Məhkəmə qərarları › İş №2(049)-812/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-812/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-812/2024 20.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İsmayıl Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli 00330-0165-02sayh kredit müqaviləsinin və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanan 00330-0165-02/Z/ 00330-0165-02/Z/l saylı zaminlik müqavilələri ləğv edilərək, 1031.08 (bir min otuz bir manat 08 qəpik) manat əsas borcu, 42.81 (qırx iki manat,81 qəpik) manat faiz borcu, 207.70 (iki yüz yeddi manat,70 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1281.59 (bir min iki yüz səksən bir manat, 59 qəpik) manat borcu və iş üzrə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq, İsmayıl Kredit İttifaqı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh1 (AZE ******** Səyyar Asan xx.xx.2018-ci il) (bundan sonra mətndə Cavabdeh1) İsmayıl Kredit İttifaqı Məhdud Məsuliyyətli cəmiyyətinə (bundan sonra İsmayıl Kredit İttifaqı MMC) ərizə ilə müraciət edərək, İstehlak krediti üçün 1500.00 (bir min beş yüz manat) manat məbləğində kredit verilməsini xahiş etmişdir. İsmayıl Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində kredit verilməsi haqqında 00330-0165-02 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İsmayıl Kredit İttifaqı MMC tərəfindən Cavabdeh1 illik 30 % (otuz) ödənilməsi şərti ilə 15 (on beş ) ay müddətinə 1500.00 (bir min beş yüz manat) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 (bundan sonra mətndə Cavabdeh3) və Cavabdeh2 , Nazəddin oğlu (bundan sonra mətndə X.B.Baxşiyev) xx.xx.2022 -ci il tarixli 00330-0165-02 /Z0 00330-0165-02/Z 1 saylı zaminlik müqavilələri əsasında İsmayıl Kredit İttifaqı MMC qarşısında öhdəliklərinin yerinə yetirilmələrinə görə cavabdehlik daşımaq öhdəliklərini öz üzərlərinə götürmüşdürlər. Lakin borclu şəxs, hazırkı iş üzrə Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun İsmayıl Kredit İttifaqı MMC yə 1031.08 (bir min otuz bir manat 08 qəpik) manat əsas borcu, 42.81 (qırx iki manat,81 qəpik) manat faiz borcu, 207.70 (iki yüz yeddi manat,70 qəpik) manat cərimə borcu vardır. Cavabdeh1 İsmayıl Kredit İttifaqı MMC yə xx.xx.2024-cü il tarixinə ümumi 1281.59 (bir min iki yüz səksən bir manat, 59 qəpik) məbləğində borcu qalmışdır. xx.xx.2022-ci il tarixli 00330-0165-02saylı kredit müqaviləsində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək "Borcalan"ın vəzifəsidir. Həmin müqavilənin tələbinə görə "Kreditor"un müqavilə şərtlərini cavabdehlər tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsinin tələb etmək hüququ vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh1 və ona zamin duran şəxslərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq yenə də qeyd olunan kredit müqavilələrinin şərtləri cavabdehlər tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Odur ki, cavabdehlər tərəfindən öhdəliklərin icrasının məhkəmə qaydasında təmin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İsmayıl Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixində kredit verilməsi haqqında 00330-0165-02 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İsmayıl Kredit İttifaqı MMC tərəfindən Cavabdeh1 illik 30 % (otuz) ödənilməsi şərti ilə 15 (on beş ) ay müddətinə 1500.00 (bir min beş yüz manat) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan müqavilədən göünür ki, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022 -ci il tarixli 00330-0165-02 /Z0 00330-0165-02/Z 1 saylı zaminlik müqavilələri əsasında İsmayıl Kredit İttifaqı MMC qarşısında öhdəliklərinin yerinə yetirilmələrinə görə cavabdehlik daşımaq öhdəliklərini öz üzərlərinə götürmüşdürlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə 1031.08 (bir min otuz bir manat 08 qəpik) manat əsas borcu, 42.81 (qırx iki manat,81 qəpik) manat faiz borcu, 207.70 (iki yüz yeddi manat,70 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1281.59 (bir min iki yüz səksən bir manat, 59 qəpik) manat borcu vardır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 33 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbi ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Mülki Məcəllənin 465-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cəriməyə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasım tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icram qəbul etmişsə, cərimənin tutulmasım yalnız icram qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Göstərilən hüquqi mövqeyə görə məhkəmə hesab edir ki, iddiaçının müqavilənin ləğvi ilə bağlı iddiası məhkəmədənkənar baş verdiyi üçün iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1031.08 manat əsas borcu, 42.81 manat faiz borcu, 207.70 manat cərimə borcu olmaqla, cəmi 1281.59 manat borcu və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsum tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar