Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-737/2024 08.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə icarəyə verilən xx.xx.2021-ci il tarixli, BB 168853 qeydiyyat nömrəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən KİA RİO MİNİK markalı, ** DH *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KNEDE**********83, buraxılış ili 2007 olan nəqliyyat vasitəsinin cavabdehdən alınaraq geri qaytarılması, törədilmiş inzibati xəta hadisələrinə görə 117 manat cərimənin cavabdeh tərəfindən ödənilməsi, həmin icarə müqaviləsinə əsasən yaranmış 1425 manat məbləğində borc pulun, məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 649 nömrəli müqavilə üçün hesaba köçürdüyü 170 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə icarəyə verilən xx.xx.2021-ci il tarixli, BB 168853 qeydiyyat nömrəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “KİA RİO minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KNEDE**********83, buraxılış ili 2007 olan nəqliyyat vasitəsinin nəqliyyat vasitəsinin geri qaytarıldıqdan sonra onun təmiri üçün sərf edilən 4730 manat pul, törədilmiş inzibati xəta hadisələrinə görə 293.8 manat cərimənin cavabdeh tərəfindən ödənilməsi, həmin icarə müqaviləsinə əsasən yaranmış 1100 manat məbləğində borc pulun, 625 manat əldən çıxmış faydanın, məhkəmədə hüquqlarımın müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 649 nömrəli müqavilə üçün hesaba köçürdüyü 170 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərini müdafiə edib iddia ərizəsinə uyğun məzmunlu çıxış etdi və işdə olan müvafiq ekspertiza rəyi ilə razı olduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən, yəni cərimə məbləğinin ödənilməsi hissəsində qəbul etdiyini, qalan hissədə isə qəbul etmədiyini bildirərək iddianın etiraf etdiyi hissədə qismən təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsi və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: X2 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, X2 “Kia Rio” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixədək Cavabdeh, sonuncunun günlük 25 manat ödəməsi şərti ilə icarəyə vermişdir. İddiaçının nümayəndəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə şərtlərini pozduğuna görə “Kia Rio” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qaytarılması, inzibati cərimlərin və icarə müqaviləsi üzrə yaranmış 1050 manat borcun ödənilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. Cavabdeh barəsində xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, dəbbə pulları ilə birlikdə cərimələrin ümumi məbləği 293.80 manat təşkil edir. “X4” tərəfindən verilmiş ziyan aktından görünür ki, “Kia Rio” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 4730 manat təşkil edir. Yasamal rayon YPX tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Avtonəqliyyatın saxlanılmaya qəbulu barədə” Aktdan görünür ki, “Kia Rio” minik markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin tarixdə duracağa yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 38 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 52 manat dövlət rüsumu ödənilmişdir. “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli 649 saylı müqavilədən, vəkil orderindən və ödəniş qəbzindən görünür ki, İddiaçı ilə Lənkəran rayon vəkil bürosunun vəkili Vəkil arasında hüquqi yardımla əlaqadar müqavilə bağlanmışdır və müqaviləyə əsasən, 170 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh Ruslan Şükürov avtomobilə çəkilmiş xərclərlə bağlı ziyan aktında qeyd olunmuş məbləğlə razılaşmadığından onun vəsatəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-737/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin xx.xx.2024-cü il tarixli, 19/608 №-li ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə iş metariallarında olan”**********” VÖEN xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 2007-ci il buraxılışlı “Kia Rio” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təxminən dəyişilməli hissələrin qiyməti – 1940 manat, təmir-bərpa işlərinin qiyməti – 765 manat olmaqla, 2705 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Ekspertin rəyində onun qeyri-mötəbər olmasını təsdiq edən hər hansı hal olmadığından və iddiaçı tərəf də ekspert rəyi ilə razılaşdığından məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin məbləği də ekspert rəyi əsasında müəyyən edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında icarə müqaviləsi bağlanaraq cavabdehin istifadəsinə nəqliyyat vasitəsinin verilməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəf nəqliyyat vasitəsi geri qaytarıldıqdan sonra avtomobilə çəkilmiş təmir xərclərini, inzibati cərimə məbləğlərini, icarə müqaviləsinə əsasən yaranmış borc pulu, əldən çıxmış faydaya görə müvafiq məbləği, hüquqi yardımın göstərilməsi köçürülmüş pulu və ödənilmiş dövlət rüsumunun məbləğini tələb edir. Cavabdeh isə iddia tələbini yalnız cərimə məbləğinin ödənilməsi hissəsində tələb edir. İddiaçı nəqliyyat vasitəsinin xx.xx.2023-xx.xx.2024-cü il tarixdə 1 ay müddətində təmirdə olması ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, əldən çıxmış faydaya görə cavabdehdən pul tutulması hissəsində iddia təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia qismən təmin edilməli, avtomobilin təmir xərclərinə görə 2705 manat, 293.80 manat inzibati cərimələrə görə, 1100 manat icarə müqaviləsinə görə, 170 manat vəkil tərəfindən hüquqi xidmətlərin göstərilməsi üçün, iddianın qismən təmin edilməsinə mütənasib olaraq 62.68 manat olmaqla, ümumilikdə 4331.48 manat Cavabdeh tutularaq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 27.32 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməli, Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 50 manat tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1 maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, BB 168853 qeydiyyat nömrəsi olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Kia Rio minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi KNEDE**********83, buraxılış ili 2007-ci olan nəqliyyat vasitəsinin geri qaytarıldıqdan sonra onun təmiri üçün sərf edilən 2705 manat pul, törədilmiş inzibati xəta hadisələrinə görə tətbiq edilmiş cərimələrin məbləği olan 293.8 manat, icarə müqaviləsinə əsasən yaranmış 1100 manat məbləğində borc pul, vəkil tərəfindən hüquqi yardımın göstərilməsi üçün bağlanılmış 649 nömrəli müqavilə üzrə köçürülmüş 170 manat pul və iddianın qismən təmin edilməsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun məbləği olan 62.68 manat olmaqla, ümumilikdə 4331.48 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 27.32 manat hissəsi İddiaçı aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinin müvafiq hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-737/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-737/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver