Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-828/2025 03.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000 (on min ) manat məbləğində pulun alınaraq ona veriiməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Biləsuvar rayon polis şöbəsində polis nəfəri kimi birlikdə xidmət etmişlər. Bu səbəbdən aralarında dostluq, yoldaşlıq münasibətləri yaranmaqla inam etibar var imiş. Cavabdeh pula ehtiyacı odduğundan bankdan kredit götürmək istədiyini lakin onun götürmək istədiyi məbləğə görə bank tərəfindən zamin tələb olunduğunu ona deyərək ondan bu işdə ona zamin durmaqla köməklik etməsini xahiş etmişdir. Bildirmişdir ki, həmin pulu onuz da çox ləngitməyəcək, bir iki işlər var, həmin işlərin nəticəsində əldə etdiyi vəsaitlə bank borcunu bağlayacaqdır. Qeyd etdiyi kimi onunla iş yoldaşı olduğundan inanaraq onun zamin durmaq xahişini qəbul etmiş və onlar banka gedərək xx.xx.2020-ci il tarixli RGTK1766246A151 nömrəli zamin müqavilələrinə imza etmiş və cavabdehə bankdan l4.000 manat məbləğində kredit verilmişdir. Sonradan cavabdeh Biləsuvar rayon polis şöbəsindən xidmət etdiyi vaxtlarda işdə yol verdiyi nöqsarlara görə polis sıralarından xaric olunmuşdur. Cavabdeh polis orqanlarından xaric edildikdən sonra kreditor KapitalBank cavabdehin almış olduğu kredit məbləğinin ödənilməsini ondan tələb edərək hər ay əmək haqqı kartından pul tutulmağa başlamışdır. Bir müddət sonra o, maddi vəziyyəti ilə bağlı banka müraciət etmiş və brazılaşmışlar ki, o, zamin kimi həmin cavabdehin banka olan kredit borcunu könüllü olaraq terminal vasitəsi ilə ödəsin. Bu razılaşmaya bu günə kimi əməl edərək Cavabdeh Kapital Banka olan kredit borcu tərəfindən ödənilir. Bu günə kimi 10.000 (on min) manat pul onun tərəfindən zamin olaraq Cavabdeh Kapital Banka olan kredit borcuna görə ödəmişdir. Cavabdeh konkret olaraq bankdan almış olduğu kredit borcu üzrə heç bir ödəniş etmir. Onunla əlaqə saxlamağa çalışsa da bu mümükün olmamışdır. Gizlənir və tez-tez ünvanını dəvişir. Ailəsinin maddi ehtiyacları artmışıdr. Cavabdeh də almış olduğu kredit borcu üzə heç bir məsuliyyəti hiss etmir və kredit borucunu ödəmir. Odur ki, Cavabdeh Kapital Banka olan kredit borcu üzrə xx.xx.2020-ci il tarixli RGTK1766246A151 nömrəli zamin müqaviləsinə əsasən zamin kimi ödədiyi 10.000 (on min) manat məbləğində pulun alınaraq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia tələbində qeyd etdiyi məbləğin bir hissəsi onun iş yeri üzrə mühasibatlıq tərəfindən əmək haqqından tutulmuşdur. Bir hissəsini də ödəniş terminalları vasitəsilə ödəmişdir. Ödəniş qəbzlərini sübut kimi məhkəməyə təqdim etmişdir. Ödəniş qəbzlərindən görünür ki, həmin ödənişlər Biləsuvar rayonu ərazisində ödənilmişdir ki, bu hal da həmin ödənişlərin onun tərəfindən həyata keçirildiyini göstərir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərinə qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: "xxxx" ASC ilə borcalan Cavabdeh və İddiaçı arasında bağlanmış Z-RGTK1766246 saylı 27 yanvar 2020-ci il tarixli “zaminlik müqaviləsi”ndən görünür ki, İddiaçı, "xxxx" ASCnin Biləsuvar filialı ilə borcalan Cavabdeh arasında bağlanmış Z-RGTK176624A151 saylı 27 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinə əsasən borcalana illik 21 faiz olmaqla, 60 ay müddətinə, 16.453,67 manat kredit verilmişdir. İddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş "xxxx" ASC-dən verilmiş edilmiş İddiaçı “ödəniş kartı üzrə çıxarış”dan görünür ki, İddiaçı bank hesabından Z- RGTK176624A151 saylı kredit müqaviləsi üzrə zaminin borcu olaraq silinmə kimi xx.xx.2022-ciil tarixdə 0,6 manat, xx.xx.2022-ci il tarixdə 477,2 manat və xx.xx.2022-ci il tarixdə 447,78 manat, cəmi 925,6 manat pul vəsaiti ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki, hazırki iddia tələbi üzrə İddiaçı tərəfindən 120 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış 16.453,67 manat məbləğində kredit öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı iddia tələbində həmin zaminlik müqaviləsi üzrə borcalanın əvəzinə ödədiyi 10.000 manatı cavabdehdən tələb edir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bank çıxarışından onun Z- RGTK176624A151 saylı kredit müqaviləsi üzrə zamin kimi cəmi 925,6 manat vəsaiti ödədiyi müəyyən edilir. Məhkəmə iddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi ödəniş terminalları vasitəsilə edilmiş ödənişlərə dair qəbzlərə münasibət bildirərək, qeyd edir ki, həmin ödəniş qəbzlərində ödəyici kimi “İddiaçı” deyil “Cavabdeh Qəhrıman oğlu” qeyd edilmişdir. Ödəniş qəbzlərində vəsaitin "xxxx" ASC-nin Biləsuvar filialı kimi qeyd edilməsi həmin ödənişlərin məhz Cavabdeh Qəhrıman oğlu tərəfindən ödənildiyini təsdiq etmir. Belə ki, iş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən də görünür ki, həmin müqavilə "xxxx" ASC-nin Biləsuvar filialı ilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır Həmin Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tələblərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Habelə MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Beləliklə də yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, Cavabdeh idddiaçı İddiaçı qarşısında 10.000 manat məbləğində öhdəliyinin yaranmasını, eyni zamanda iddiaçının cavabdehin əvəzinə zamin kimi həmin vəsaiti ödədiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 925,6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,1 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 925,6 (doqquz yüz iyirmi beş manat, altmış qəpik) manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 11,1 (on bir manat, on qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-828/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-828/2025
03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver