Məhkəmə qərarları › İş №2(049)-863/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-863/2023

23.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-863/2023 23.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, İddiaçı cavabdehlər: Cavabdeh1 Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2175 manat dəymiş ziyana dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Cavabdeh2 2175 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “holştinq-friz” cinsli damazlıq mənşəli iri buynuzlu heyvanların saxlanması və ailə kəndli təsərrüfatının heyvandarlıq sahəsi ilə məşğul oluruq.Təsərrüfatımızın mülkiyyətində ümumi istifadədə heyvanların yemlə təmin olunması məqsədilə örüş otlaq sahəsi mövcudur. Otlaq və örüş sahəsinin qonşuluğunda sərhəddə olan otlaq sahəsi cavabdeh Liman şəhər sakinləri Cavabdeh2, X2rına məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 11-00 radələrində bir neçə iribuynuzlu heyvanlar qonşu otlaq sahəsinə keçmişlər. Bunu görən cavabdeh Anar, Kamal qardaşları istifadələrində olan Belarus markalı traktoruna qoşulmuş ot biçən aqreqatlla işlək vəziyyətdə istifadə edərək düşünülmüş şəkildə, nəticəsini qabaqcadan görərək, bilərək ona məxsus '‘holştinq-friz cinsli heyvanın ön və arxa ayaqlarını ot biçənin iti bıçaqları ilə kəsərək heyvana ağır xəsarət yetirmişlər. Nəticədə heyvanın qabaq ayağının dizdən aşağı hissəsi aqreqatın iti bıçağı ilə heyvanın damarları kəsilmiş və dərin yara əmələ gəlmişdir. Arxa ayağının daban hissəsi aqreqatın tiyələri ilə dərindən kəsilərək sallaq vəziyyətə düşmüşdür. Heyvan hərəkət etmək qabliyyətini tamamilə itirmişdir. Lənkəran Baytarlıq idarəsindən mütəxəssis dəvət olunmuş, baytar həkim Cəbi Şərəliyevin verdiyi rəyə görə bir baş “ Holiştinq-friz” cinsli inək heyvanı ot biçən traktorun aqreqatı ilə xəsarət yetirilməsi faktını təsdiq etmiş, gələcəkdə damazlıq üçün saxlanmağın qeyri- mümkün olduğunu heyvanın yaşaması üçün külli miqdarda müalicə vəsaitinin tələb olunduğunu heyvanın təqribi qiymətinin 2500-3000 manat civarında olmasını rəyində qeyd etmişdir. Hadisə baş verən zaman orada olan X1, Anar qardaşlarına heyvanlara qarşı vəhşi hərəkətləri qınanmış, onlara irad tutmasına baxmayaraq qardaşlar öz qanunsuz həkətlərini davam etdirməklə əcəb etdiyini bildirmişdir. Bu barədə polis orqanlarına müaciət olunmuş təhqiqat aparılmışdır. Hadısə törədən Kamal, Anar qardaşları ona dəymiş ziyanın ödənilməsindən yayınırlar. Azərbaycan Reepublikası Mülki Məcəllənin 1097 maddəsinə əsasən cavabdeh mülkiyyətimdə olan iribuynuzlu xüsusi cinsli “holştinq-friz” heyvana texniki vasitədən istifadə edərək ağır xəsarət yetirməsi nəticəsində vurduğu ziyanın əvəzini tam şəkildə ödəməyə borcludur. Yararsız vəziyyətə düşmüş xüsusi cinsli “holştinq-friz”heyvanın bazar qiyməti 2500- 3000 manat təşkil edir. Daha sonra İddiaçı iddianın həcmini azaldaraq dəymiş ziyanı 2175 manat məbləğində təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı idda tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh1 və Cavabdeh2 bir dəfə də olsun onun yanına gəlməmiş, üzrxahlıq etməmiş, vurulmuş ziyana görə hər hansı söhbət etməmişlər. Həmin heyvanın qiyməti 2500 manat təşkil edir, lakin heyvan tələf olmasın deyə daha sonra həmin heyvanı ətlik kimi 325 manata satmışdır, buna görə də iddia həcmini azaltmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya məxsus heyvanlar dəfələrlə ona məxsus əraziyə girmiş, bu barədə iddiaçıy, habelə digər heyvan sahiblərinə xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixdə saat 11.00-da yenidən heyvanların ona məxsus əraziyə keçməsini görmüşdür. O, həmin vaxt kombayn idarə etmişdir, lakin qəsdən heç bir heyvanı vurmamışdır. Təsadüfən həmin heyvan kombayna ilişmişdir. Bundan sonra heyvanın kimə məxsus olması ilə maraqlanmamışdır. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya məxsus heyvanlar dəfələrlə ona məxsus əraziyə girmiş, bu barədə iddiaçıya, habelə digər heyvan sahiblərinə xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixdə saat 11.00-da yenidən heyvanların ona məxsus əraziyə keçməsini görmüşdür. Qardaşı Anar həmin vaxt kombayn idarə etmişdir, lakin qəsdən heç bir heyvanı vurmamışdır. Təsadüfən həmin heyvan kombayna ilişmişdir. Bundan sonra heyvanın kimə məxsus olması ilə maraqlanmamışlar. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 13 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin qərarından görünür ki, X3 İddiaçı və X6 ərizəsi üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və İddiaçı, X9 oğluna dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Cavabdeh2 barəsində Azərbaycan respublikasının İXM-nin 157-ci maddəsi ilə X4 barəsində 274-cü maddəsi ilə tədbir görülməsindən ötrü Liman polis bölməsinə göndərilməsi alımnmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 2 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, bir baş iri-buynuzlu xüsusi cinsli “holştinq-friz” heyvan damazlıq əhəmiyyətini itirdiyi üçün 325 manata satılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 27 avqust 2022-ci il tarixli rəydən görünür ki, bir baş iri-buynuzlu xüsusi cinsli “holştinq-friz” heyvanın bazar qiyməti 2500 manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış 24 fevral 2023-cü il traixli, 12-22/232 nömrəli arayışdan görünür ki, İddiaçı Lənkəran rayonu, Boladi kəndində heyvanbdarlıqla məşğuldur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış şəhadətnamədən görünür ki, İddiaçı vergi ödəyicisidir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1097-ci maddəsi hesab edilməlidir. Belə ki, MM-nin 1097-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Hazırkı işin hallarından da görünür ki, iddiaçıya məxsus əmlakına (hazırkı halda iri buynuzlu heyvan) cavabdehin hərəkəti nəticəsində zərər vurulmuşdur. Həmin hal iddiaçının təqdim etdiyi sübutlarıa təsdiq olunduğu kimi, cavabdehlərin də izahaatları ilə tam təsdiqinmi tapır. Belə ki, hər iki cavabdeh məhkəmə iclasında iddiaçıya məxsus heyvanın cavabdehlərə məxsus ot biçənlə vurulması nəticəsində yarasız hala düşməsini göstərmişlər. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, cavabdehlərin iddia qəbul eetməməsini, lakin mahiyuyət etibarı ilə iddianın etiraf etmə yönündə izahatlarını və həmin etirafin mülki iş üzrə məhkəmədə müəyyən olunan hallarla təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2175 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar