Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-77/2025 03.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X8, İddiaçılar: İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 Həzərətqulu qızının Cavabdeh qarşı “qanunsuz zəbt edilən torpaq sahəsindən çıxarılma qanunsuz inşa edilmiş tikililərin sökülməsi və törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 Həzərətqulu qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Abdulova (Əsədova) Samirə Sabir qızının qanunsuz olaraq zəbt etdikləri Lənkəran rayonu, Türkəkəran kəndində yerləşməklə iddiaçılara məxsus olan 0.4921 ha torpaq sahəsindən çıxarılmaları, təhvil verilməsi və cavabdehin Abdulova (Əsədova) Samirə Sabir qızının tərəfindən iddiaçılara məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin öz hesabına sökülməsi və bizə qarşı törədilən maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandılmışdır ki, hazırda iddiaçı ailə üzvləri ilə birlikdə yuxanda qeyd etdiyi kənddə yaşayır. Lənkəran rayon Aqrar islahat Komissiyasının 11 sentyabr 1998-cu il tarixli qərarı ilə onun və ailəsinin digər üzvünə Lənkəran rayonu, Türkəkəran kəndi ərazisində 0.4921 hektar torpaq sahəsi ayrılaraq mülkiyyətlərinə verilmişdir. Bu barədə onlara JN:268 KOD **********23 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin dövlət aktını DƏDRX-nin Lənkəran ərazi idarəsinə təqdim etmişlər, onlara əvəzində DƏDRX-nin Lənkəran ərazi idarəsi tərəfindən **********-nömrəli mülkiyyətinə dair çıxarış vərəqəsi verilib. Qeyd olunan 0,4921 hektar torpaq sahəsi qanuni əsaslarla onların mülkiyyətinə verilmişdir. Belə ki, 2000-ci il tarixdə Kadastr və Yerqurluşu Layihə-Tədqiat Mərkəzinin 10 saylı Lənkəran Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri, Lənkəran rayonu, Türkəkəran bələdiyyəsinin sədri və Lənkəran RİHB-nin Türkəkəran kənd üzrə icra nümayəndəsi tərəfindən onların iştirakı ilə həmin 0.4921 ha torpaq sahəsinin döngə nöqtələri (naturada) ölçülərək tanıdılmışdır. Buna baxmayaraq Lənkəran rayonu, Türkəkəran kənd sakini X6 onlara məxsus 0.4921 ha torpaq sahələrini qanunsuz olaraq istifadə edir. Cavabdeh artıq 5 ildir ki, onların ailə üzvlərinə məxsus torpaq sahəsindən öz torpaq sahəsi kimi istifadə edir. Cavabdeh zəbt etdiyi torpaq sahəsində özünə fərdi yaşayış ev tikib, orada yaşayır. O, eyni zamanda zəbt etdiyi torpaq sahəsində özu üçün həyət tikilisi də tikib. Dəfələrlə cavabdehə müraciət etmişlər, zəbt etdikləri torpaq sahəsini zəbtdən azad etsinlər. Lakin o, zəbt etdikləri torpaq sahəsinin zəbtdən azad etmir və deyir ki, torpaq sahəsi onlara məxsusdur. Onlar həmin torpaq sahəsinin vergisini verirlər ki, əvvələrdə həmin torpaq onlara məxsus olub. Dəfələrlə cavabdehə qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etsələr də, cavabdeh buna məhəl qoymaraq hərəkətlərinə davam etmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq ********** saylı xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Lənkəran rayonu, Türkəkəran kəndində yerləşən 0.4921 ha torpaq sahəsi X5, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 Həzərətqulu qızının ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 25926 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyi üçün smetada nəzərdə tutulmuş 95 manat ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 14 aprel 2025-cü il tarixli, 10/47 nömrəli məhkəmə tiktinti-texniki ekspertiza rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3879/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-268 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********23 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş ərazidə aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə və bölgü layihəsindəki cizgilərə uyğun işlənilməsi və həmin torpaq sahəsinin "Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının naturaya uyğun gəlməməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı iddiaçılar tərəfindən faktiki vəziyyətdə naturada iddia edilən torpaq sahəsinin koordinatlarının da həmin Torpaq” sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına uyğun gəlməməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin уaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması olunması Qaydalan"na uyğun olaraq Lənkəran rayonu ərazisində mövcud mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçüləeək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmiş torpaqların elektron kadastr uçotu informasiya sisteminə miqrasiya edilmişdir.X1 və qeyriləri ümumi ümumi birgə mülkiyyətində olan sözügedən 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemində faktiki vəziyyətə uyğun ümumi ölçüsü saxlanılmaqla öz əksini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3879/2024 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-268 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********23 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə araşdırma zamanı torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə, eləcə də sənədə əsasən konkret olaraq gediş- gəliş yolunun təsvir olunmaması müəyyən olunmuşdur. Lakin kompleks yerquruluşu layihəsinə əsasən sözügedən torpaq sahəsinin və eləcə də qonşu torpaq sahələrin şimal (eni orta hesabla 9 m) və cənub (eni orta hesabla 6 m) istiqamətlərində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə sərhəd olması və həmin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə olunması və faktiki vəziyyətdə də sözügedən torpaq sahəsinə şimal istiqamətdən gediş-gəliş yolunun mövcud olması müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir) Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı sözügedən torpaq sahəsinə gediş-gəliş yolunun təsvir olunmaması müəyyən olunmuşdur.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3879/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-268 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********23 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,356 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkaran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-3879/2024 saylı mütəxəsis rəyinə əsasən,Torpaqların elektron kadastr üçotu informasiya sisteminə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli,********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedicisindən JN-268 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Akt əsasında və **********23 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçü ilə iddiçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən 0,356 ha hissəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikililərin (sarayın, hinin) mövcud olması müəyyən olunmuşdur. Məhkəmə, izahatları dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.4-cü maddəsi əşya hüquqlarının neqator iddiası qaydasında müdafiə edilməsini tənzimləyir. Neqator iddiasına görə, mülkiyyətçi sahiblikdən məhrum edilməklə bağlı olmayan pozuntulara son qoymağı pozuntu törədəndən məhkəmə vasitəsilə tələb edir. Bu iddia mülkiyyətçinin əşyaya sahiblik hüququnun itirilməsi ilə bağlı deyil. Neqator iddiası yalnız mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Bu hallar əşyaya sahiblik səlahiyyətinin yox, yalnız əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olur. Neqator iddianın verilməsinə əsas olan həmin hallar mülkiyyətçinin əşyaya sahiblik səlahiyyətini pozmur və onu bu səlahiyyətdən məhrum etmir. Deməli, neqator iddia əşyaya sahiblik səlahiyyətinə malik olan mülkiyyətçinin əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə mane olan halların aradan qaldırılması barədə tələbdir. Hazırkı işin hallarından da görünür ki, iddiaçı ona məxsus olan mülkiyyətdən tam istifadə edə bilmir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsindən istifadə edir və orada tikililər inşa edilmişdir. Göstərilən hallar iddiaçının izahat və məhkəməyə təqdim etdiyi sübut siyahısı ilə yanaşı, məhkəmə araşdırmasını zamanı əldə edilmiş məhkəmə ekspertiza rəyi ilə də tam sübuta yetirilir. Məhkəmə, cavabdehin iddiaçıya məxsus kənd təsərrüfatı təynatlı torpaqda yaşayış evi tikməsinə dair hər hansı sənədin təqdim edilməsini təklif etsə də, cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tikilmiş yaşayış evi, köməkçi tikililər qanunsuz olaraq tikilmiş və özbaşına tikili kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etməklə orada tikili və köməkçi tikili inşa etməsi məhkəmədə tam sübuta yetirildiyindən iddia təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı2 Həzərətqulu qızının iddiası təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-268 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********23 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,356 ha hissəsindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılsın; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-268 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********23 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,356 ha hissəsi zəbtdən azad edilərək İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X4 təhvil verilsin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-268 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********23 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,356 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evi və köməkçi tikililər (saray, hin) Cavabdeh hesabına sökülsün; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış (ilkin hüquqmüəyyənedici sənəd JN-268 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) və **********23 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X2 ümumi birgə mülkiyyətində olan 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 qarşı törədilən maneələr aradan qaldırılsın. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 95 manat Cavabdeh qından alınaraq İddiaçı1 verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizsının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-77/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-77/2025
03.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver