Məhkəmə qərarları › İş №2(049)-742/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-742/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-742/2023 02.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, cavabdeh İbrahimov Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh İbrahimov Cavabdeh qarşı «alimentin məbləğinin artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 may 2008-ci il tarixdə anadan olmuş İbrahimova Xədicə Cavabdeh qızının və 10 sentyabr 2012-ci il tarixdə anadan olmuş İbrahimova Zəhra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Lənkəran Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli 2(049)-4361/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər bir uşaq üçün 220 manat olmaqla, 440 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, cavabdeh İbrahimov Cavabdeh ilə 2007-ci il tarixdə ailə qurmuş, nikahları 15 aprel 2008-ci ildə rəsmiləşdiriblər. Birgə nikahdan 13 may 2008-ci il tarixdə Xədicə və 10 sentyabr 2012-ci il tarixdə Zəhra adlı iki uşaqları dünyaya gəlmişdir. Cavabdehə 6 il birlikdə ər-arvad kimi yaşayıblar. Əvvəllər ailə münasibətləri normal olsa da, sonradan cavabdehin ailəyə qarşı laqeyd münasibət bəsləməsi və getdikcə xasiyyətlərinin uyğun gəlməməsi nəticəsində ayrılmaq qərarına gəliblər. Lənkəran Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2(049)-8124/2016 saylı qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan olan uşaqlarının onun yanında qalmaları müəyyən olunmuşdur. Uşaqlar hər ikisi sağ və salamat olmaqla onun himayəsində yaşayırlar. Nikahları pozularkən cavabdehin uşaqların saxlanması üçün könüllü maddi köməklik edəcəyini düşünüb aliment tələb etməmişdir. Lakin, cavabdeh ayrıldıqdan sonra uşaqlarla maraqlanmamış və ona maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Buna görə də məcbur qalıb aliment tələbi ilə bağlı Lənkəran rayon məhkəməsinə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli 2(049)-4361/2017 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Uşaqlarının hər ikisi hazıda məktəblidir. O isə hazırda rəsmi olaraq heç bir yerdə işləmir və uşaqları təkbaşına saxlamaqda, onların maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh isə işləməsinə və aylıq yaxşı qazanc əldə etməsinə baxmayaraq uşaqların saxlanmasında ona aylıq 200 manatdan başqa heç bir maddi köməklik göstərmir. Bir sözlə cavabdehin ödədiyi hər uşağa 100 manat aliment uşaqların təlabatlarını ödəmir. Məhkəmə iclasında cavabdeh İbrahimov Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Aylıq qazancı 300-350 manat təşkil edir. Hər ay hər uşağa 100 manatdan artıq aliment ödəmək imkanı yoxdur. Yenidən ailə qurmasa da, himayəsində xəstə anası vardır. Anasının da dolanışığını təmin etmək bir övlad olaraq onun borcudur. Buna görə də işə mahiyyəti üzrə baxılmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İbrahimova Xədicə Cavabdeh qızı 13 may 2008-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası İbrahimov Cavabdehdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İbrahimova Zəhra Cavabdeh qızı 10 sentyabr 2012-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası İbrahimov Cavabdehdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(049)-8124/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə İbrahimov Cavabdeh arasında bağlanmış və Lənkəran rayon Q eydiyyat şöbəsində 15 aprel 2008-ci il tarixdə 179 sayla qeydə alınmış nikah pozulmuş, boşanmadan sonra 13 may 2008-ci il tarixdə doğulmuş İbrahimova Xədicə Cavabdeh qızı və 10 sentyabr 2012-ci il tarixdə doğulmuş İbrahimova Zəhra Cavabdeh qızının anaları İddiaçı yanında qalmaları qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-4361/2017 saylı qətnaməsindən görünür ki, 02 may 2017-ci il tarixdən başlayaraq İbrahimov Cavabdeh 13 may 2008-ci il tarixdə doğulmuş İbrahimova Xədicə Cavabdeh qızı və 10 sentyabr 2012-ci il tarixdə doğulmuş İbrahimova Zəhra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından Xədicə və Zəhra adlı iki uşaqları doğulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-4361/2017 saylı qətnaməsi ilə, adıçəkilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 100 manat olmaqla, hər ay iki uşağa görə 200 manat sabit pul məbləğində aliment təyin edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Cavabdeh isə iddianın rədd edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qanunun məzmunundan göründüyü kimi dövlət bir çox kateqoriyalardan olan insanları yaşaması üçün minimum xərcləri müəyyən etmişdir ki, uşaqları saxlanmasının minimum xərci kimidə 220 manat müəyyən edilmişdir. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin tələb edildiyi vaxtdan, yəni 26 may 2017-ci il tarixdən artıq 6 ildən artıq müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxt aşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hərtərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda İbrahimova Xədicə Cavabdeh qızının və İbrahimova Zəhra Cavabdeh qızının böyüdükcə hər il artan xərclərini nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay 2 uşağa görə 200 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahından doğulmuş Xədicə və Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən cəmi 280 manat alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 3360 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 53.60 manat təşkil edir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 53.60 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 53.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(049)-4361/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2008-ci il tarixdə doğulmuş İbrahimova Xədicə Cavabdeh qızı və xx.xx.2012-ci il tarixdə doğulmuş İbrahimova Zəhra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment cavabdeh İbrahimov Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilməli dövlət rüsumunun məbləği – 66,32 manat cavabdeh İbrahimov Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar