Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-796/2023 03.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında xx.xx.2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, 03 dekabr 2022-ci il tarixdə, saat 13:10 radələrində Lənkəran şəhəri, 20 yanvar küçəsində hərəkətdə olduğu zaman idarə etdiyi avtomaşını həmin küçədə yerləşən “Medican’’ klinikasının qarşısında saxlamaq istədiyindən arxadan digər avtomaşının gəlmədiyini görüb sola dönmə işıqlarını yandırıb dönmə əməliyyatını edərkən anidən arxadan yüksək sürətlə hərəkətdə olan VAZ-21011 markalı, ** KJ *** dövlət nömrə nişanlı avtomobilin gəldiyini görüb idarə etdiyi avtomobili əks zolağa istiqamətləndirərək arxadan sürətlə gələn avtomobilin yoluna davam etməsi üçün şərait yaratmışdır. Arxadan yüksək sürətlə hərəkətdə olan avtomobilin sürücüsü idarə etməni itirərək idarə etdiyi avtomobili yolun əks hərəkət zolağına keçərək idarə etdiyi avtomobilin arxa sol qapısı hissəsinə toqquşduraraq avtomaşının arxa sol qapısını, qabaq sol qapısını, qapının üzərində olan yan güzgünü və qabaq sol qanadı əzərək digər VAZ- 21015 markalı ** EL *** dövlət nömrə nişanlı avtomobilə dəyərək dayanmışdır. Hadisə yerinə Lənkəran ŞRPŞ-nin YNH inspektoru araşdırmış, araşdırma zamanı müəyyən olundu ki, VAZ-21011 markalı, ** KJ *** dövlət nömrə nişamı avtomobilin sürücüsü olan Cavabdeh nəqliyyat vasitəsini etibarnaməsiz və sığortası olmadan idarə etmişdir. Nəticədə YNH inspektoru inzibati xəta törətmiş VAZ-21011 markalı, ** KJ *** dovlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 469.1, 332.1 və 327.2-ci maddələri ilə İXP ******* nömrəli İnzibati xəta haqında protokol tərtib etmişdir. Cavabdeh təqsiri üzündən idarə etdiyi avtomobili yararsız vəziyyətə düşmüşdür, yəni avtomobilin arxa sol qapısı, qabaq sol qapısı, qapının üzərində olan yan güzgü və qabaq sol qanadı (krılo) yararsız vəziyyətə düşmüşdür. “Kamran’’ MMC-nın emlatxanasının sədri tərəfindən verilmiş 03 dekabr 2022-ci il tarixli rəyə əsasən avtomobiliə 460 manat məbləğində ziyan dəymişdir. Bundan əlavə həmin həmin ehtiyyat hissələrinin maşının üzərində bərpası üçün qaynaqçı ustanın və rəng ustasının təmir pulları hesablanmalıdır. Bunun üçün də 340 manat məbləğində pul lazımdır Göstərilənləri nəzərə alaraq, idarə etdiyi Opel Astra minik markalı ** CF *** dövlət nömrə nişanlı avtomaşının yararsız vəziyyətə düşmüş hissələrinin dəyəri olan cəmi 460 manat, həmin ehtiyyat hissələrinin maşının üzərinə bərpası üçün qaynaqçı ustanın və rəng ustasının təmir işlərinin dəyəri olan cəmi 340 manat, ümumilikdə 800 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. İclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran ŞRPŞ-nin 15 dekabr 2-ci il tarixli TP ******* saylı inzibati qərarının və Cavabdeh izahatının surətlərindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, VAZ 2101 minik markaalı ** KJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Lənkəran şəhəri, 20 yanvar küçəsində İddiaçı idarə etdiyi Opel Astra minik markalı ** CF *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşmuş, buna görə də İXM-nin 327.2-ci, 332.1-ci və 469.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat inzibati cərimə cəzası tətbiq edilmişdir. "xxxx" MMC-nin emlatxanasının sədri tərəfindən verilmiş 03 dekabr 2022-ci il tarixli rəydən görünür ki, avtomobilə dəymiş ziyan 460 manat məbləğindədir. Ehtiyyat hissələrinin maşının üzərinə bərpası üçün qaynaqçı ustanın və rəng ustasının təmir işlərinin dəyəri 340 manatdır. Ümumilikdə iddiaçıya 800 manat dəyərində ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 03 dekabr 2022-ci il tarixdə, saat 13:10 radələrində idarə etdiyi VAZ-21011 markalı ** KJ *** dövlət nömrə nişanlı avtomobil ilə Lənkəran şəhəri, 20 yanvar küçəsində hərəkətdə olduğu zaman İddiaçı idarə etdiyi Opel Astra minik markalı ** CF *** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşmuş, nəticədə Cavabdeh ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia əsaslıdır, Cavabdeh maddi ziyan əvəzində 800 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: X1 Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddiası təmin edilsin. Cavabdeh avtomaşının yararsız vəziyyətə düşmüş hissələrinin dəyəri olan cəmi 460 manat, həmin ehtiyyat hissələrinin maşının üzərinə bərpası üçün qaynaqçı ustanın və rəng ustasının təmir işlərinin dəyəri olan cəmi 340 manat, ümumilikdə 800 manat məbləğində pul tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(049)-796/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-796/2023
03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver