Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-836/2023 03.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1494 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Lənkəran rayonunyaşayaraq, ustalıq edir. 2018-ci ildə iş üzrə Cavabdeh fərdi yaşayış evində usta kimi işləmişdir. Belə ki, cavabdeh Lənkəran rayonu Şağlaküçə kənd sakini Bəşir adlı şəxslə onun yaşadığı evə gələrək onun evində işləməyini bildirmişdir. O, da cavabdehlə razılaşıb onun evində usta kimi müəyyən işləri görməyi öhdəsinə götürmüşdür. Beləliklə cavabdehin ona 2494 manat borcu yaranmışdır. Həmin borcdan cavabdeh ona 1000 manat ödəsə də lakin halhazırdadək ödəməli olduğu 1494 manatı verməkdən imtina edir. Bununla bağlı dəfələrlə cavabdehin özünə bildirsə də və eləcə də Lənəran ŞRPŞ-nə müraciət etsə də lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Buna görə də hüquqlarının qorunması üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, özü taxta ustasıdır. O, cavabdehin evində müəyyən taxta işləri görmüşdür. Belə ki, o, cavabdeh üçün onun evində taxtadan tavan, 14 ədəd pillə, 8 ədəd tumba, 2 ədəd xarpa və 4 ədəd qapı düzəldərək quraşdırmışdır. Gördüyü işlərə dair əvvəlcədən cavabdehlə aralarında qiymət razılaşmışlar və bu barədə cavabdeh öz xətti ilə siyahı tərtib etmişdir. Həmin siyahının bir surəti cavabdehdə, bir surəti isə onda qalmışdır və həmin siyahını sübut kimi məhkəməyə təqdim etmişdir. Cavabdeh öz xətti ilə yazdığı siyahıda onun üçün görüləcək işlərin ümumi dəyərinin 2494 manat olduğunu qeyd etmişdir. Razılaşdıqları işi tam yerinə yetirmişdir. Bundan sonra cavabdeh gördüyü işlərin əvəzi olaraq ona 1.000 manat, 100 manat və 100 manat olmaqla ümumilikdə 1.200 manat pul ödəmişdir və ona 1.294 manat borcu qalmışdır. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, iddiaçının gördüyü işlərin müqabilində ona hal hazıradək 1.200 manat pul ödəmişdir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, tavan, 14 ədəd pillə, 8 ədəd tumba, 2 ədəd xarpa, sürahi və 4 ədəd qapının düzəldilməsi və quraşdırılması üçün usta xərci kimi 2.494 manat məbləğ qeyd edilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında əqd bağlanmışdır və bunun əsasında da cavabdehin iddiaçı qarşısında müəyyən öhdəliyi yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 386.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 329.2 maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən cavabdehin öhdəliyini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq da məbləğ cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1294 (min iki yüz doxsan dörd) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat 30 (otuz) qəpik pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-836/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-836/2023
03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver