Məhkəmə qərarları › İş №2(049)-838/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-838/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-838/2023 13.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katbi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh pul tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, hazırda İİ qrup əlil olan qızı X1 ilə birlikdə Türkəkəran kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. 2022-ci ilin oktyabr ayı ərzində ailəsinə məxsus sitrus bağından əldə etdiyi ümumilikdə 3360 manat dəyərində 3 ton sitrus məhsullarını cavabdehə vermiş və o, həmin məhsulları aldıqdan sonra pulu xx.xx.2022-ci il tarixədək ona ödəyəcəyini bildirmişdir. Cavabdeh bu barədə ona iltizam da yazıb vermişdir. Lakin dəfələrlə zəng etməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirərək pulu ona qaytarmamışdır. Bu səbəbdən onun barəsində tədbir görülməsi üçün Lənkəran ŞRPŞ-nə müraciət etmişdir. Orada aparılan araşdırmadan sonra cavabdehin hərəkətində hər hansı bir cinayət xarakterli əmələ və ya inzibati xətaya rast gəlinmədiyi üçün onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilmiş, iddiaçıya bununla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3360 manat və ödənilmiş 54 manat dövlət rüsumunun, cəmi 3410 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində Lənkəran ŞRPŞ-də cinayət işinin başlanması rədd edilmiş, orada izahat verən cavabdeh iddiaçıya 3360 manat borclu qaldığını etiraf etmişdir. İş materiallarına əlavə olunmuş iltizamdan görünür ki, cavabdeh 3360 manat pulu xx.xx.2022-ci il tarixdə iddiaçıya ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq təmin edilməli, cavabdehlər Cavabdeh 3360 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı 54 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 54 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçınun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 3360 manat məbləğində pul və ödənilmiş 54 manat məbləğində dövlət rüsumu, cəmi 3410 (üç min dörd yüz on) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar