Məhkəmə qərarları › İş №2(049)-795/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-795/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-795/2023 19.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, iddiaçı: İddiaçı cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh özbaşına hərəkətlərinə son qoymaq və onadəymiş 30.000 manat maddi ziyanın ondan tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü ildə Lənkəran rayonun Gərmətük qəsəbəsində anadan olmuş, hal-hazırda həmin qəsəbədə öz ailəsi ilə birlikdə yaşayır. Yaşadığı Gərmətük qəsəbəsində fermer təsərrüfatı yaratmış və kənd təsərrüfatı birliyinin qeydiyyatındadır. Təsərrüfatında 20 başdan artıq inək və 100 başdan artıq qoyun vardır. Məqsədi ərzaq bolluğu yaratmaq və ehtiyacı olan insanları heyvandarlıq məhsulları ilə təmin etmək həm də ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaqdır. 13 noyabr 2021-ci il tarixində, saat 16:00 radələrində heyvanları örüşə aparan qardaşı Habilin yanından qayıdarkən qarşısına tanımadığı şəxs çıxmış, onu acıqlı vəziyyətdə öz yanına çağırmış, Sonra özü ona yaxınlaşaraq əlini çiynimə sıxaraq qardaşı oğlu Elvinin, onun qardaşının bütün ailə üzvlərinin ünvanına əxlaqsız və küçə söyüşləri təhqir etmişdir. Bunun səbəbini qardaşı Habildən soruşmuş, qardaşı Habil bildirmişdir ki, aralarında heç nə olmayıb və heç bir şey bilmir. İş üzrə cavabdeh onunla bir kənddə yaşayır. Adı Cavabdeh olduğunu öyrənmişdir. iddiaçı ondan niyə onu təhqir etdiyini soruşmuş, cavabdeh cibindən uzun bıçaq çıxarıb üstünə hücum çəkərək ona söyüşlər söyürdü. İddiaçı əlindəki ağacla özünu müdafiə etmişdir. 15 noyabr 2021-ci il tarixində qardaşı Habil heyvanları örüşə aparmışdır. İddiaçı saat 13-14 radələrində qardaşının yanına getmişdir. Qardaşı bildirmişdir ki, cavabdeh Elşad yenə gəlmiş, ailəsini nalayiq söyüşlərlə təhqir etmiş, bıçaq çıxararaq, üstünə hücum çəkmişdir. Bu haqda polis şöbəsinə şikayət etsələr də, bir nəticə alınmamışdır. İddiaçı 395 gündür ki, heyvanları örüşə apara bilməmişdir. Heyvanları bu müddət ərzində bağlı şəraitdə, tövlədə saxlamağa məcbur olmuşdur. Heyvanları tövlə şəraitində gecə-gündüz yemləmişdir. Bu da həm onları çətin vəziyyətə salmış, həm də maddi ziyan vurmuşdur. 20 baş inək və 100 baş qoyun gündə 20-25 bağlama (pres) ot yeyir. Bunun nəticəsidir ki, 395 gün ərzində cavabdeh ona 30.000 (otuz min) manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, cavabdehin onu və qardaşını 2021-ci ilin noyabr ayından hədələmişdir. Həmin vaxtdan o, heyvanlarını örüşə çıxara bilməmişdir. Buna görə də ona 30.000 manat maddi ziyan dəymişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onun iddiaçı və onun qardaşı ilə heç bir problemi olmamışdır. İddiaçının qardaşı oğlu Elvin onunla bacanaqdır və sonuncu ilə münasibətləri normaldır. O, heç kimi hədələməmişdir, iddiaçının heyvanları da hər gün örüşə çıxır və bu barədə video və şəkilləri də təqdim etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, cavabdeh ona və qardaşının üzərinə hücum çəkərək hədələmişdir. Hadisə 2021-ci ilin noyabr ayında baş vermişdir. Həmin gündən etibarən qorxduğu üçün qardaşının təsərrüfatında olan xırda buynuzlu heyvanları örüş sahəsinə apara bilməmişlər. Cavabdeh ona “birdə sizin və heyvanları görsəm həm səni, həm də heyvanları oldürəcəm” demişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki cavabdehlə bacanağdır, iddiaçı isə onun əmisidir. 13 noyabr 2021-ci il tarixində evə gedərkən iddiaçı onu çağıraraq bildirmişdir ki, bacanağı Cavabdeh onun haqqında təhqiramiz ifadələr işlətmişdir. O da həmin məsələni aydanlaşdırmaq üçün qaynanasının evinə gedərək Elşadı soruşmuş, Elşad evdə olmamışdır. O vaxtdan sonra Elşadı görməmişdir. Elşadla bir bacanaq kimi münasibətləri normal olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində göstərdi ki, Cavabdeh anasıdır. İddiaçı heyvanları hər gün örüşə apardığını görmüş, yağışlı havalarda isə öruşə sahəsinə aparmadığnı müşahidə etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin 30 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tədbir görülməsi üçün göndərilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış videogörüntü olıan diskdən görünür ki, iddiaçının dediyi tarixdən sonra bir necə dəfə heyvanları örüşə aparmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılmış fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus heyvanlar öruşə aparılmışdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının tələbini və həmin tələbi təsdiq edən dəlil kimi təqdim etdiyi sübutları, habelə cavabdehin təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh tərəfindən iddiaçıya qarşı qanunazidd hərəkətlər edilmiş və bunun nəticəsində cavabdeh barəsində inzibati protokol tərtib edilmişdir. Həmin hal, yəni cavabdehin inzibati qaydada məsuliyyətə cəlb edilməsi məhkəmə iclasında iddiaçı tərəfindən də təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddianın hüquqi əsası olmamaqla yanaşı, faktiki əsasları da müəyyən deyil. İddiaçı sərbəst şəkildə özünə məxsus heyvanlarını örüşə çıxarmış, yemləmişdir ki, bu hal məhkəmədə araşdırılmış foto və video görüntülərlə təsdiq edilir. İddiaçının heyvanlarını örüşə çıxara bilməməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Bundan başqa, məhkəmə iddiaçının cavabdehdən tələb etdiyi pul məbləğinə münasibətdə qeyd edir ki, həmin məbləğin yaranma səbəbi cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi deyil, məhz iddiaçının seçimidir. Heyvalar iddiaçıya məxsusdur və iddiaçı öz heyvanlarını istədiyi kimi yemləyə bilər ki, bu zaman çəkilmiş xərclərin hər hansı üçüncü şəxsdən o cümlədən cavabdehdən tələb edilməsi əsassız, qanunsuzdur. İddiaçının subyektiv qiymətləndirilməsinin nəticəsi olaraq cavabdeh tərəfindən ona qarşı edilmiş hüquq pozuntusunun (indiki halda inzibati məsuliyyətə səbəb olan pozuntu) həddindən artıq şişirdilmiş formada qəbul edilərək bunun müqabilində xərclədiyi pulun, gördüyü işin, zəhmət haqqının qarşılığının cavabdehdən tələb edilməsi məntiqsizdir. İddiaçı həmin heyvaları şəxsi təsərrüfatı üçün saxlamış, ondan bəhər, fayda götürmüş, həmin müddət ərzində qazanc əldə etmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı X4 Cavabdeh qarşı cavabdehin özbaşına hərəkətlərinə son qoyulması və 30.000 manat maddi ziyanın tələb edilməsinə dair iddiası rədd edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar