Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-636/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçının nümayəndəsi: 1 Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X5 cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbiətə vurulmiş Ziyana görə X3 tərəfindən 600 manat cərimə və 17871 manat ziyan məbləğinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonu, Xarxatan kənd sakini Cavabdeh şikayəti əsasında idarə əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə Cil və Xarxatan kəndləri ərazisində aparılan araşdırma zamanı həmin ərazidə aparılmış qazıntı nəticəsində Lənkəran rayonu, Xarxatan kəndində mövcud olan su anbarının yaxınlığında ölçüləri 24 x 12.60 x 1.50, 5 x 5 x 0.90 - 476 m3 həcmində və Lənkəran rayonu Cil kəndi ərazisində ölçüsü 50 x 15 x 0.50 = 375 m -həcmində olmaqla ümumilikdə 851 (səkkiz yüz əlli bir) kub metr həcmində gilin müxtəlif vaxtlarda daşındığı müəyyən edilmişdir. 851 (səkkiz yüz əlli bir) kub metr həcmində gilin qanunsuz daşınmasına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 119 saylı qərarına əsasən dəymiş ziyan hesablanmış və ziyan cədvəlinə uyğun olaraq ətraf mühitə dəymiş ziyan 17871 (on yeddi min səkkiz yüz yetmiş bir ) manat təşkil etdiyi müəyyən edilmişdir. Şikayətçi Cavabdeh Zakir oğlunun qazıntı işlərinin onun qardaşı Lənkəran rayonu Xarxatan kənd sakini X7 tərəfindən aparıldığını bildirmişdir. Lənkəran rayonu Şağlaser bələdiyyəsinin sədri Rza Nəhmətov isə yazılı arayışında qeyd olunan ərazidə qazıntı işlərinin Lənkəran rayonu Xarxatan kənd sakini X3 tərəfindən aparıldığını bildirmişdir. Qanunsuz qazıntının aparıldığı aşkar edilmiş Cil və Xarxatan kəndləri ərazisində qazıntı işlərinin kimlər tərəfindən aparıldığını dəqiqləşdirmək üçün, X8 haqqında qanunun 71.2.8-ci maddəsini rəhbər tutularaq Lənkəran ŞRPŞ-nə xx.xx.2021-ci il tarixli 40/330 saylı məktubla müraciət olunmuşdur. Lənkəran ŞRPŞ araşdırma apararaq qeyd olunan ərazilərdə qazıntı işlərinin Lənkəran rayonu Xarxatan kənd sakini X3 tərəfindən aparıldığını müəyyən etmiş və bununla bağlı 16 may 2022-ci il tarixli MN № ******* saylı inzibati qaydada protokol tərtib olunmuşdur. Lənkəran ŞRPŞ tərəfindən tərtib olunmuş protokol İnzibati icraat haqqında qanunun 20.2ci maddəsi rəhbər tutularaq İnzibati tənbeh vermə haqqında qərar çıxarılmasından ötrü xx.xx.2022-ci il tarixli 154-14769-1222 saylı məktubla 1 saylı RETS-nə göndərilmişdir. Araşdırma ilə bağlı idarənin xx.xx.2021- ci il tarixli 00196 saylı sərəncamı əsasında 11 dekabr 2021-ci il tarixli akt nb 73389 saylı akt tərtib edilmişdir. 1 saylı RETSİ X2 İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə cərimə tətbiq olunması ilə bağlı İnzibati İcraat haqqında qanunun 80.1.1 ci maddəsinə uyğun olaraq 24 may 2022-ci il tarixdə İnzibati tənbeh vermə haqqında MN № ******* saylı qərar qəbul edilmişdir. Cərimə məbləğinin ödənilməsindən ötrü X2 xx.xx.2022- ci ii tarixli Ç-İM/4022-187 saylı məktubla müraciət olunsa da indiyədək cərimə məbləği ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinin müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iş üzrə onun barəsində tərtib edilmiş protokolun yaranmasına əsas olmuş inzibati qərar Lənkəran Rayon Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə araşdırılmış 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 dekabr 2021-ci il tarixli 73389 nömrəli aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Cil və Xarxatan kəndləri ərazisində aparılan araşdırma zamanı həmin ərazidə aparılmış qazıntı nəticəsində Lənkəran rayonu, Xarxatan kəndində mövcud olan su anbarının yaxınlığında ölçüləri 24 x 12.60 x 1.50, 5 x 5 x 0.90 - 476 m3 həcmində və Lənkəran rayonu Cil kəndi ərazisində ölçüsü 50 x 15 x 0.50 = 375 m -həcmində olmaqla ümumilikdə 851 kub metr həcmində gilin müxtəlif vaxtlarda daşındığı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X6 İXM-nin 228-ci maddəsi ilə cərimə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 3(049)-908/2022 saylı qərarından görünür ki, Cavabdeh barəsində tərtib olunmuş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, iddiaçının tələbini və həmin tələbi təsdiq edən dəlil kimi təqdim etdiyi sübutları, habelə cavabdehin təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xx.xx.2021-ci il tarixdə Lənkəran rayonu, Xarxatan kəndində mövcud olan su anbarının yaxınlığında ümumilikdə 851 kub metr həcmində gilin müxtəlif vaxtlarda daşındığı müəyyən edilmiş, buna görə Cavabdeh barəsində xx.xx.2022-ci il tarixli, MN1450058 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında da 24 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin Lənkəran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 3(049)-908/2022 saylı qərarı ilə qeyd edilən qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın hüquqi əsası olmamaqla yanaşı, faktiki əsasları da müəyyən deyil. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 3(049)-908/2022 saylı qərarında göstərilmişdir ki, Cavabdeh barəsində 24 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar inzibati xəta hadisəsi mövcud olmadığından ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsasını təşkil edən sübut artıq mövcud olmadığından iş üzrə iddia rədd edilməlidir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə digər sübut təqdim edilməmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı 1787 manat maddi ziyanın və 600 manat cərimənin tələb edilməsinə dair iddiası rədd edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-636/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-636/2023
14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver