdeh Əskərov Əmı̇ rxan Bəşı̇ r oğluna qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ********** saylı qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar