Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-809/2024 05.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair mülki işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00349-0378-01 saylı kredit müqaviləsini və digər Cavabdeh2 ilə aralarında bağlanan 00349-0378-01 Z/saylı zaminlik müqaviləsini ləğv edərək, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə olan 1081,63 manat əsas borcun, 44,89 manat faiz borcun, 251,52 manat cərimə borcun, cəmi 1378,04 manat borcun və 34 manat dövlət rüsumunun alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh1 12 ay müddətinə, 30 faiz dərəcəsi ilə istehlak məqsədinə 1300 manat pul verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını təmin etmək məqsədi ilə digər Cavabdeh2 ilə həmin tarixdə, 00349-0378-01 Z/saylı zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri lazımi qaydada və vaxtında icra etmədikdə digər Cavabdeh2 bu müqavilə üzrə zamin olaraq cavabdehlik daşımaq öhdəliklərini öz üzərinə götürmüşdür. Lakin, borclu şəxs Cavabdeh1 oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixinə olan 1081,63 manat əsas borcu, 44,89 manat faiz borcu, 251,52 manat cərimə borcu, cəmi 1378,04 manat borcu vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin, bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu səbəbdən iddiaçı "xxxx" MMC Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00349-0378-01 saylı kredit müqaviləsini və digər Cavabdeh2 ilə aralarında bağlanan 00349-0378-01 Z/ saylı zaminlik müqaviləsini ləğv edərək, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə olan 1081,63 manat əsas borcun, 44,89 manat faiz borcun, 251,52 manat cərimə borcun, cəmi 1378,04 manat borcun və 34 manat dövlət rüsumunun alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 00349-0378-01 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh1 12 ay müddətinə, 30 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 1300 manat pul verilmişdir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli, 00349-0378-01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını təmin etmək məqsədilə "xxxx" MMC digər Cavabdeh2 ilə həmin tarixdə 00349-0378-01 Z/saylı zaminlik müqaviləsi bağlamış, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri lazımi qaydada və vaxtında icra etmədikdə digər Cavabdeh2 bu müqavilə üzrə zamin olaraq cavabdehlik daşımaq öhdəliklərini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Lənkəran rayonu, Girdəni kəndində yaşayan Cavabdeh1 xx.xx.2022-ci il tarixində, 12 ay ödəniş şərtilə, illik 30 faiz olmaqla, 1300 manat məbləğində istehlak məqsədləri üçün kreditdən ötrü "xxxx" MMC-yə ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh1 12 ay müddətinə, 30 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 1300 manat pul verilmiş, cavabdeh xx.xx.2023-cü il tarixində 200 manat və xx.xx.2023-cü il tarixində 200 manat borc ödəyərək, iddiaçı "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixinə olan 1081,63 manat əsas borcu, 44,89 manat faiz borcu, 251,52 manat cərimə borcu, cəmi 1378,04 manat borcu qalmaqdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh1 və zamin Cavabdeh2 gecikdirilmiş kredit borcunun 10 gün müddətində ödənilməsi barədə rəsmi qaydada bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********* saylı ödəniş qəbzindən görübür ki, "xxxx" MMC tərəfindən 34 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, Cavabdeh1 müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixinə olan 1081,63 manat əsas borcu, 44,89 manat faiz borcu, 251,52 manat cərimə borcu, cəmi 1378,04 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 34 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imzasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00349-0378-01 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixinə olan 1081,63 manat əsas borc, 44,89 manat faiz borcu, 251,52 manat cərimə borcu, cəmi 1378,04 manat borc və 34 manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" MMC xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 00349-0378-01 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixinə olan 1081,63 manat əsas borc, 44,89 manat faiz borcu, 251,52 manat cərimə borcu, cəmi 1378,04 manat borc və 34 manat dövlət rüsumu alınaraq, iddiaçı "xxxx" MMC xeyrinə tutulsun. Qətnamədən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-809/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-809/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver