Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-66/2024 15.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yolunun zəbtdən azad edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yolunun zəbtdən azad edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli. 5 otaqlı, 91,2 kv.m yaşayış, 144.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə gedən gediş-gəliş yolunun zəbtdən azad edilməsi, cavabdeh tərəfindən həmin gediş-gəliş yolunda qanunsuz inşa edilmiş dəmir hasarın cavabdehin hesabına sökülməsi və həmin gediş-gəliş yoluna cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il tarixdə Puşkin (indiki Biləsuvar) rayonu Qoyunçuluq kəndində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. ünvan 2ləşən 2 mərtəbəli, 5 otaqlı, 91.2 kv.m yaşayış, 144.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkivvəl hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində onun adına qeydiyyata alınmışdır. Adına verilmiş çıxarış Seriya MH0002387 nömrəli, qeydiyyat nömrəsi 220700127, qeydiyyat tarixi xx.xx.2007-ci il tarixlidir. Həmin adına verilmiş çıxarışa inventar nömrəsi 586, tərtib edilmə tarixi xx.xx.2007-ei il olan daşınmaz əmlakın texniki pasportu da əlavə edilmişdir. Həmin texniki pasportda verilmiş fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsinin situasiya planı, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolu da qeyd edilmişdir. Lakın buna baxmayaraq qonşusu olan Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evinə gedən gediş-gəliş yolunu hasarla daraldaraq yolun bir hissəsini zəbt edərək onun öz mülkiyyətində olan fərdi yaşayış evinə getməyinə maneçilik törədir və demək olar ki həmin yoldan istifadə edə bilmirlər. Eyni zamanda qonşusu olan Cavabdeh həmin gediş-gəliş yolunu daş hasar tikərək daraldanda həmin yolun üstündə əkdiyi palma ağacını kəsmişdir. Dəfələrlə onunla söhbətlər aparsaq da heç bir nəticəsi olmamışdır. Deyir ki öz pulumu vermişəm, işimi görürəm, heç kim mənə heç nə edə bilməz. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə2 ayrı-ayrılıqda tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat göndərilmiş iddiaçının vəkili və nümayəndələri Nümayəndə1 və X1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, X3 küçəsi ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 91,2 kv.m yaşayış, 144.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1452A KOD 80201002 №-li Şəhadətnamədən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998ci il tarixli, 10 saylı qərarı ilə 0.06 hektar həyətyanı torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaqdan ötrü 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/145 №-li, 28 fevral 2024-cü il tarixli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3570/2023 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla və **********28-10301 reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 91.2 kv.m yaşayış 144.6. kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulması müəyyən olunmuşdur. Həmin gediş-gəliş yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3570/2023 saylı mütəxəssis rəyinə əsasən, həmin gediş-gəliş yolunun orta hesabla eninin başlanğıç hissədə 6,4 m, iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin giriş qapısında 5,35 m, uzunluğunun isə 26 m olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3570/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007ci il tarixli ********* qeydiyyat nömrəli Çıxarışla və **********28-10301 reyestr nömrəli Texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 91.2 kv.m yaşayış 144.6. kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsinə faktiki vəziyyətdə qoyulan darvazanın onun mülkiyyətində olan torpaq sahəsinin sərhəd hüdudlarında kənarda yerləşməsi müəyyən olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli Çıxarışla və **********28- 10301 reyestr nömrəli Texniki pasporta əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 91.2 kv.m yaşayış 144.6. kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsinə gediş-gəliş yolunun tutulmaması və faktiki olaraq mövcüd olması müəyyən olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3570/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 91.2 kv.m yaşayış 144.6. kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsinin giriş qapısının şimal istiqamətində Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin xarici kənarı boyu və eləcədə İddiaçı fərdi yaşayış evinə gediş-gəliş yolunun hərəkət hissəsinin kənarı boyu 9 m uzunluğunda 0.40 m enində mübahisə predmeti olan daş hasarın inşa edilməsi müəyyən olunmuşdur. Gedişgəliş yolundan istifadə etmək üçün Cavabdeh Mirzəhəsn oğlu tərəfindən hər hansı maneə yaradıb-yaratmaması məsələsinin müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 91,2 kv.m yaşayış, 144.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə gedən gediş-gəliş yolu zəbt edilməmişdir. Cavabdeh tərəfindən könüllü olaraq həmin gediş-gəliş yoluna törədilən maneə aradan qaldırılmışdır. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, işdə təqdim olunmuş sənədləri araşdıraraq və onlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ və İV hissələrində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri). Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, icazə verilmir. İş materiallarını qeyd olunan hüquq normalarının tələbləri baxımından araşdıran məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Belə ki, məhkəmə araşdırması nəticəsində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla və **********28-10301 reyestr nömrəli Texniki Pasporta əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 91.2 kv.m yaşayış 144.6. kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulması, həmin gedişgəliş yolunun bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Həmin gediş-gəliş yolunun orta hesabla eninin başlanğıç hissədə 6,4 m, iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin giriş qapısında 5,35 m, uzunluğunun isə 26 m olması, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməməsi müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 91.2 kv.m yaşayış 144.6. kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsinə faktiki vəziyyətdə qoyulan darvazanın onun mülkiyyətində olan torpaq sahəsinin sərhəd hüdudlarında kənarda yerləşməsi və İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 91.2 kv.m yaşayış 144.6. kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsinə gediş-gəliş yolunun tutulmaması və faktiki olaraq mövcüd olması müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 91.2 kv.m yaşayış 144.6. kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsinin giriş qapısının şimal istiqamətində Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin xarici kənarı boyu və eləcədə İddiaçı fərdi yaşayış evinə gediş-gəliş yolunun hərəkət hissəsinin kənarı boyu 9 m uzunluğunda 0.40 m enində mübahisə predmeti olan daş hasarın inşa edilməsi müəyyən olunmuşdur. Eyni zamanda, mübahisəli torpaq sahəsinə keçirilən yerli baxış zamanı Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 91,2 kv.m yaşayış, 144.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə gedən gediş-gəliş yolu zəbt edilmədiyi, cavabdeh tərəfindən könüllü olaraq həmin gediş-gəliş yoluna törədilən maneənin aradan qaldırıldığı müəyyən edilmişdir. İşin qeyd olunan halı alınmış ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlarla obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə müəyyən edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində məhkəmə xərci və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 230 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “gediş-gəliş yolunun zəbtdən azad edilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-66/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-66/2024
15.05.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver