Məhkəmə qərarları › İş №2(049)-858/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-858/2023

17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-858/2023 17.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi, Astara rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı cinayət əməli və böhtan atılması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinə binasında 17 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cinayət əməli və böhtan atılması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(049)-429/2022 saylı hökmü ilə (sədrlik edən hakim X5) Cavabdeh 22 sentyabr 2022ci il tarixdə, saat 21 radələrində Lənkəran rayonu Şağlaser kəndində yaşadığı evin həyət qapısının qarşısında ona yaşadığı evin həyət qapısının yanında olan ona məxsus metal borunun yerinin dəyişdirilməsinə görə irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən yerdən götürdüyü daş parçası ilə onun kürək nahiyəsinə zərbə vuraraq yerə yıxması nəticəsində sağ bazu oynağının yumşaq toxumalarının əzilməsihematoması, boyun nahiyəsində sıyrıq, sağ kürək nahiyəsində qançırdan ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurduğundan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh törətmiş olduğu hadisədən peşman olmamaqla ona vurduğu ziyanı ödəməmişdir. Onun cinayət əməli nəticəsində səhhətinə dəymiş zərər görə 2000 manata yaxın vəsait xərcləmiş və olduqca ciddi mənəvi sarsıntı keçirmişdir. Bundan başqa cavabdeh qərəzli olaraq ona oğurluq törətməyinə dair böhtan da atmışdır. Belə ki, cavabdeh məhkəmənin ona təyin etdiyi əsassız yüngül cəzadan dərs alıb islah olmaq və ondan üzr istəmək əvəzinə, onun cinayət əməlindən şikayətçi olduğu üçün ondan heyif çıxmaqdan ötrü, 15 dekabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nə şikayət edib qərəzli olaraq ona böhtan atmış, yalan məlumatlarla əsaslandırdığı şikayətində guya ona məxsus dəmir boru və avtomobilinin kardanını oğurladığını bildirmişdir. Halbuki cavabdehin həmin şikayətində qeyd etdikləri tamamilə yalandır. O qabaqcadan bunu planlaşdırılmaqla ondan heyif çıxmaq istəsə də, bu planı baş tutmamışdır. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısının 25 dekabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla da cavabdehin şikayətində qeyd etdiklərinin tamamilə yalan olduğu bir daha öz təsdiqini tapmışdır. O, cavabdehin bu yalan məlumatlarla dolu şikayəti nəticəsində ağır xəstə vəziyyətdə polis şöbəsinə gedib vaxt itirmiş və bədənində onun cinayətinə görə aldığı xəsarətlər səbəbindən ağrılar ola-ola əlavə izahatlar vermək məcburiyyətində qalmışdır. Cavabdehin aldığı cəza onun islah olmasına kifayət etmir. O azadlıqda qalıb onun həyatını dözülməz həddə çatdırıb. Bütün qohumlarına və kənd sakinlərinə deyir ki, törətdiyi əməldən peşman deyil və heç vaxt da olmayacaq. Ondan şikayətçi olduğu üçün ona kin bəsləyir. Mütləq ondan əvəz çıxacağını hər yerdə səsləndirir. Cavabdehin əməllərinə görə hər gün mənəvi iztirablar yaşayır. İnanır ki, məhkəmə cavabdehin əməllərini, törətdiyi cinayətdən peşman olmamasını, aldığı cəzanın onun islah olunmasına kifayət etməməsinin təsdiqləndiyini, ona qərəzli olaraq böhtan ataraq oğru adlandırmasını nəzərə alacaq, cavabdehdən mənəvi ziyana görə pul məbləğinin ona ödənilməli olması nəticəsinə gələcəkdir.Tələbin əsası kimi istinad edilən fakt və halları təsdiq edən sübutları Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, l(049)-429/2022 saylı hökmü, ödəniş qəbzləri, xəstəlik sənədləri, Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı X2 25 dekabr 2022-ci il tarixli cinayət işinin başlanılmasmm rədd edilməsi haqqında qərarıdır. İddia tələbinin qanuni əsası aşağıdakılardır: Cavabdeh ona dəymiş ziyanı ödəməyib, törətdiyi əməldən peşman olmadığı və ondan üzr istəmədiyi, aldığı cəza ilə islah olmayaraq qərəzli şəkildə ona böhtan ataraq oğru adlandırdığı üçün onun əməlləri onun şüurunda mənfi reaksiyaya səbəb olmuş, cavabdehin hərəkətləri nəticəsində dözülməz mənəvi sarsıntı keçirmiş və iztirablar çəkmişdir. Məhkəmə cavabdehdən xeyrinə tutulacaq mənəvi zərərin məbləğini 13000 manat müəyyən etməli, belə bir nəticəyə gələrkən isə bilavasitə cavabdehin təqsiri üzündən keçirdiyi mənəvi, və fiziki iztirabların xarakterini, dərəcəsini, cavabdehin qəsdlə ifadə olunan təqsirini, onun əmlak vəziyyətini və sair işin vacib hallarını nəzərə almalıdır. Belə ki, işin mübahisə olunmayan hallarına görə, qanuni qüvvəyə minmiş Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (049)-429/2022 saylı hökmü ilə cavabdeh ona qarşı törətmiş olduğu cinayət əməlinə görə CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən olunub ki, onun bədəni üzərində sağ bazu oynağının toxumalarının yumşaq hematoması, boyun nahiyəsində sıyrıq, sağ kürək nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdir. Müayinədən bir gün əvvələ uyğun gəlir. Dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bundan başqa, Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısının 25 dekabr 2022-ci il tarixli cinayət işinin başlanılmasınm rədd edilməsi haqqında qərarla cavabdehin barəsində etdiyi şikayətdə qeyd olunanların böhtan olduğu öz təsdiqini tapmışdır. Göründüyü kimi, onun bilavasitə cavabdehin törətmiş olduğu cinayət hadisəsi nəticəsində xəsarət almağı, həmin cinayət hadisəsi nəticəsində və cavabdehin ona böhtan atması nəticəsində ona dəymiş mənəvi zərər arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə təsdiq edilir və işin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü və cinayət işinin başlanılmasınm rədd edilməsi haqqında qərarla da təsdiq olunur. Cavabdehin özü də bu faktı inkar etməmişdir. Bu baxımdan onun cavabdeh tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində xəsarət almağı və ona böhtan atmasının onun üçün ağır mənəvi məhrumiyyətlərə səbəb olması açıq-aşkardır. Beləliklə, cavabdehin təqsiri üzündən ona dəymiş mənəvi zərərin bütövlükdə 13000 manat məbləğində qiymətləndirilməsi onun keçirdiyi mənəvi və fiziki sarsıntı və iztirablar üçün ağlabatan kompensasiya hesab edilə bilər. Sadalanları nəzərə alaraq Cavabdeh maddi zərərə görə 2000 manat və mənəvi zərər görə 13000 manat olmaqla, cəmi 15000 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun xeyrimə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Əlavə olaraq məhkəməyə yazılı izahatını ünvanlayaraq izahatının onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi və vəkiii Vəkil Xudat oğlu məhkəməyə 06 aprel 2023-cü ii tarixli “iddiaya qarşı etiraz” təqdim etmişdir. Həmin etiraz MPM-nin tələblərinin pozulması ilə məhkəməyə təqdim edilmişdir. Belə ki, Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Cavabdehin nümayəndəsi tərəfindən isə etiraz Məcəllə ilə müəyyən edilmiş 20 gün müddət ötürülməklə verilmiş, eləcə də nümayəndə istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını məhkəməyə təqdim etməmişdir Daha sonra qeyd edir ki, onun sağlamlığına yüngül zərər vurulması faktı mənkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir. Cavabdehin nümayəndəsinin etirazda qeyd etdiyi xüsusatiar tamamilə özünü müdafiə xarakterlidir. Cavabdehin qəsdən yerdən götürdüyü daş parçası ilə onun kürək nahiyəmə zərbə vuraraq yerə yıxması nəticəsində sağ bazu oynağınıın yumşaq toxumalarının əzilməsi-hematoması, boyun nahiyəmdə sıyrıq, sağ kürək nahiyəsində qançırdan ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması nəticəsində necə ola bilər maddi və mənəvi zərər vurmasına, cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq həqiqətən hələ də islah olunmayıb. Həmçinin qeyd edir ki, cavabdeh tərəfindən onun sağlamlığına zərər vurulması faktı məhkəmə hökmü ilə təsdiq olunduğu üçün, sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün məhkəməyə təqdim etdiyi xəstəxana və dərman xərcləri barədə sənədlər yalnız əlavə sübutlardır. Məhkəməyə toqdim etdiyi xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli resept blankları, xx.xx.2022-ci il tarixli 80665 saylı qəbzdən, xx.xx.2022-ci il tarixli DR.Mirzə tərəfindən keçirilmiş müayinə arayışından, Aptek-505 MMC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən (31,22 AZN, 55 AZN), həmin aptekin xx.xx.2023-cü il tarixli qəbzindən (45,80 AZN), həmin aptekin xx.xx.2022-cı il tarixli qəbzlərindən (13,50 AZN, 54 AZN, 68 AZN), Rəvan aptekin xx.xx.2023-cü il tarixli qəbzlərindən (10,48AZN, 15,80 AZN), İstanbul NS Klinikası MMC-nin xx.xx.2022-ci il tarixli qəbzlərindən (70 AZN, 35 AZN) X1 şöbəsinin xəstənin ambulator çıxarışı, Lənkəran Rayon Mərkəzi X4 Şəxsinin xx.xx.2023cü il tarixli PHŞ-6-58/3-672/2023-CÜ il rarixli arayışı, Lənkəran rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 107 sayiı arayışlarından da görünür ki, cavabdehin cinayət əməlindən sonra sağlamlığının bərpası üçün əlavə xərclər çəkmişə və cinayət hadisəsindən sonra mənəvi, psixioioji sarsıntı keçirmişdir. Yəni sağlamlığının bərpası üçün çəkdiyi xərclərin hadisə nəticəsində yaranması ilə bağlı səbəbli əlaqə vardır. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmədə iddia etdi ki, sağlamlığının bərpası üçün çəkilmiş həmin xərclər guya şəkər xəstəliyi üçün olub. Halbuki cavabdehin nümayəndəsi bu dəlili ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, dəlillərini yalnız mülahizə xarakterli fikirlərlə əsaslandırmışdır. Onu da nəzərə almaq lazımdır ki, cavabdehin nümayəndəsi xüsusi biliyə malik mütəxəssis və ya həkim deyil ki, heç bir elmi və tibbi əsası olmadan hansısa xəstəliklə bağlı rəy versin. Bundan başqa cavabdehin nümayəndəsinin etirazının sonuncu abzasında qeyd edilmişdir ki, baş vermis oğurluq hadisəsi barədə dövlət orqanlarına şikayət etmək cavabdehin hüququ olmuşdur. Bu dəlillə bağlı qeyd edir ki, hər hansı dövlət orqanına şikayət etmək cavabdehin hüququ ola bilər. Lakin məhkəməyə təqdim etdiyi Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısının 25 dekabr 2022-ci il tarixli cinayət işinin başiamlmasının rədd edilməsi haqqında qərarla cavabdeh iddia etdiyi oğurluq faktı ilə bağlı şikayət ümumi xarakterli deyil, məhz onun barəsində olunmuşdur. Şikayətində ondan şübhələndiyini bildirmişdir. Şikayəti də əsassız olduğu üçün cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi burada da məhkəməni yanıltmağa çalışmış, cavabdehin mülki məsuliyyət daşımaması üçün belə bir əsassız dəlil irəli sürmüşdür. Onun bilavasitə cavabdehin törətmiş olduğu cinayət hadisəsi nəticəsində xəsarət almağı, həmin cinayət hadisəsi nəticəsində və ona böhtan atması nəticəsində ona dəymiş mənəvi zərər arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə təsdiq edilir və işin bu hallan qanuni qüvvəyə minmiş məhkəmə hökmü və cinayət işinin başlamlmasının rədd edilməsi haqqında qərarla da təsdiq olunur. Bu baxımdan onun cavabdeh tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində xəsarət almağı və ona böhtan atmasının onun üçün ağır mənəvi məhrumiyyətlərə səbəb olması açıq aşkardır. Məhkəmədə cavabdeh iddianı qəbul etməyib və məhkləməyə iddiaya qarşı yazılı etirazını təqdim edərək etirazını əsaslandırmışdır ki, Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, hökmü ilə o, iddiaçıya dərəcəsi təyin edilməyən yüngül xəsarət yetirdiyi üçün 09 ay müddətə azadlığın məhdudlaşdırılması səzasına məhkum edilmişdir. Göründüyü kimi iddiaçı baş vermiş dalaşma nəticəsində dərəcəsi təyin edilməyən yüngül xəsarət almışdır. İddiaçı iddia edir ki, səhətinə vurulmuş ziyanla əlaqədar olaraq o, 2000 manat xərc çəkmişdir. İki min manat xərcin nədə ifadə olunduğu barədə məhkəməyə aid olmayan, qeyri mötəbər sübutlar təqdim etmişdir. İddiaçı məhkəməyə Lənkəran rayon xəstəxanası tərəfindən verilmiş 04 oktyabr 2022-ci il tarixli xidmət çekini təqdim etmişdir. Həmin xidmət çekində qeyd olunur ki, iddiaçı həkim X3 yanında olmuş, xidmətin adı Qlükoza kəmiyyəti, qan (stripreagenl xaric) labaratoriya. Diaqnoz, qoyulmamışdır. Göründüyü kimi bu analizin baş vermiş hadisə ilə heç bir səbəbli əlaqəsi yoxdur. Həmin analiz hadisə baş verəndən 10 gün sonra verilmişdir. Daha sonra 03 oktyabr 2022-ci il tarixə və 07 oktyabr 2022-ci il tarixlərə yazılmış möhürsüz iki resept təqdim olunmuşdur ki, orada yazılmış dərmanlar tamamilə başqa xəstəliklərə aid olan dərmanlardır və alınmış xəsarətlə heç bir bağlılığı yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlər 08 oktyabr, 09 oktyabr, 10 oktyabr 2022-ci ilə, 12 iyul 2022-ci ilə aiddir, bir neçə qəbzin üzərində ümumiyyətlə tarix qeyd edilməmişdir. Sual olunur əgər hadisə 22 sentyabr 2022-ci il tarixdə baş veribsə 12 iyul 2022-ci ildə alınan dərmanların bu işə nə aidiyyatı var? Təqdim olunan reseptlər və ödənilən qəbzlər daha çox şəkər xəstəliyinə aiddir ki, bununda yetirilən xəsarətlə heç bir əlaqəsi yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar, aid olmayan, qeyri mötəbər və ziddiyyətli sübutlardır. Daha sonra iddia ərizəsində qeyd olunur ki, "cavabdehin aldığı cəza onun islah olunmasına kifayət etmir. O azadlıqda qalıb mənim həyatımı dözülməz həddə çatdırıb. Bütün qohumlarına və kənd sakinlərinə deyir ki, törətdiyi əməldən peşman deyil və heç vaxtda olmayacaq. Ondan şikayətçi olduğum üçün mənə kin bəsləyir. Mütləq məndən əvəz çıxacağını hər yerdə səsləndirir. Cavabdehin əməllərinə görə hər gün mənəvi iztirablar yaşayıram. İnanıram ki, məhkəmə cavabdehin əməllərini, törətdiyi cinayətdən peşiman olmamasını, aldığı cəzanın onun islah olunmasına kifayət etməməsinin təsdiqləndiyini, mənə qərəzli olaraq böhtan ataraq oğru adlandırmasını nəzərə alacaq, cavabdehin mənəvi ziyana görə pul məbləğinin mənə ödənilməli olması nəticəsinə gələcəkdir". Qeyd edir ki, onun həyətində baş vermiş oğruluq barədə dövlət orqanlarına şikayət etmək hüququ vardır. Bu işə görə də kimlərinsə izahat vermələri iztirab deyildir. Buna görə də iddiaçının buna görə cavabdehdən mənəvi ziyan tələb etməsi əsassızdır. Yuxarıda qeyd olunanları rəhbər tutaraq İddiaçı tərəfindən qaldırılmış, "maddi və mənəvi ziyan tələbi“ barədə iddiası əsassız olduğundan, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirlməyən hal ondan ibarətdir ki, işdə olan Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, l(049)-429/2022 saylı hökmündən görünür ki, cavabeh iddiaçının sağlamlılğına qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərər vurduğuna görə 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhklum olunmuşdur. MPM-nin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Hamıya bəllidir ki, şəxsin sağlamlığı hətta qısa müddətə pozulduğu halda, o, həmin pozuntunun aradan qaldırması üçün müxtəlif vasitələrdən istifadə edir, o cümlədən də, həkimə müraciət edir, dərman alır və onu qəbul edir və s. İddiaçı cavabdehin yuxarıda qeyd olunmuş hökmdə göstərilmiş qanunsuz hərəkətləri nəticəsində 2000 manat məbləğində zərərə düşdüyünü göstərsə də, bunu təsdiqləyən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, yuxarıda qeyd olunan MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddiasının əsası kimi iddia ərizəsinə bir sıra həkim reseptləri, aptek qəbzləri və s. əlavə etmişdir. Həmin resept, qəbz və s. sənədlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilk əvvəl həmin reseptlərin məhz cavabdehin cinayət əməli nəticəsində aldığı zərərə görə ona yazıldığını, həmin reseptlər əsasında məhz həmin dərmanları aldığını və aldığı dərmanlar onun tərəfindən qəbul edildiyini sübut etməliydi. Lakin iddiaçı, qeyd olunan resept, qəbz və sairlərinin cavabdehin cinayət əməli ilə səbəbli əlaqədə olmasına dair hər hansi bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Buna gör də məhkəmə hesab edir ki, onun 2000 manat maddi zərər tələbi təmin edilməməlidir. Məhkəmə iddiaçının 15000 manat mənəvi zərərin əvəzinin tələbi hissəsinə qiymət verərək qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1 maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-ci maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvesiya»-nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsinə ifadə edir. Göründüyü kimi, Qərarın 2-ci bəndinin mənasına görə şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirməsi vahid kontekstdə olmalı, yəni, şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Şəxsin öz hüquqlarının pozulmasına qarşı mənfi reaksiya formalarının (mənəvi sarsıntının və iztirabın) bir toplum şəklində mövcud olması, biri digərini tamamlaması mülki mübahisələrin baxılması zamanı «mənəvi zərərin» mövcud olması qənaətinə gəlməyə əsas verir. Plenumun Qərarında daha sonra mənəvi sarsıntının və iztirabın hüquqi anlayışı verilməklə göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüüründa müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yəni, zərərçəkmiş şəxsin mənəvi zərərə məruz qalmasının müəyyən edilməsi üçün, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, eyni zamanda, bu mənfi psixi reaksiya nəticəsində onun sağlamlığının pozulması, bunun nəticəsində sonuncunun fiziki əzab çəkməsi müəyyən edilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirabla məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərərçəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur». Məhkəmə hesab edir ki, mülki-hüquq məsuliyyəti dedikdə, məhkəmə tərəfindən hüquq pozucusuna münasibətdə zərərçəkmiş şəxsin xeyrinə əmlak sanksiyalarının tətbiqi ilə hüquq pozucusunun üzərinə sərfəli olmayan əmlak nəticələrinin qoyulması və zərərçəkmiş şəxsin əmlak hüquqlarının bərpası başa düşülür. Zərər mülki-hüquq məsuliyyətinin yaranmasının əsaslarından biridir. Mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçıya real zərərin vurulması, əldən çıxmış faydanın müəyyən edilməsi, həmçinin, onun fiziki və mənəvi sarsıntılar keçirməsi sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Məhkəmə prosesi zamanı iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini, xəstəxanada müalicə almasını, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim etməmiş, o, iddia ərizəsində qeyd etdiyi dəlillərini məhkəmə iclasında əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə görə 15000 manat hissəsində təmin edilməməlidir. Cavabdehin cinayət əməli nəticəsində olduqca ciddi mənəvi sarsıntı keçirməsi, 15 dekabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nə şikayət edib qərəzli olaraq ona böhtan atması, cavabdehin bu yalan məlumatlarla dolu şikayəti nəticəsində ağır xəstə vəziyyətdə düşməsi, Lənkəran rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 107 saylı arayışı ilə cavabdehin cinayət əməlindən sonra sağlamlığının bərpası üçün əlavə xərclər çəkməsi, cinayət hadisəsindən sonra mənəvi, psixioioji sarsıntı keçirməsi, sağlamlığının bərpası üçün çəkdiyi xərclərin hadisə nəticəsində yaranması ilə bağlı səbəbli əlaqə olması barədə iddiaçının göstərdiyinə qiymət verərək məhkəmə qeyd edir ki, yuxaqrıda qeyd olundu ki, iddiaçı cinayət əməli nəticəsində ciddi mənəvi sarsıntı keçirməsini, ağır xəstə vəziyyətdə düşməsini, cinayət hadisəsindən sonra mənəvi, psixioioji sarsıntı keçirməsini, sağlamlığının bərpası üçün çəkdiyi xərclərin hadisə nəticəsində yaranması ilə bağlı səbəbli əlaqə olmasını sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehin ona böhtan ataraq ondan polis şöbəsinə şikayət etdiyini göstərsə də, bu hal öz əksini iş materiallarında tapmamışdır. Cavabdeh oğurluq barədə polis şöbəsinə məlumat verərək oğurluqda iddiaçıdan şübhələndiyini bildirmişdir. Bu hal isə böhtan atmaq hesab edilmir. Çünki, şikayət edən bilavasitə oğurluğun iddiaçı tərəfindən törədildiyini göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı cinayət əməli və böhtan atılması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi təqdim edildiyi andan bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar