Məhkəmə qərarları › İş №2(049)-723/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-723/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-723/2024 06.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən təyin edilmiş “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 iyun|2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üzrə alimentin (məhkəməyə müraciət etdiyim tarixdən başlayaraq) 250 manat sabit pul məbləğində müəyyən edilməklə alınıb iddiaçının xeyrimə verilməsi və 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 11 may 2019-cu ildə nikahımızı 1 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsində 1125 sayla qeyd etdirməklə evlənmişlər.19 iyul 2020-ci il tarixə kimi ər-arvad olaraq yaşamış və həmin münasibətdən 02 iyun 2020-ci il tarixdə Rəsul adlı bir uşağı doğulmuşdur. Uşaq hazırda salamat olmaqla onun himayəmdə yaşayır. Cavabdehlə rəsmi nikah münasibətinə daxil olduqdan sonra təxminən 2-3 həftə onun valideynlərinin evində yaşamışdır. Lakin Cavabdeh Bakı şəhəri Heydər Əliyev prospektində yerləşən “Optimal Elektroniks” şirkətində təftiş işləri üzrə aparıcı direktor vəzifəsində işlədiyindən və eyni zamanda o, Azərbaycan Memarlıq və İnşaat universitetinin 3-cü kursunda oxumaqla tələbə olduğundan 2019-cu ilin avqust ayında Bakı şəhərinə köçmüşlər. Yəni 2019-cu ililn avqust ayından başlayaraq o, Cavabdehlə Bakı şəhərində kirayə tutduğu evdə ər-arvad olaraq 2020-ci ilin iyun ayına kimi yaşamışlar. Bakı şəhərində bir neçə ay yaşadıqdan sonra Cavabdeh heç bir əsas və səbəb olmadan köçüb Lənkəranda onun valideynlərinin yanında yaşamağını tələb etmişdir. Onun bu istəyi ilə bağlı həqiqi niyyəti isə hazırki dövrə qədər ona aydın deyildir. Əlbəttə ki, o, həmin dövrdə tələbə olduğundan və əyani şöbədə təhsil aldığından Cavabdehlə razılaşmağı mümkün deyilmiş. Bununla belə münasibətlər o yerə gəlib çıxmış ki, onar faktiki olaraq ayrılmalı olmuşlar. 19 iyul 2020-ci il tarixdən başlayaraq o, Lənkəran şəhərində anasının yanında yaşayır. 02 iyun 2020-ci il tarixdə uşağ anadan olandan sonra keçən 5 ay ərzində Cavabdeh uşağın maddi təminatı ilə maraqlanmamış, ailəyə qayğı göstərməmiş və könüllü qaydada alimenti ödəməkdən imtina etmiş olduğundan məhkəməyə müraciət etmişdir. Cavabdeh “Optimal Elektroniks” şirkətində təftiş işləri üzrə aparıcı direktor vəzifəsində çalışmaqla 600 manatdan yuxarı əmək haqqı alır. İş yerində başqa gəlirləri də var. Ona görə də 2020-ci ilin noyabr ayında o, cavabdehə qarşı aliment tələbinə dair iddia qaldırmışdır. Lakin işin məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iştirak etməməsi və konkret olaraq işlədiyi müəssisədən müvafiq məbləğdə əmək haqqı alması barədə arayış təqdim etməməsi səbəbindən Lənkəran Rayon Məhkəməsi (hakim R.A.Məmmədovun sədrliyi ilə) özünün 24 fevral 2021-ci il tarixli 2(049)- 557/2021 saylı qətnaməsinə əsasən iddia tələbi qismən olmaqla sabit pul məbləğində təmin etmişdir.“xx.xx.2020-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 noyabr 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment və 3 yaşının tamam olacağı müddətə qədər ananın xərcləri üçün 50 manat tutularaq İddiaçı verilsin. 2023-cü ilin noyabr ayında ona münasibətdə cavabdeh tərəfindən ödənilən 50 manatla bağlı icra işi üzrə icraata xitam verilmişdir. Uşağa münasibətdə qət edilən 100 manatla bağlı isə icra işi üzrə icraat davam etməkdədir. O,2021-ci ildə ali təhsilini başa vurduqdan sonra hələlik heç bir yerdə işləmədiyindən maddi vəziyyəti olduqca ağırdır. Hələlik maddi cəhətdən anası ona köməklik göstərir. Cavabdeh təxminən iki ildir ki, Polşa Respublikasının Varşava şəhərində yaşayır və işləyir. İlin əksər aylarını həmin şəhərdə yaşamaqla vaxtaşırı Lənkəran şəhərinə qayıdır. Lənkəran Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(049)- 557/2021 saylı qətnaməsinin icraya yönəldildiyi vaxtdan hazırki dövrə qədər keçən təxminən 3 il ərzində cavabdeh həmin qətnaməni tam deyil, qismən icra etmişdir. Qətnamə üzrə ona olan aliment borcu təxminən 5000 manat civarındadır. Yuxarıda qeyd etdiyi kimi 24 fevral 2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən Rəsul adlı uşağıma görə 100 manat aliment qət edilmişdir. Məlumdur ki, həmin dövrün yaşayış minimumu ilə hazırki dövrün yaşayış minumumu arasında əhəmiyyətli fərq var. Yəni " Yaşayış minumumu haqqında” qəbul olunmuş qanunlara əsasən 2020-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu 170 manat idisə, hazırki dövr üzrə həmin məbləğ 235 manat təşkil edir. Yenidən məhkəməyə müraciət etməyi və 24 fevral 2021-ci ildə Lənkəran Rayon Məhkəməsi tərəfindən sabit pul məbləğində müəyyən edilmiş alimentin yeni əsaslar üzrə artırılması barədə tələbi də bununla bağlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddi tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verlməsinə baxmayaraq məhkəmə iclasınına gəlməmiş, gəlməməsi barədədə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(049)-557/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2020-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 noyabr 2020-ci il trixdən başlayaraq Cavabdehhər ay 100 maant sabit pul məbləğində aliment və 3 yaşının tamam olacağı müddətə qədər ananın xərləri üçün 50 manat İddiaçı verilməsini qət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmüş AZ-T 028807 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 nikahı 11 may 2019-cu ildə 1 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsində 1125 sayla qeydə alınmşdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva, ərə Əliyev soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış X2 İştirak edilməsi barədə verilmiş xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-03011 saylı arayışdan görünür ki iddiaçı tərəfindən 60 manat mediası xərci ödənilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-lV 454434 serialı doğum haqqında şəhadətnamədən görünür ki, 02 iyun| 2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 14 dekabr 2023-cü il tarixli, xx/xx-3984 nömrəli arayışından görünür ki, Əliyeva X3 şəhəri Hacılar küçəsi ev 59 ünvanında qeydiyyatdadır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən Budapeşt şəhərinə getmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən üç bir il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimnetin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd əlavə xərcləri deyil, məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaq üçün müəyyən olunmuş yaşayış minimumum keçən üç il ərzində dəfələrlə artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2024-cü il üçün yaşayış minimumu haqqında qanunda qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, hazırda ölədən xaricdə olmasını, ölkəyə mütəmadi gedib gəlməsini, habelə əvvəl təyin edilmiş 100 manat məbləğində aliment məbləğinin yetkinlik yaşına matmayan uşağın tələbatlarını qarşılamamasını, cavabdehin aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarda, yəni 200 manat məbləğində müəyyən edilməsini əsaslı sayır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 100 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 1200 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 32 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 60 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ, yəni 60 manat, alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 32 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(049)-557/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 02 iyun| 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddian qalan hissəsi rədd edilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar