Məhkəmə qərarları › İş №2(049)-744/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-744/2023

09.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-744/2023 09.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh, onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı«sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2018-ci il tarixli 2(106)-1883/2018 nömrəli qətnaməsi ilə dəyişdirilərək 2 uşağın saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşaq üçün 80 manat olmaqla, 2 uşaq üçün 160 manat sabit pul məbləğində alimentin artırılaraq həmin uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla iki uşağa görə 440 manat sabit pul məbləğində, eləcə də aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, o, 12 avqust 1994-cü il tarixdə Lənkəran rayonu Velədi kəndində anadan olmuşdur. İş üzrə cavabdeh olan Cavabdeh ilə valideynləri məsləhəti ilə nişanlanmış, 02 mart 2014-cü il tarixdə onun, 16 aprel 2014-cü il tarixdə isə cavabdehin toyu olmuş və o, el adəti ilə qaynatasının Lənkəran rayonu Şilavar kəndində olan evinə gəlin köçmüşdür. Nikahları isə 28 mart 2014-cü il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 09 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahdan 28 yanvar 2015-ci il tarixdə Rüqəyya və 03 may 2016-cı il tarixdə Yusif adlı 2 uşaqları anadan olmuşdur. Hər iki uşaqlar sağ-salamat olmaqla onun himayəsində yaşayır. Qısa müddətdə ailə münasibətləri normal olsa da, sonradan hamiləliklə əlaqədar müayinəyə gedərkən uşağın qız olmasını bildikdən sonra cavabdeh və onun ailə üzvlərinin ona qarşı münasibətləri dəyişib. Daha sonra birinci uşaq anadan olduqdan 8 ay sonra onu yola vermədiklərindən və uşağa baxmadıqllarından, eləcə də cavabdehlə ər-arvadlıq münasibətləri kəsildiyindən məcbur qalıb ata evinə qayıdıb. Cavabdeh və onun valideynləri onlara gəlib onu və valideynlərini dilə tutub yenidən onu öz evlərinə aparıblar. Ancaq yenə də onu yola verməyiblər. Belə ki, ikinci uşağa hamilə qaldıqdan sonra uşaq 6 aylıq olarkən onun qardaşı hərbi xidmətdən evə qayıdarkən onu atası evinə qoymayıblar, o, ağlayarkən cavabdeh pol taxtası ilə onu vurub xəsarətləndirib və o, da atasına zəng edərək atası evinə gedib. X21 rayonu Şürük kənd həkim məntəqəsində doğularkən cavabdeh və ailə üzvləri oraya gəliblər və 2 ay sonra isə onu atası evindən yenidən öz evlərinə aparıblar. Onlar növbəti dəfə onunla heç bir əsaslı səbəb olmadan dalaşıblar, hətta Cavabdeh onu dəfələrlə döyüb. Artıq onlarla bir yerdə yaşamağın mümkün olmadığını görüb atası evinə qayıdıb. Cavabdeh könüllü olaraq ailəyə, uşaqlara baxmadığından, heç bir maddi cəhətdən üzərinə düşən vəzifəni icra etmədiyindən o, məcbur qalıb aliment tələbinə dair məhkəmədə iddia qaldırıb. Cavabdeh da həmin iddiaya qarşı nikahın pozulmasına dair qarşılıqlı iddia qaldırmış, daha sonra iddiasından imtina etmişdir. Lənkəran rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli 2(049)-837/2018 nömrəli qətnaməsi ilə iddiam qismən təmin edilmiş və hər uşaq üçün 130 manat olmaqla 2 uşağın yetkinlik yaşınadək saxlanılması üçün 260 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmiş, nikahın pozulmasına dair qarşılıqlı iddia isə baxılmamış saxlanılmışdır. Lakin cavabdeh öz doğma uşaqlarının saxlanılması üçün həmin məbləği çox bilərək özünün işlədiyi dükanda güya satıcı işləyir və ayda 150 manat əmək haqqı alır deyə məhkəməyə saxta arayış təqdim etmiş və verdiyi apellyasiya şikayətinə əsasən Lənkəran rayon Məhkəməsinin sözügedən qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2018-ci il tarixli 2(106)-1883/2018 nömrəli qətnaməsi ilə dəyişdirilərək 2 uşağın saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşaq üçün 80 manat olmaqla, 2 uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilmişdir. Daha sonra 2020-ci ilin sentyabr ayının 22də cavabdehi təlimə aparacaqları ilə əlaqədar olaraq yenidən valideynləri ilə birlikdə gəlib yenə də onu öz evlərinə aparıblar və söz veriblər ki, bir daha aralarında heç bir söz söhbət olmayacaq və qısa müddətdi ya ev tutub ya da ev alıb ayrıca yaşayacaqlar. O, uşaqlarının xatirinə yenidən məcbur qalıb onlarla gedib və 2 gün sonra Cavabdeh müharibə ilə əlaqədar olaraq orduya çağırıblar. Cavabdeh müharibədə olduğu müddətdə o, onların evində yaşayıb. Müharibə qurtardıqdan sonra cavabdeh onu dilə tutaraq həmin, alimentlə əlaqədar qətnamənin icrasının dayandırılmasına dair ərizə yazmağını və bundan sonra hər şeyin yaxşı olacağını bildirib. O, da onun torpaqların azad edilməsi ilə bağlı müharibədə iştirak etməsini nəzərə alaraq Lənkəran rayon İcra və Probasiya şöbəsinə rəsmi ərizə təqdim edərək alimentin ödənilməsindən imtina edib. Hadisələrin sonrakı gedişatı göstərib ki, o səhv etmişdir. Belə ki, evə qayıtdıqdan sonra qaynanası onu və uşaqları yola verməmiş, hətta uşaqlarımı dəfələrlə döymüşdür. O, ona hamamdan istifadə etməyə, imkan verməyib, paltar yuyan maşını işlətməyə, televizora baxmağa qoymayıb, aşağıdan işıqları söndürüb, qazı kəsib, sudan istifadə etməyə, bir sözlə normal yaşamağına mane olub. Müharibə qurtarandan sonra Cavabdeh evə qayıtdıqdan sonra onunla maraqlanmamış, hətta ər-arvadlıq münasibətində də olmamış, ayrı-ayrı otaqlarda yaşamışlar. 2022-ci ilin yanvar ayında növbəti dəfə aralarında dava-dalaş olub. Belə ki, o, paltar yuyan maşını düzəltdirdikdən sonra qaynanası onunla dalaşıb, o, ona etdikləri maneələrlə əlaqədar iradlarını bildirib və həmin vaxt o, onu vurmağa başlayıb. O, da həyat yoldaşıma zəng edib bu barədə bildirdikdə cavabdeh evə gəlib. Əvvəl onun haqlı olduğumu görüb müdafiə etsə də, sonradan cavabdehdə onu vurub və onun başı partlatdığından o, DİN-in 102 xidmətini yığmaq istəyib. Ancaq cavabdeh ona və anasına yalvarmağa başlayıb ki, şikayət etməyək və bundan sonra onun arxasında duracaq. Həmin hadisədən sonra cavabdeh müəyyən müddətdə onunla normal davransa və onu valideynlərindən ayırıb yuxarıda yaşamağına şərait yaratsa da yenidən valideynləri buna mane oldular. Hansı ki, müharibədə iştirak edib deyə onun qayğısına qalıb, hər gecə onun ayaqlarını özünün qızdırdığı su ilə yuyub. Özünün bişirdiyim yeməklərdən cavabdeh və valideynlərinə də vermişdir. Cavabdeh yenidən ona qarşı münasibtlərini dəyişib və o, başa düşdüm ki, bütün bunlar məqsədli şəkildə edilib ki, ona yetirdikləri xəsarətlər sağalsın ki, şikayət edə bilməsin. Cavabdeh özü açıq şəkildə ona bildirib ki, artıq oyun bitdi, bundan sonra valideynlərim nə deyirlərsə, o olacaq. Hətta o, evə çörək belə almayır və mənim üçün çörəyi belə anam alırdı. Daha sonra quru çörəyi cücələrə vermişəm deyə cavabdehin atası və anası ikinci mərtəbəyə qalxaraq məni nalayiq söyüşlərlə söyüb təhqir etdilər. Mən dərhal zəng edib anama bildirdim ki, üstümə hücumedirlər, kömək etsin. Anam da mənim telefonda qışqırığımı eşidib dərhal 102 xidmətinə zəng etmişdir. Bundan xəbəri olmayan qaynatam Cəfər heç bir səbəb olmadan armatur parçası ilə mənim müxtəlif yerlərimdən vurub xəsarətləndirdi və məni vura-vura küçəyə qədər qovdu. Həmin xəsarətləri təsdiq edən fotoşəkillər mövcud olmaqla məhkəməyə təqdim edəcəyəm. Həmin vax o, körpə nəvəsini belə vururdu. Qapıdan çıxandan sonra anamın gəldiyini gördüm, ürəyim getdi, sonra qonşular gəlib mənim üstümə su vurub ayıltdılar və polislər gəlmiş və mənim vəziyyətimin pis olduğunu görüb X19 çağırmış və məni mərkəzi xəstəxanaya aparmış, orada bir gün müalicə edilmişəm. Həmin vaxt mən məhkəmə tibbi ekspertizadan keçdim və cavabdeh etdiyi əmələ görə inzibati qaydada 300 manat cərimə edildi. Həmin vaxtdan, yəni 27 mart 2022-ci il tarixdən cavabdehin atası evindən çıxmış və atam evində yaşayıram. Nikahımız formal xarakter daşımaqla həmin nikahın heç bir hüquqi əhəmiyyəti olmadığından mən nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etdim və Lənkəran rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə nikahımız pozulmuşdur. Eyni zamanda mən 16 iyun 2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə rəsmi olaraq müraciət edərək 07 iyun 2018-ci il tarixli 2(106)-1883/2018 nömrəli qətnaməsinin alimentə münasibətdə icra vərəqəsinin yenidən icraya yönəldilməsi üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Hazırda icra vərəqəsi icraya yönəldilsə də bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət edərək təyin edilmiş cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında , eləcə də sabit pul məbləğində alimentin artırılmasını xahiş edirəm. Belə ki, cavabdehin ödədiyi hər uşağa görə 80 manat olmaqla 2 uşağa görə 160 manat və eləcə də aylıq qazancının 1/3 hissəsi miqdarında aliment ilə mən 2 azyaşlı uşağı saxlaya bilmərəm. Görəsən məhkəmələr uşaqların mənafelərini müdafiə etməli olduqları halda hansı səbəbdən birinci instansiya məhkəməsinin hər uşağa görə təyin etdiyi 130 manat alimenti dəyişdirərək onuç ob görmüş və hər uşağa görə 80 manat olmaqla 2 uşağa görə 160 manat aliment qət edirlər. Görəsən Azərbaycan respublikasında minimum əmək haqqı nə vaxtdan 150 manat olmuşdur. Axı nə dərəcədə inandırıcıdır ki, vətəndaş ayda 150 manat aliment alır. Bu mümkün deyil. Maraqlıdır ki, məhkəmə də heç bir araşdırma aparmadancavabdehin təqdim etdiyi saxta arayışa istinad edərək uşaqlarımın haqlarını kəsmişdir. Cavabdehlə birgə nikahdan 28 yanvar 2015-ci il tarixdə anadan olmuş Rüqəyya və 03 may 2016-cı il tarixdə anadan olmuş Yusif adlı 2 uşağım azyaşlı olmaqla məktəblidirlər. Onların tələbatları böyükdür. Cavabdeh isə saxta arayış təqdim edir ki, guya cəmi 150 manat əmək haqqı alır. Keçən müddət ərzində yalnız valideynlərim mənə maddi kömək göstərmişlər. Onların özlərinin qayğıya ehtiyacları vardır, maddi vəziyyətləri yaxşı deyil. Alimentlə əlaqədar sonuncu dəfə qəbul edilmiş məhkəmə qətnaməsindən 4 ildən çox müddət keçmiş, cənab Prezidentimiz tərəfindən hər il uşaqların mənafeləri nəzərə alınaraq alimentin miqdarı dəfələrlə artırılmışdır. Keçən müddət ərzində pulun dəfəri də aşağı düşmüş, hər şey dəfələrlə bahalaşmışdır. Cavabdeh mənimlə ailə qurmamışdan hazırkı vaxta kimi faktiki olaraq Lənkəran şəhər Mərkəzi Bazarında icarəyə yer götürüb və orada satıcısı olmaqla işləyir. Kifayət qədər qazancı vardır. Onun aylıq əmək haqqının, qazancının konkret olaraq nə qədər olması barədə mənim heç bir məlumatım yoxdur. Hazırda mən cavabdehin qazancı barədə sənədləri əldə edə bilmədiyimə və cavabdeh həmin sənədləri mənə vermədiyinə görə iddia ərizəsinə həmin sənədləri əlavə edə bilməyirəm. birgə nikahımızdan olan 2 uşaq mənim himayəmdə yaşayır, özüm hazırda heç bir yerdə işləmirəm. Uşaqların digər tələbatları da böyükdür, bu səbəbdən də uşaqları saxlamaqda çətinlik çəkirəm. Uşaqları müalicə etdirməyə belə imkanım yoxdur. Cavabdehdən mənim xeyrimə qət edilmiş sabit pul məbləğində hər uşağa görə 80 manat olmaqla cəmi 160 və eləcə də cəmi hər ay əmək haqqının üçdə biri miqdarında 50 manatla hazırkı vəziyyətdə uşaqlarımı saxlamaq qətiyyən mümkün deyildir. Cavabdeh hər bir halda uşaqların saxlanması ilə əlaqədar üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Hesab edir ki, iddiası əsaslıdır. Onu da qeyd etmək istəyir ki, qanunvericiliyin tələbinə görə o, ilk olaraq mediasıya qurumuna müraciət etmiş, cavabdeh mediasiyaya gəlmədiyindən bu barədə ona arayış verilmiş və məhkəməyə müraciət etmişdir. Məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2018-ci il tarixli 2(106)-1883/2018 nömrəli qətnaməsi ilə dəyişdirilərək 2 uşağın saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşaq üçün 80 manat olmaqla, 2 uşaq üçün 160 manat sabit pul məbləğində alimentin artırılaraq həmin uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla iki uşağa görə 400 manat sabit pul məbləğində, eləcə də aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və əlavə olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2018-ci il tarixli 2(106)-1883/2018 nömrəli qətnaməsi ilə dəyişdirilərək 2 uşağın saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşaq üçün 80 manat olmaqla, 2 uşaq üçün 160 manat sabit pul məbləğində alimentin artırılaraq həmin uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla iki uşağa görə 440 manat sabit pul məbləğində, eləcə də aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil2 iddia tələbini müdafiə edib, iddiaçının izahatı ilə razı olduğunu, ona əlavəsinin olmadığını bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahat verərək özünün müharibə veteranı olduğunu, işləmə qabiliyyətinin olmadığını, müharibə vaxtı kəllə-beyin travması aldığını, əmək qabiliyyətinin tam olmadığından satıcı işlədiyi mağazada yalnız günün birinci yarısını işləyib ayda 150 manat əmək haqqı, 80 manat isə müharibə veteranı kimi təqaüd aldığını nəzərə alıb iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək, cavabdehin izahatı ilə razı olduğunu, ona əlavəsinin olmadığını bildirərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 may 2022-ci il tarixli, 1483 saylı arayışdan görünür ki, Cavabdeh ilə X3 nikahı Lənkəran rayon Şilavar kənd icra nümayəndəliyində 28 mart 2014cü il tarixdə 09 №-li aktla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada Cəfərova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 may 2022-ci il tarixli, 1481 saylı arayışın təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Lənkəran rayonu Şürük kəndində doğulmuşdur. Onun atası Cavabdeh, anası isə X1 qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Lənkəran rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 may 2022-ci il tarixli, 1482 saylı arayışın təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası isə X1 qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-837/2018 saylı qətnaməsindən görünür ki, 23 yanvar 2018-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üşün hər ay bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(106)-1883/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən vehilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Lənkəran rayon MəhKəməsının 2(049)-837/2018 saylı, 18 aprel 2018-cı ıl tarixli qətnaməsi Cavabdeh apelyasiya şikayətinə əsasən "Cavabdeh 28 yanvar 2015-ci il tarixdə anadan olmuş X5 və 03 may 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün 260 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi" hissəsində dəyişdirilməsi, tərəflərin birgə nikahdan 28 yanvar 2015-ci il tarixdə anadan olmuş X6 və 03 may 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 23 yanvar 2018-ci il tarixdən başlayaraq cavabdeh X7 hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında, eyni zamanda hər ay bir uşaq üçün 80 manat olmaqla, iki uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, qətnamə Cavabdeh apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-2408/2022 saylı qətnaməsindən görünür ki, X12 ilə Cavabdeh arasında Lənkəran rayon Şilavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 28 mart 2014-cü il tarixdə 09 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 anaları X8 yanında qalması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 noyabr 2022-ci il tarixli, 12-28/164 saylı arayışından görünür ki, X12 övladları xx.xx.2015ci il tarixdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X11 ilə birgə atası X9 məxsus olan Lənkəran rayonu, Velədi kəndində yerləşən fərdi yaşayış evində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 29 oktyabr 2022-ci il tarixli, MŞL-01171 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 29 oktyabr 2022-ci il tarixli, MŞL-01171 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş № İ-13564 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş № İ-1290 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş № İ-708 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş № İ-1337 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Elektron məhkəmə informasiya sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Cavabdeh satıcı işləməklə 150 manat əmək haqqı alır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Elektron məhkəmə informasiya sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Cavabdeh Vətən müharibəsi iştirakçısı kimi 80 manat pensiya alır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, X10 12 avqust 1994-cü il tarixdə Lənkəran rayonu Velədi kəndində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Cavabdeh xx xxxxxx 1983-cü il tarixdə Lənkəran rayonu Şilavar kəndində doğulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə X3 nikahı Lənkəran rayon Şilavar kənd icra nümayəndəliyində 28 mart 2014-cü il tarixdə 09 №-li aktla qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə anadan olmuş Rüqəyyə və xx.xx.2016-cı il tarixdə anadan olmuş Yusif adlı övladları vardır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-837/2018 saylı qətnaməsi ilə 23 yanvar 2018-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üşün hər ay bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(106)-1883/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən vehilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Lənkəran rayon MəhKəməsının 2(049)-837/2018 saylı, 18 aprel 2018-cı il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə əsasən "Cavabdeh 28 yanvar 2015-ci il tarixdə anadan olmuş X5 və 03 may 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 130 manat olmaqla, iki uşaq üçün 260 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi" hissəsində dəyişdirilməsi, tərəflərin birgə nikahdan 28 yanvar 2015-ci il tarixdə anadan olmuş X5 və 03 may 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 23 yanvar 2018-ci il tarixdən başlayaraq cavabdeh X7 hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bır) hissəsi miqdarında, eyn zamanda hər ay bir uşaq üçün 80 manat olmaqla, ik uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, qətnamə Cavabdeh apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı təyin edilmiş alimentin məbləğinin hazırkı vaxtda aşağı olduğunu və alimentin məbləğinin artırılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır; Sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir (MPM-nin 77.3 maddəsi); Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə qeyd edir ki, qazancının olub-olmadığından asılı olmayaraq uşağın atası uşağını saxlamağa borcludur. İddia tələbindən göründüyü kimi iddiaçı Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2018-ci il tarixli 2(106)-1883/2018 nömrəli qətnaməsi ilə dəyişdirilərək 2 uşağın saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşaq üçün 80 manat olmaqla, 2 uşaq üçün 160 manat sabit pul məbləğində alimentin artırılaraq həmin uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla iki uşağa görə 440 manat sabit pul məbləğində, eləcə də aylıq qazancının 1/3 hissəsi miqdarında alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının aliment məbləğinin uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu səviyyəsinə təyin olunması tələbinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ölkə üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərində tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyi və onun əsaslarını (mənbəyini) təşkil edən Ailə Məcəlləsinin 1.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olar. Belə ki, həmin maddəyə əsasən Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. “Yaşayış minimumu haqqında” Qanun isə göründüyü kimi Ailə Məcəlləsinə uyğun olaraq qəbul edilməmiş, predmeti isə tam başqa münasibətlərdir. Ailə Məcəlləsinin təhlilindən aydın olur ki, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı valideynlərin (tərəflərin) ailə, maddi vəziyyəti və diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla qazancın və (və ya) başqa gəlirlərinin uşaqların sayından asılı edilən pay nisbətilə tənzimlənmişdir. Bu Məcəllənin normalarında isə alimentin miqdarının yaşayış minimumu ilə əlaqədar təyin olunmasını əks etdirən hər hansı qayda müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, hazırda uşağa görə cavabdehdən tutulan alimentin miqdarı, ümumi anlamda ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə xeyli azdır və uşağın saxlanması üçün yetərli deyildir. Həmçinin uşaq da böyümüş və maddi tələbatları da artmışdır. Belə ki, MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, alimentin təyin edildiyi vaxtdan təqribən 5 il müddət keçdiyindən iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının böyüdükcə gündəlik tələbatının artması, bunun da əlavə xərc tələb etməsi hamıya bəlli olan faktdır və mübahisə edilə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti,diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericlik aktlarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tərəflərin təqdim etdiyi sübutlara məcmu halda qiymət verib uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi, hazırda uşaqların böyüdükcə hər il artan xərclərini nəzərə alaraq hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(106)- 1883/2018 saylı qətnaməsi ilə iki uşağın saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşaq üçün 80 manat olmaqla, 2 uşaq üçün 160 manat sabit pul məbləğində alimentin miqdarı sabit pul məbləğində olan hissədə artırılaraq tərəflərin birgə nikahından doğulmuş 28 yanvar 2015ci il təvəllüdlü X2 və 03 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadak saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşaq üçün 120 manat olmaqla, 2 uşaq üçün 240 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq iddiaçıya ödəməlidir. İddiaçı alimentin miqdarının artırılması barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azaddır. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən tutulacaq alimentin miqdarının 50 manat artırılması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 600 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin112.1.6-cı maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 55 manat dövlət rüsumu, cavabdehdən tutulub ona ödənilməsini tələb etmədiyindən İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(106)-1883/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 28 yanvar 2015-ci il tarixdə doğulmuş X2 və 03 may 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadak saxlanılması üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında, eyni zamanda hər ay hər uşaq üçün 120 manat olmaqla, 2 uşaq üçün 240 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar