Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-662/2025 10.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi (həyat yoldaşı) Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.800 manat məbləğində maddi ziyan, 100 manat iddia ərizəsinin tərtib edilməsi və hüquqi məsləhətin alınması üçün hüquqşünasa ödənilmiş hüquqi xidmət haqqının və ödənilmiş 48 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh onun bacanağıdır. 2023-cü ilin fevral ayında bacanağının pula ehtiyacı olduğundan və həmin vaxt ona banklar tərəfindən kredit verilmədiyindən ondan onun üçün kredit götürməyini xahiş etmiş, o, da 23 fevral 2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankından öz adına 4.000 manat kreditə pul götürüb ona vermişdir. Cavabdeh həmin krediti aylar üzrə onun adından banka ödəməyə başlamışdır. Bir müddət kreditin aylığını ödəsə də sonradan vaxtı-vaxtında ödənişləri etmədiyindən ona məxsus olan maaş kartı Beyləlxanq Bankda olduğundan hər dəfə maaş köçürülərkən onun maaşından aylıq ödənişi bank akseptsiz qaydada götürməyə başlamış, belə olan halda cavabdeh də onun maaşından tutulan məbləği hər ay cavabdehdən nağd qaydada alsa da sonradan onun maaşından tutulan məbləği ona ödəməməyə başlamış, bundan başqa həmin krediti götürən zaman bank tərəfindən ona tam kart adlı kredit kartı da verilmiş və cavabdeh həmin kartdan da istifadə etməyə başlamışdır. Cavabdeh onun adına olan krediti vaxtı vaxtında ödəmədiyindən və eyni zamanda bank tərəfindən onun əmək haqqından tutulan məbləği də ona ödəmədiyindən o, məcburiyyət qarşısında qalıb adına olan kreditin gecikməyə düşməməsi üçün həmin kredit məbləğinin yenidən maliyyələşdirilməsindən ötrü banka müraciət etmişdir. Bank tərəfindən kreditin yenidən maliyyələşdirilməsi zamanı, məlum olmuşdur ki, Cavabdeh onun adına olan və krediti götürən zaman ona verdiyi tamkartdan da istifadə etməklə həmin kart üzrə də 142.81 manat (bir yüz qırx iki manat 81 qərik) borcu var imiş. Özünə də pul lazım olduğundan 02 iyul 2024-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankından kredit götürmüş və həmin krediti rəsmiləşdirən zaman 23 fevral 2023-cü il tarixdə hazırki iş üzrə Cavabdeh üçün götürdüyü məbləğin ödənilməmiş hissəsi olan 1.440,83 tamkart üzrə borc 142,81 həmin kredit məbləğindən çıxılmış, cavabdeh ona əvvəlki aylarda ödənilməmiş 1216 manat olmaqla ümumilikdə mənə 2.800 manat maddi ziyan vurmuşdur. Həmin məbləği cavabdeh ona könüllü qaydada ödəmədiyindən o, əvvəl Lənkəran Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun ərizəsi araşdırılması üçün aidiyyəti üzrə Liman Şəhər Polis Bölməsinə göndərilmiş və həmin iş polis sahə rəisi polis mayoru Fəxri Qasımovun icraatına verilmişdir. Sahə rəisi tərəfindən Liman şəhər Polis Bölməsinə çağırılıb orada da yenidən izahatı alınmış, cavabdeh isə bölməyə gəlməkdən imtina etdiyinə görə onun izahatının alınması mümkün olmamış və Liman şəhər Polis Bölməsinin sahə rəisi Fəxri Qasımov tərəfindən 3-13-96-1/1-A847/24 saylı məktubla cavab verilərək müraciəti mülki xarakter daşıdığı üçün mülki qaydada məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Bundan sonra dəfələrlə cavabdehə ona vurduğu ziyana görə 2.800 manat pulu qaytarılmasını tələb etsə də həmin ziyan məbləğinin könüllü olaraq cavabdeh tərəfindən ona ödənilməsini tələb etsə də cavabdeh vurduğu ziyanı ödəmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Özünün hüquq təhsilim olmadığından, ona vurulmuş maddi ziyanın tələbi barədə iddia ərizəsinin tərtib edilməsindən ötrü hüquqşünasla hüquqi xidmət haqqında müqavilə bağlanılmış və həmin müqavilə əsasında hazırki iddia ərizəsinin tərtib olunmasından ötrü və hüquqi məsləhətin alınması ilə bağlı olaraq hüquqşünasa 100 manat xidmət haqqı olaraq ödəniş etmişdir və həmin ödənişin edilməsi barədə ona GEZ seriyalı, 235654 saylı mədaxil qəbzi verilmişdir. Beləliklə cavbdeh Cavabdeh tərəfindən ona vurulmuş 2.800 manat maddi ziyanı könüllü şəkildə ona ödəmədiyindən iddia ərizəsi ilə məhkəmə qaydasında ondan tələb edilməsi üçün iddia ərizəsinin tərtib edilməsi üçün 100 manat da hüquqşünasa əlavə xərc çəkmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, İddiaçı 23 fevral 2023-cü il tarixdə qohumu olan Cavabdeh xahişi ilə Azərbaycan Beynəlxalq Bankının Lənkəran filialından öz adına 4.000 manat məbləğində kreditə pul götürərək həmin vəsaiti bankda Cavabdeh təhvil vermişdir. Bundan sonra Cavabdeh tərəfindən Niyaməddinə müxtəlif vaxtlarda, hissə-hisə olmaqla 1.132 (bir min yüz otuz iki) manat pulu qaytarılmışdır. Hazırda Salehin, Niyaməddinə 2.800 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, İddiaçı onun bacanağıdır. Həqiqətən də 2023-cü ilin fevral ayında Niyaməddin onun xahişi ilə X3 filialından öz adına 3.500 manat məbləğində kreditə pul götürərək, ona borca vermişdir. Aralarında olan razılıq belə olmuşdur ki, həmin vəsaiti ona müətmadi olaraq hissə-hissə qaytaracaq. Keçən müddət ərzində o, 3.500 manat borcunu Niyaməddinə müxtəli vaxtlarda hissə-hisə tam olaraq ödəyib bitirmişdir. Həmin pulları o, Niyaməddinə ya əlbə-əl, ya da kimlərinsə vasitəsilə, həmçinin kəndlərinə gedən avtobulsa göndərmişdir. Belə ki, borcunu tam qaytarmış və hazırda Niyaməddinə heç bir borcu qalmamışdır. Borcuna dair iddiaçıya ödənişləri ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim edə bilmir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin xx.xx.2024cü il tarixli məktubu ilə X1 bidirilmişdir ki, Liman Polis bölməsinə ünvanladığı müraciətə baxılmışdır. Müraciətinizdə qeyd etdiyiniz xüsusatlarda hər hansı cinayət və inzibati xəta tərkibi aşkar edilməmişdir. Tələbi mülki xarakter daşıdığından bu barədə Lənkəran rayon məhkəməsinə müraciət etməyiniz tövsiyə olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “hüquqi xidmətin göstərilməsinə dair” müqavilədən və ödəniş qəbzindən görünür ki, İddiaçı ilə fiziki şəxs X4 arasında “iddia ərizəsinin tərtib edilməsi və şifahi məsləhətin verilməsi” barədə müqavilə bağlanmış və bununla əlaqədar İddiaçı tərəfindən Aqil Höccətova 100 manat xidmət haqqı ödənilməmişdir. X2 vəkillik fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. İş materiallarında olan ********** nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi ilə əlaqadar 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbində cavabdehdən 2.800 manat pul vəsaitini tələb edir. Belə ki, həmin pulun xx.xx.2023-cü il tarixdə öz adına bankdan kredit götürərək cavabdehə borc olaraq verdiyi 4.000 manat pulun ödənilməmiş hissəsi olduğunu qeyd edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının cavabdehə verdiyi borc məbləğindən cavabdehin hal-hazıradək 1,132 manat ödədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatda həqiqətən də İddiaçı 2023-cü ilin fevral ayında bankdan öz adına kredit götürərək, ona borca pul verdiyini, həmin pul vəsaitinin 4.000 manat deyil, 3.500 manat olduğunu bildirmişdir. Həmçinin borcunu tam olaraq iddiaçıya ödəmişdir və ona heç bir borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Beləliklə də yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, Cavabdeh idddiaçı İddiaçı qarşısında 2.800 manat məbləğində öhdəliyinin yaranmasını, eyni zamanda iddiaçının cavabdehə 4.000 manat borca pul verdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdeh məhkəmə araşdırması zamanı verdiyi izahatda iddiaçıdan 3.500 manat borca pul aldığını etriaf etmiş və qaytardığını bildirmişdir. Belə olan halda qeyd edilən vəsaitin qaytarıldığını sübut etmək vəzifəsi cavadehin üzərində düşür ki, o, da bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Mülki Prosessual Məcəlləsinin 52.2 maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin məcəllənin 106.3 maddəsinə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi, Cavabdeh oğlunun iddiaçının ona 3.500 manat borc verməsi hissəsində faktı etiraf etdiyindən iddiaçı həmin hissədə sübut etmə vəzifəsindən azad edilir. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında cavabdehin iddiaçıya olan borcundan 1.132 manat qaytardığını bildirmişdir. Eyni zamanda iddiaçı cavabdehə 3.500 manat deyil 4.000 manat borc pul verdiyini məhkəmədə sübut edə bilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçının cavabdehə 3.500 manat pul borc verdiyi və cavabdehin həmin vəsaitdən 1.132 manat pulu qaytardığı və nəticədə iddiaçıya 2.368 manat borcunun qaldığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, 2.368 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin hüquqi xidmətə dair xərcin ödənilməsi hissəsinə münasibət bildirərək, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1 maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin hazırki iş üzrə iddiaçı tərəfindən məhkəməyə nümayəndə və ya vəkil tərəfindən ona hüquqi xidmətin göstərilməsi ilə əlaqadar xərclərlə əlaqədar heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmədə nümayəndə kimi onu təmsil etməklə əlaqədar hər-hansı şəxslə bağlanmış müqaviləni və onu nümayəndə kimi təmsil etmək üçün ödədiyi ödəniş qəbzi məhkəməyə təqdim etməmişdir. Göründüyü qanunvericilikdə məhkəmə xərci kimi nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin tutulması nəzərdə tutulmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən səbəblərdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, məhkəmə xərclərinə dair hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 48 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilməsi hissəsinə mütənasib olaraq 40,5 manatı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2.368 (iki min üç yüz altmış səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,5 (qırx manat, əlli qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-662/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-662/2025
10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver