Məhkəmə qərarları › İş №2(049)-804/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-804/2025

28.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-804/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X2 – Lənkəran rayonu X1 Akif Ağacan oğlu və qeyrisinə qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Lənkəran rayonu X3 Akif Ağacan oğlu və qeyrisinə qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 4-cü bəndinə əsasən bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır. Göründüyü kimi, bələdiyyənin sədrinin buna dair bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasın qərarı olmadan bələdiyyənin adından məhkəmədə iddia qaldırmaq səlahiyyəti yoxdur. Bunun üçün bələdiyyə üzvləri iclas keçirməli, iclasda qərar qəbul edilməlidir ki, bələdiyyənin sədrinə bələdiyyənin adından konkret şəxsə qarşı iddia vermək səlahiyyəti verilsin. Məhz həmin qərardan sonra bələdiyyənin sədrinin bələdiyyənin adından konkret şəxsə qarşı məhkəməyə iddia ilə müraciət etmək hüququ əmələ gəlir. Bundan əlavə qeyd olunan iddia ərizəsi bələdiyyənin möhürü ilə möhürlənməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Gərmətük Bələdiyyəsinin məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, bələdiyyə sədrinin Lənkəran rayonu Gərmətük Bələdiyyəsinin adından verilən iddia ərizəsini imzalamağa səlahiyyət verən bələdiyyən üzvlərinin iclasının qərarı olmadığından, eləcə də iddia ərizəsi möhürlə təsdiq edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Lənkəran rayonu X1 Akif Ağacan oğlu və qeyrisinə qarşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Bələdiyyə sədrinə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar