Məhkəmə qərarları › İş №2(049)-803/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-803/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-803/2023 05.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 vərəsəsi X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2.885,85 manat əsas, vəfat etdiyi tarixədək 61.04 manat faiz borcu olmaqla, cəmi 2.946,89 manat məbləğində kredit borcu və 49.47 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Lənkəran filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********22 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 12.2-ci maddəsinə əsasən Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2020-ci il tarixdə borclu X4 vəfat etmiş və bundan sonra ödəniş qrafiki üzrə aparılmışdır. Bunun nəticəsində "xxxx" ASC-nin Lənkəran filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********22 saylı kredit müqaviləsi üzrə 2.885,85 manat əsas, vəfat etdiyi tarixədək 61.04 manat faiz borcu olmaqla, cəmi 2.946,89 manat borcu yaranmışdır. Lənkəran rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli AZ-İİ 105616 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Lənkəran rayon 1 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 2V-943 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X1 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin X2 vərəsi Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçının və nümayəndəsinin ünvanı hissəsi “Bakı şəhəri, ünvan 1 iddia ərizəsinin xahiş etdi hissəsində “cavabdeh X2 vərəsi X2 vərəsi Cavabdeh” kimi oxunmasını xahiş edib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: xx.xx.2019-cu il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsindən görünür ki, X3 "xxxx" ASC tərəfindən illik 24% dərəcəsi tətbiq edilməklə 60 ay ərzində qaytarmaq şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Kassa məxaric orderindən görünür ki, X4 xx.xx.2019-cu il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 3500 manat məbləğində nağd pul götürmüşdür. xx.xx.2019-cu il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan X4 60 ay müddətində hər ay 100.7 manat, son ayda 99.37 manat xx.xx.2019-cu il tarixdən başlayıb sonuncu ödənişi xx.xx.2024-cü il tarixdə etməklə götürülmüş kredit üzrə hesablanmış əsas borcu və faizi "xxxx" ASC-nə qaytarmağı öhdəsinə götürmüşdür. Lənkəran rayon qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli AZ-İİ 105616 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Lənkəran rayon 1 saylı Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 2V-943 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X1 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 49,47 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Lənkəran filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********22 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 12.2-ci maddəsinə əsasən Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2020-ci il tarixdə borclu X4 vəfat etmiş və bundan sonra ödəniş qrafiki üzrə aparılmışdır. Bunun nəticəsində "xxxx" ASC-nin Lənkəran filialı ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********22 saylı kredit müqaviləsi üzrə 2.885,85 manat əsas, vəfat etdiyi tarixədək 61.04 manat faiz borcu olmaqla, cəmi 2.946,89 manat borcu yaranmışdır. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, ondan qalan miras əmlak üzərində tam olaraq Cavabdeh qanun üzrə vərəsəlik hüququ tanınmışdır. İşin göstərilən halları işdə iştirak edən tərəflərin izahatı və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından məhkəmə qeyd edir ki, mərhum X4 iddiaçı qarşısında borclu olduğundan, ondan qalmış miras əmlak da tam olaraq Cavabdeh tərəfindən qəbul edildiyindən iddia tələbində qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borc məbləği də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2.885,85 manat əsas, 61,04 manat faiz borcu olmaqla, cəmi 2.946,89 manat borcunun tutulmalı, həmçinin iddia ərizəsi üçün ödənilmiş 49.47 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçıya verilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, BPM**********22 nömrəli Kredit müqaviləsi üzrə 2.885,85 manat əsas, 61,04 manat faiz borcu olmaqla, cəmi 2.946,89 manat, həmçinin iddia ərizəsi üçün ödənilmiş 49,47 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar