Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-743/2023 20.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X8 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Eldurus oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə 20 aprel 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Eldurus oğluna qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını də onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında olan nikah Lənkəran rayon Məhkəməsinin 2(049)-269/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş övladları 06 dekabr 2007-ci il təvəllüdlü X6 onun yanında saxlanılmış və cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda bu məbləğ çox cüzi olduğundan uşağın xərcin ödəmir. Uşaq böyüdükcə onun saxlama xərcləri də artır. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək alimentin məbləğin artırmır və uşaqa baxmır. Barəsində Sabunçu rayon icra şöbəsində icra işi olmasına və bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, cavabdeh qazancı olmadığını bəhanə edərək aliment borclarını qərəzli olaraq ödəmir. Əslində isə o usta işləyir və alimenti artırmaq imkanına malikdir. Sadalananları nəzərə alaraq, övladı 06.12 2007-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya prosesi zamanı ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi, qətnamə qüvvəyə minənədək alimentin ödənilməsinin müvəqqəti tutulnması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verib Lənkəran rayon Məhkəməsinin 2(049)-269/2017 saylı, xx.xx.2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdeh X3 06 dekabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin, həmçinin mediasiya prosesi zamanı ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Eldurus oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 06 dekabr 2007-ci il təvəllüdlü X6 doğulmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyətinin Separadi Kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Əhmədova X2 sakinidir və həqiqətən də 06 dekabr 2007-ci il təvəllüdlü X6 həmin ünvanda onunla birgə yaşayır. Sabunçu Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(008)-3365/2021 saylı qərarın surətindən görünür ki, Lənkəran rayon Məhkəməsinin 2(049)-269/2017 saylı, xx.xx.2017 saylı icra vərəqəsinə əsasən X3 uşağın saxlanılmasə üçün hər ay 100 manat aliment tutularaq İddiaçı verilməli, borclu Cavabdeh Eldurus oğlu İXM-nin 528.1-ci maddəsinin tələblərini pozduğundan həmin maddə ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati qaydada həbs qərarı çıxarılmışdır. Lənkəran 1 saylı Mediasiya Təşkilatının 23 dekabr 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak ediləməməsi” barədə arayışdan və ödəniş qəbzindən görünür ki, iddiaçı Mediasiya Şurasına müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin usta işləyərək alimentin məbləğinin artırmaq imkanına malik olduğunu göstərsə də, bunu təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Əslində bu hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilərdi. Lakin, hamıya bəllidir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. Məhkəmə məhz bu halları nəzərə alaraq hesab edir ki, alimentin miqdarı artırılaraq 06 dekabr 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat məbləğində alimentin müəyyən edilməsi məqsədəuyğundur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından 06 dekabr 2007-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər rəsmi olaraq ayrılmışlar. Lənkəran Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(049)-269/2017 saylı qətnaməsinə əsasən 06 dekabr 2007-ci il təvəllüdlü X1 üçün 100 manat sabit pul məbləğində alimentin Cavabdeh Eldurus oğlundan alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Cavabdehdən tutulan aliment uşağın ehtiyacına çatmır. Məhkəmə qeyd edir ki, iddiaçı mediasiya xidmətinə 50 manat ödəmiş və bunu təsdiq edən müvafiq qəbzi məhkəməyə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının mediasiyaya ödədiyi 50 manat cavabdehə aid edilməli və ondan tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Eldurus oğluna qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. 06 dekabr 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Lənkəran Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(049)-269/2017 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, Cavabdeh Eldurus oğlundan hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh Eldurus oğlundan Mediasiya Şurasına ödənilən 50 manat məbləğində pul tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(049)-743/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-743/2023
20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver