Məhkəmə qərarları › İş №2(049)-679/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-679/2024

15.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-679/2024 15.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsal Birliyinin Cavabdeh qarşı «Qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Azəriqaz” İstehsal Birliyinin Cavabdeh qarşı «Qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra işə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası 15 aprel 2024-cü il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilənlərə və MPM-nin 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azəriqaz” İstehsal Birliyinin Cavabdeh qarşı «Qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar