Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-835/2023 02.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ilin yazında onun yanına gələrək pul ehtiyacı olduğu bildirmiş və ondan 2000 manat borc pul istəmişdir. O, aldığı 2000 manat məbləğində borc pulu xx.xx.2019-cu il tarixdə qaytaracağını bildirmişdir. Şakir Baxşıyev onu tanıdığ üçün ona 2000 manat məbləğində borca pul vermiş və həmin borc müqaviləsi notarial qaydada təsdiqlənmişdir. Lakin cavabdeh təyin olunan müddətdə borcu qaytarmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ona qaytarmaq istəməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2000 manat borc pulun və ödənilmiş 40.40 manat dövlət rüsumunun, cəmi 2040.40 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, cavabdеh məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında iddianı qəbul edib iddiaçı X2 2000 manat borcu olduğunu etiraf edərək məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 26 aprel 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən X3 borc alan Cavabdeh 2000 manat məbləğində borc pul verir. Borc alan krediti 26 oktyabr 2019-cu il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və Cavabdeh 2000 manat məbləğində pul alınaraq iddiaçı X2 verilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı 40.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 40.40 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul alınaraq, iddiaçı X2 verilsin. İddiaçı tərəfindən ödənilmiş 40.40 manat dövlət rüsumu cavabdehə aid edilsin və ondan alınaraq, iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2(049)-835/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-835/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver