Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-824/2023 01.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı X6 və Cavabdeh2 Saxavət oğlunun iştirakları ilə İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Saxavət oğluna qarşı «maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X11 cavabdehlər Cavabdeh1 Bağırov və İlham Saxavət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X12 tərəfindən Lənkəran rayonunun Seydəkəran kəndində yerləşən məhrum X4 miras qalmış daşınmaz əmlakın (torpaq sahəsi və evin ) yerində müayinəsi və ölçmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət kadastırı və X16 Şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşlarına törədilən maneənin aradan qaldırılması, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X15 xx.xx.2010-ci tarixdə, atası X13 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Məhrum atası X4 miras əmlak qalmış və həmin əmlakı onun vərəsəsi olaraq faktiki qəbul etməklə orada yaşayır. Atasından miras qalmış əmlakı vərəsə olaraq qəbul edib sənədləşdirilməsi məqsədi ilə Lənkəran rayonu 1 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisindən Daşınmaz Əmlakın Dövlət kadastrı və X17 şəxsinin 10 saylı Ərazi İdarəsinə məktub ünvanlanaraq X1 miras qalmış əmlaka dair müvafiq çıxarışı və ya forma 1 arayışının notariat ofisinə göndərilməsi xahiş olunumuşdur. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 10 saylı Ərazi İdarəsi tərəfindən miras əmlakla bağlı olaraq Hüquqların Dövlət Reysterindən çıxarışın olması aşkarlanmadığından miras əmlaka dair sənəndlərin hazırlanması məqsədi ilə miras əmlaka baxış keçirilməsi və həmin əmlakın yerində müayinəsinin aparılmaqla ölçmə işləri aparıb bundan sonra əmlaka dair sənədin notariat ofisinə təqdim edilməsinin mümkün olacağı bildirilmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət kadastrı və X19 şəxsinin 10 saylı Ərazi İdarəsinin əməkdaşları miras əmlakın kadastr məlumatlarının yoxlanılması və ölçmə işlərinin aparılması üçün həmin əmlakın olduğu yerə gəlsələr də orada yaşayan iş üzrə cavabdehlər (digər vərəsə olan məhrum qardaşı X5 övladları) ölçmə işlərinin aparılmasına maneə yaratdıqlarından həmin əmlakın ölçülməsi işləri aparıla bilməmiş və buna görə də notariat ofisinin sorğusu cavablandırıla bilməmişdir. Belə olan halda da vərəsəlik işi aparılması dayanmış və miras əmlakın vərəsəlik qaydasında bölünməsi üçün vərəsəlik şəhadətnaməsi verilməmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, sözügüdən ünvanda yerləşən miras mülk ona və qardaşı Rasimə babaları X4 miras qalmışdır. O, özü və qardaşı Rasim isə həmin miras evdə deyil, onlara ataları X3 miras qalmış evdə yaşayırlar. Həmin evə dair təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qardaşı Cavabdeh1 adınadır və onun xüsusi mülkiyyətindədir. Onların yaşadıqları evlə babalarından miras qalmış evin həyətyanı sahəsi arasında hasar yoxdur və gələcəkdə həmin həyətyanı sahələr arasında daş hasar çəkməyi planlaşdırırlar. Ölçmə işlərinin aparılmasına onun etirazı babasından qalan miras mülkə dair deyil, qardaşının xüsusi mülkiyyətində olan həyətyanı sahə ilə əlaqədar olmuşdur. İddia tələbi üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə vermişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan JN seriyalı, 064B saylı, 80204028 kodu olan “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Lənkəran rayonu, Aqrar İslahat Komissiyasının 03 mart 1988-ci il tarixli 04 saylı qərarı ilə Lənkəran rayonu Seyidəkəran kənd sakini X9 0,23 hektar ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin şəhadətnamədə İddiaçı Rəzzaq qızı X7 ailə üzvü kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 285883 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X2 Bürosu tərəfindən 1979-cu ildə tərtib edilmiş “texniki inventarlaşdırma və qiymətləndirmə” pasportundan görünür ki, Lənkəran rayonu Seyidəkəran kəndində X8 məxsus olan ev mövcuddur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşənmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Lənkəran rayonu, Seyidəkəran kəndində yerləşən 0.22 ha ölçüdə torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan İddiaçı ünvanlanan bildirişdən görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması üçün, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək üçün DƏDRX-nin 10 saylı Lənkəran ərazi idarəsinin aidiyyəti mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsi və sözü gedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsində qeyd edilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni Məcəllənin 5.1-ci maddəsində qeyd edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Eyni Məcəllənin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Eyni Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (İddiaçı şikayəti üzrə Konstitusiya Məhkəməsinin 01 mart 2023-cı il tarixli qərarı). Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X12 tərəfindən Lənkəran rayonunun Seydəkəran kəndində yerləşən X4 miras qalmış daşınmaz əmlakın (torpaq sahəsi və evin) yerində müayinəsi və ölçmə işlərinin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin əməkdaşlarına yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Saxavət oğlundan tutularaq iddiaçı X10 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-824/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-824/2023
01.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver