Məhkəmə qərarları › İş №2(049)-834/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-834/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-834/2023 14.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 2761 ABŞ dolları, 20 ABŞ dolları və ödənilmiş 68 manat 80 qəpik dövlət rüsumunun cavabdehdən alınıb, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qaynının oğlu Nicat Məhərrəmovun vasitəsilə tanımışdır. Belə ki, Nicatın xahişi ilə X5 üçün "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinin Lənkəran rayon filialından 12 ay müddətinə 2.000 ABŞ dolları kredit götürmüdür. Bununla əlaqədar X5 ilə "xxxx" Bank Olmayan Kredit X4 Cəmiyyətinin Lənkəran rayon filialı arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə X5 zamin şəxsdir. Cavabdeh banka olan krediti ödəyə bilmədiyindən kredit təşkilatı Lənkəran Rayon Məhkəməsinə iddia formasında ərizə vermiş, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 2761 ABŞ dolları məbləğində kredit borcu və 20 ABŞ dolları dövlət rüsumunun tutularaq "xxxx" BOKT-na verilməsi haqqında qiyabi qətnamə qəbul edilmişdir. Bundan əlavə cavabdeh vaxtında kredit öhdəliyi icra etmədiyinə görə 761 ABŞ dolları məbləğində faiz toplanmıdır. Cavabdeh X1 rayon məhkəməsinin qiyabi qətnaməsi icra etmədiyinə görə cavabdeh İddiaçı əmək haqqından cəmi 2671 ABŞ dollar və 20 ABŞ dollar pulu Lənkəran rayon içra şöbəsinin qərarı əsasında tutulmuşdur. Cavabdeh Yükdaşıma və Evakuasiya xidmətində mexanik çilingər işləyir. Hazırda cavabdehin yerinə kredit borcuna görə ödədiyi pulu tələb etsə də cavabdeh həmin pulu ödəməkdən imtina edir. Dəfələrlə bildirsə də Amid onun pulunu qaytarmamışdır. Cavabdeh onu get-gələ saldığı, onu aldadıb bankda zamin saxladığı və uzun müddət pulu ona qaytarmadığı üçün onda əsəb stres yaratmış, ailə həyatında narazılıqlar olmuş və əziyyətlər çəkmişdir. Cavabdeh bu hərəkətləri ilə ona mənəvi ziyan vurmudur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 12 avqust 2010-cu il tarixli qətnaməsi icra olunması üçün Lənkəran rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmurunun qərarı ödəmə onun əmək haqqına yönəldilmiş və icra sənədi icra edilməsi üçün işlədiyi "xxxx" MMC-nə göndərilmişdir. Bundan sonra əmək haqqından tutmalar aparılmışdır. 2011-ci ildə icra məmuru tərəfindən icra sənədi işlədiyi müəssisədən geri qaytarılaraq, əmək haqqından tutmalar dayandırılmış, 2022-ci ildə sözü gedən icra sənədinin icrası başqa icra məmuruna həvalə edildiyindən həmin əməkdaş tərəfindən icra sənədi üzrə tutmalar yenidən onun əmək haqqında yönəldilmişdir. Hazırda kredit borcu tam ödənildiyindən əmək haqqından tutmalar dayandırılmışdır. Bu səbəbdən də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ünvan 2010-cu il tarixli qiyabi qətnaməsindən görünür ki, həmin qətnmə ilə “KredAgro” QBKT-nın cavabdehlər Cavabdeh və İddiaçı qarşı iddia tələbi qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada 2761 ABŞ dolları və ödənilmiş 20 ABŞ dolları məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin X6 Lənkəran şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 09/069 saylı Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, ünvan 2010-cu il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqından tutulan pul vəsaiti 2010-cu il üzrə - 360 manat, 2011-ci il üzrə - 210 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli 895/09 saylı məktubuna əsasən İddiaçı əmək haqqından tutulan və "xxxx" BOKT MMC-nin hesabına ödənilən məbləğ ümumilikdə 974,99 manat olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" BOKT MMC-dən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Yusifbəyli oğlunun "xxxx" BOKT MMC-də CALan 39894/09 saylı xx.xx.2009-cu il tarixli kerdit müqaviləsi üzrə zamin olduğu Cavabdeh xx.xx.2022-ci il tarixədək ödənişləri ümumilikdə 2257,46 manat olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli saylı ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ümumilikdə 67 manat 80 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır Həmin Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarından müəyyən edilir ki, ünvan 2010-cu il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqından tutulan pul vəsaiti ümumilikdə 1.544 manat 99 qəpik təşkil etmişdir. Odur ki, iddia qismən təmin edilməli, cavabdeh X2 1.544 manat 99 qəpik və iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi 24 noyabr 2005-ci il tarixli 4 saylı Plenum Qərarının 10-cu maddəsində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.544 (min beş yüz qırx dörd) manat 99 (doxsan doqquz) qəpik və ödənilmiş 22 (iyirmi iki) manat 15 (on beş) qəpik məbləğində dövlət rüsumu, ümumilikdə 1.567 (min beş yüz altmış yeddi) manat 14 (on dörd) qəpik məbləğində pul vəsaiti alınaraq, İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar