Məhkəmə qərarları › İş №2(049)-643/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-643/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-643/2025 03.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat pulun və dövlət rüsumu kimi köçürülmüş 40 manat 40 qəpik rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə eyni vaxtı Lənkəran rayonun Ləj kəndində orta məktəbdə oxuyub, Lənkəran rayonu, Kirov kənd sakini kimi tanıyır və ounla yaxşı münasibətləri vardır. Hətta müəyyən vaxtlarda ondan borc pul almış, aldığı borc pulu söz verdiyi vaxtlarda qaytarmışdır. Bu səbəbdən cavabdeh onun yanında öz etibarını qazanmışdır. Belə ki, cavabdeh maddi problemləri ilə bağlı 2022-ci noyabr ayında ondan 2000 manat borca pul istəmiş və oda onu tanıdığına və etibar etdiyinə görə 2000 manat borc pul vermişdir. Cavabdeh pulu verən vaxtı yəni, xx.xx.2022-ci il tarixdə həmin borcu öz aralarında yazılı qaydada rəsmiləşdirilmişdir. Cavabdeh ondan aldığı 2000 manat borca görə verdiyi yazılı qəbzdə göstərmişdir ki, Cavabdehn Nadir Xanoğlan oğlundan iki min manat borc almış, noyabr ayının axırı pulu qaytaracağını, maaş kartını Nadirə vermiş və heç bir iddiası yoxdur. Qəbzin altında imza etmişdir. Cavabdeh maaş kartın ona versədə lakin 15 gündən sonra ona bildirmiş ki, maaş kartını geri qaytarsın oda kredit götürüb borcunu qaytaracaqdır. Lakin iki il keçsədə cavabdeh borcunu qaytarmamışdır. Cavabdeh 2000 manat ona olan borcu olduğunu yazılıqəbzdə etiraf etmiş və həmin pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq etsədə heç bir əhəmiyyət verməmişdir. Cavabdeh onun pulunu qaytarmaqdan hər vasitə ilə yayınır. İddia ərizəsinə görə dövlət rüsumu üçün 40 manat 40 qəpik pul köçürmüşdür. Məcburiyyət qarşısında qalıb o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı əlavə olaraq bildirmişdir ki, o, iddiasını müdafiə edir və Cavabdeh 2000 manat pulun və dövlət büdcəsinə köçürülmüş 40 manat 40 qəpik rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbini qismən qəbul edib o, İddiaçı 2000 manat deyil 1600 manat pul almışdır. Ancaq qalan 400 manat faiz olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş vərəqədəki yazıları o, öz əl xətti ilə yazmışdır. Aldığı pulu da özü üçün yox yaxın qohumuna göndərmişdir. Ancaq yazıları o özü yazmışdır. xx.xx.2022-ci il tarixdə yazılı qaydada təsdiq edilmiş öz iması ilə təsdiq edilmiş əlyazmadan görünür ki, İddiaçı Cavabdeh 2000 manat məbləğində pul borc verib. Cavabdeh 2022-ci ilin noyabr ayının sonunadək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün iddiaçı tərəfindən 40 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş kart çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə X1 hesabına 1600 manat pul köçürülmüşdür. Məhkəmə iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbini məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2022-ci il tarixdə yazılı qaydada təsdiq edilmiş əl yazmasına əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Qeyd olunan qərardan belə müəyyən olunur ki, müqavilə üzrə tələblərə baxılarkən həmin müqaqvilənin etibarlılığının yoxlanılması işə baxana məhkəmə tərəfindən həyata keçirilməlidir. Müqavilənin ayrıca iddia tələbi ilə mübahisələndirilməsi sonradan eyni tərəflər arasında və eyni predmet barəsində müxtlif məhkəmələrin icratında əlaqəli mülki işlərin olmasına gətirib çıxarır. xx.xx.2022-ci il tarixdə yazılı qaydada təsdiq edilmiş əlyazmadan məzmunundan fərqli olaraq həm iddiaçının, həm də cavabdehin məhkəmə iclasında verdiyi izahatlarından belə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında borcla bağlı razılığa gəlinmiş, Cavabdeh isə 2000 manat borcu iddiaçı Nadir Rəmanova qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi xx.xx.2022-ci il tarixdə tərəflər arasında yazılı qaydada imzası ilə təsdiq edilmiş əlyazmada da, əslində tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik mübasibətlərindən irəli gələn öhdəlik münasbətləri yaranmışdır. xx.xx.2023-cü il tarixədək qüvvədə olan (tərəflər arasında hüquq münasibələrinin yarandığı zaman qüvvədə olan) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 340-ci maddəsinə görə: 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 337-ci maddəsinə görə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə cavabdehin iddiaya qarşı etirazının dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Halbuki, MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat 40 qəpik pul alınaraq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2000 (iki min) manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat 40 (qırx) qəpik Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar