Məhkəmə qərarları › İş №2(049)-807/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-807/2025

24.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-807/2025 24.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin rəhbərindən mənəvi zərərin əvəzinin ödənilməsi üçün ondan 2000 manat pul və maddi ziyana görə 6000 manat pulun və məhkəməyə müraciəti üçün ödənilmiş 200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPMnin) tələblərinə riayət edilmədən tərtib edilmişdir. Belə ki, MPM-nin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. İddiaçı iddia ərizəsinin “qoşma” hissəsinə 4-cü bənddə “dövlət rüsumu barədə qəbz” qeyd olunsa da, iddia ərizəsinə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz deyil, Lənkəran 1 saylı Mediasiya Təşkilatına ödənilmiş mediasiya xərcinin ödənilməsini təsdiq edən sənəd əlavə edilmişdir. Eyni zamanda diqqətə çatdırılır ki, iddia tələbində məhkəməyə müraciət üçün dövlət rüsumu kimi 200 manat pulun ödənildiyi qeyd olunsa da, cavadehdən iddiaçının xeyirinə tutlması tələb olunan ümumilikdə 8000 manat pula görə ödənilməli olan dövlət rüsumu («Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunun 8.1, 8.1.2-ci maddəsinin tələbinə görə, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) 100 manat təşkil edir. Beləliklə, İddiaçı MPM-nin 150.1.2-ci maddəsinin tələbinə də riayət etməyərək, məhkəməyə iddia verilməsi üçün «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. MPM-nin 152.1.1-ci və 152.1.5-ci maddələrində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur, yəni iddiaçı məhkəmənin hazırki qərardadında göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-nin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRAR ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar