Məhkəmə qərarları › İş №2(049)-864/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-864/2023

14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-864/2023 14.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh1 və Cavabdeh2 sonuncunun nümayəndəsi və vəkili Nümayəndə2 Balacan oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulan ziyanın məbləğini 1.875 manat hesab edilməsi və ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi tələbini onunla əsaslandırmışdır ki, «holştinq-friz» cinsli damazlıq mənşəli iri buynuzlu heyvanların saxlanması və ailə kəndli təsərrüfatının heyvandarlıq sahəsi ilə məşğul olurlar. Təsərrüfatlarının mülkiyyətlərində ümumi istifadədə heyvanların yemlə təmin olunması məqsədilə örüş otlaq sahəsi mövcuddur. Otlaq və örüş sahəsinin qonşuluğunda sərhəddə olan otlaq sahəsi cavabdeh Liman şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 məxsusdur. xx.xx.2022-ci il tarixdə saat 11-00 radələrində bir neçə iribuynuzlu heyvanlar qonşu otlaq sahəsinə keçmişlər. Bunu görə cavabdeh Anar, Kamal qardaşaları istifadələrində olan Belarus markalı traktoruna qoyulmuş ot biçən aqreqatla işlək vəziyyətdə istifadə edərək düşünülmüş şəkildə, nəticəsini qabaqcadan görərək və bilərək ona məxsus holştinq-friz cinsli heyvanın ön və arxa ayaqlarını ot biçənin iti bıçaqları kəsək heyvana ağır xəsarət yetirmişlər. Nəticədə heyvanın qabaq ayağının dizdən aşağı hissəsi iti bıçağı ilə damarları kəsilmiş və dərin yara əmələ gəlmişdir. Arxa ayağının daban hissəsi aqreqatın tiyələri ilə dərindən kəsilərək sallaq vəziyyətə düşmüşdür. Heyvan hərəkət etmək qabliyyətini tamamilə itirmişdir. Hadisə baş verən zaman orada olan X2, Anar qardaşlarına heyvanlara qarşı vəhşi hərəkətləri qınamış onlara irad tutmasına baxmayaraq qardaşlar öz qanunsuz hərəkətlərini davam etdirməklə əcəb etdiyini bildirmişdir. Bu barədə polis orqanlarına mücaiət olunmuş təhqiqat aparılmışdır. Hadisəni törədən Kamal, Anar qardaşları ona dəymiş ziyanın ödənilməsindən yayınırlar. Azərbaycan Respublikası MM-nin 1097 maddəsinə əsasən cavabdeh mülkiyyətində olan iri-buynuzlu xüsusi cinsli «holştinq-friz» heyvana texniki vasitədən istifadə edərək ağır xəsarət yetirməsi nəticəsində vurduğu ziyanın əvəzini tam şəkildə ödəməyə borcludur. Yararsız vəziyyətə düşmüş xüsusi cinsli «holştinq-friz» heyvanın bazar qiyməti 2.100 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyib bildirmişdir ki, onun tərəfindən İddiaçı məxsus heyvanlara heç bir xəsarət yetirilməmişdir. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarda onun adından yazılan izahatlar yalandır və o həmin qərardan şikayət vermişdir. Dəfərlərlə İddiaçı məxsus iri buynuzlu mal-qara onların istifadəsində olan torpaq sahəsinə daxil olmuş və becədikləri bitkiləri yeyib tələb etmişlər. Qabilin heyvanları tərəfindən də onlara xeyli ziyan vurulmuşdur. Onlarda bununla bağlı məhkəməyə müraciət edəcəklər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmiş, digər Cavabdeh2 izahatına uyğun eyni məzmunlu izahat vermişlər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyib, iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 tərəfindən iddiaçıya məxsus mal qaraya heç bir ziyan vurulmamışdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 sentyabr 2022-ci il tarixli qərarda yazılanlar yalan və böhtandan ibarətdir. Buna görə də onlar həmin qərardan şikayət vermişlər. Bundan başqa X5 rəy verməsi qanunsuz olmuşdur. Belə ki, o baytar həkim kimi fəaliyyət göstərməmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs X4, İddiaçı və İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti X16 və İddiaçı göndərilməklə onlara dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmiş, Cavabdeh1 barəsində İXM-nin 157-ci maddəsi, Cavabdeh2 barəsində isə İXM-nin 274-cü maddəsi ilə tədbir görülməsi üçün Liman PB-nə göndərilmişdir. Təqdim edilmiş şikayətdən görünür ki, X1 ŞRPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan Lənkəran rayon prokurorluğuna şikayət etmişdir. Lənkəran rayon prokurorluğunun məhkəmə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, qərarın ləğv edilməsi üçün kifayət qədər əsas olmadığından cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar öz qüvvəsində saxlanılmışdır. Qeyd olunan qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki; 27 avqust 2022-ci il tarixdə saat 10:11-də Lənkəran rayonu Liman şəhərində yaşayan X6 DİN-nin 102 xidmətinə zəng edərək Anar adlı şəxsin onu döyməsi barədə məlumat vermişdir. 27 avqust 2022-ci ıl tarixdə saat 11:31-də Lənkəran rayonu Liman ərazisindən Nümayəndə1 DİN-nin 102 xidmətinə zəng edərək Kamal adlı şəxsin idarə etdiyi traktorla sakinlərin heyvanlarının üzərinə sürərək heyvanlara ziyan vurmasını bildirmişdir. 27 avqust 2022-ci il tarixdə saat 11:38-də Lənkəran rayonu Boladi kənd sakini X16 DİN-nin 102 xidmətinə zəng edərək Kamal adlı şəxsin idarə etdiyi traktorla onun heyvanlarının üzərinə sürərək heyvanlara ziyan vurmasını bildirmişdir. 27 avqust 2022-cı il tarixdə Lənkəran rayonu Boladı kəndində yaşayan X6 ərizə ilə Liman PB-nə müraciət edərək göstərmişdir kı. xx.xx.2022-cı ıl tarixdə saat 11 radələrində Liman şəhərində olan otlaq sahəsində Cavabdeh2 və qardaşı Cavabdeh1 onu döyüb xəsarət yetirmişdir. Xahiş etmişdir ki, bu barədə tədbir görülsün. 28 avqust 2022-ci ıl tarixoə Lənkəran rayonu Boladı kəndində yaşayan X17 ərizə ilə Liman PB-nə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Liman şəhər ərazisində Cavabdeh2 və qardaşı Cavabdeh1 otlaq sahəsində Belarus traktoruna qoşulmuş otbiçən qurğu ilə ona məxsus 1 baş inəyinə vəhşicəsinə ağır xəsarət yetirərək qəsdən onun əmlakına ziyan vurmuşlar. Xahiş etmişdir ki, bu barədə tədbir görülsün. 28 avqust 2022-ci il tarixdə Lənkəran rayonu Boladi kəndində yaşayan İddiaçı Əiı oğlu ərizə ilə Liman PB-nə müraciət edərək göstərmişdir ki xx.xx.2022-ci ıl tarixdə saat 10 radələrində Liman şəhər ərazisində otlaq sahəsində Cavabdeh2 və qardaşı Cavabdeh1 otlaq sahəsində Belarus traktoruna qoşulmuş otbiçən qurğu ilə ona məxsus 1 baş inəyinə vəhşicəsinə ağır xəsarət yetirərək qəsdən onun əmlakına ziyan vurmuşlar. Xahiş etmişdir kı. bu barədə tədbir görülsün. İzahatı alınmış X6 göstərmişdir kı Lənkəran rayonu Boladi kəndində Höccətin fermasında çoban işləyir. xx.xx.2022-ci il tarixdə fermanın inəklərini otlaq sahəsinə aparmış və özü fermaya qayıtmışdır Saat 10 radələrində fermanın sahibi Höccət ona zəng edərək inəklərin Liman şəhər ərazisində Kamal və Anar adlı şəxslərin sahəsinə girdəni biloirmiş və Höccətın maşını ilə həmin sahəyə getmişdir. Höccət maşını yolda saxlayaraq ona gedib inəkləri çıxarmağını, özü də gələcəyini demişdir.O sahəyə çatanda Anar.n ot biçən traktorla inəkləri qovduğunu görmüşdür. Həmin vaxt onu görən Kamal üstünə gəlib əlindəki ağac parçası ilə onun ayaqlarına və belinə vurmuşdur. Sonra Anar traktordan düşüb başından yumruqla vurmuş, ona gedib Höccəti çağırmağını demişdir. O da gedib Höccətə baş verənləri danışmışdır. Həmin vaxt Höccət onlara “dilsiz heyvanları niyə traktorla doğrayırsız" sözünü demiş, onlar da yaxşı elədiklərini demişlər. Sonra da onlar inəkləri sahədən çıxarmış, orda ıkı baş inək qalsa da,onları da birtəhər sürüb aparmışdır. Sonradan bilmişdir ki, həmin inəklərdən biri Habilin, digəri isə Qabilin olub. İzahatı alınmış X16 göstərmişdir ki, Lənkəran rayonu Boladi kəndiridə fərdi sahibkarlıqla məşğul olur və təsərrüfatında 50 (əlli) yaxın irili-xırdalı iriboynuzlu mal-qara saxlayır. Həmin heyvanları özünə məxsus otlaq sahəsində və kəndin ümumi istifadəsində olan örüş sahəsinə buraxır. xx.xx.2022-ci il tarixdə heyvanları onun sahəsi ilə sərhəddə olan Kamal və Anar adlı şəxslərin sahəsinə girmişdir. Həmin vaxt onun çobanı ona zəng edib Anar və Kamal adlı şəxslərin Belarus markalı traktoruna qoşulmuş ot biçən aqreqatla mal-qaranı qovduğunu, heyvanın ön və orta ayaqlarını ot biçənin iti bıçaqları ilə kəsərək heyvana ağır xəsarət yetirdiyini demişdir. Anar və Kamal qardaşları ot biçən aqreqatı işlək vəziyyətə salıb mal-qaranı qovmuşdur. Nəticədə heyvanın qabaq ayağının dizdən aşağı hissəsi iti bıçağı ilə damarları kəsilmiş və dərin yara əmələ gəlmişdir. Arxa ayağının daban hissəsi sözügedən aqreqatın tiyələri ilə dərin kəsilərək sallaq vəziyyətə düşmüşdür Hazırda heyvan tövlə şəraitində müalicə olunur. Heyvanların gələcəkdə əmtəəlik və damazlıq üçün istifadə edilməsi mümkünsüzdür. Lənkəran rayon Baytarlıq idarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydə ona 2500 (iki min beş yüz) manat dəyərində ziyanın dəyilməsi təsdiq olunmuşdur. Bundan əvvəl onlar inəklərin sahələrinə girib onlara ziyan vurması barədə xəbərdarlıq etməmişlər. Mal-qaraya baxan çoban X14 mal-qaraya xəsarət yetirmiş Kamal adlı şəxsə zəng edərək mal-qaraya xəsarət yetirməsinin səbəbini soruşduqda o mal-qaranı özü o hala saldığını təsdiq etməklə yaxşı etdiyini demişdir. Eyni zamanda həmkəndlisi X10 həmin ərəfədə mallara xəsarət yetirilən yerdə olmuş, traktoru idarə edən qardaşlara dilsiz heyvanlara qarşı törətdiyi vəhşi və qəddar hərəkətə görə nə cavab verəcəyini soruşduqda əcəb etdiyini, lazım gəlsə hamısına cavab verəcəyini demişdir. Lənkəran rayonu Boladi kənd sakini X11 məxsus heyvanın aldığı xəsarətlərin müəyyən edilib rəy verilməsindən ötrü Lənkəran Baytarlıq idarəsindən mütəxəssis dəvət olunmuş və baytar həkimi Cəbi Şirəliyevin verdiyi rəydə göstərilmişdir ki, 1 baş “ holştinqfriz cinsli” inək heyvanı ot biçən traktorun aqreqatı ilə qabaq və arxa ayağının dizdən aşağı iti tilə ilə doğranmış, heyvanın kəsilmiş hər iki yarası dərindir heyvan ayaq üstə qala bilmir sağalma ehtimalı yoxdur, heyvandan gələcəkdə ətlik və damazlıq məqsədi ilə istifadə etmək mümkün deyil. Heyvanın arxa ayağında daban topuğdan ayrılmışdır. Heyvan tam yararsız hala düşmüşdür. Cinsi “Holştinq” olmasını nəzərə alsaq diri çəksı 500 kq-ma yaxındır. Hazırki orta bazar qiyməti 2500-3000 manat təşkil edir. İzahatı alınmış İddiaçı göstərmişdir ki Lənkəran rayonu Boladi kəndində fərdi sahibkarlıqla məşğul olur və təsərrüfatında 60(altmış) baş irili-xırdalı iriboynuzlu mal-qara saxlayır. Həmin heyvanların 25 başını öz torpaq sahəsinə buraxır. xx.xx.2022-ci il tarixdə çobanı İsmayılov Zamin ona heyvanların Liman şəhər sakinləri Karra ra Anar adi şəxslərin traktora qoşulmuş ot biçən aqreqatla bir baş inəyə ağır xəsarət yetirtdiyini demişdir. Həmin heyvanın beş nahıyyəsi otbiçənin iti tiləsi heyvanın bud nahiyyəsini qarın tərəfdən doğrayaraq ağır xəsarət yetirmişdir. Bundan əlavə arxa tərəfdən boğaz nahiyyəsi həmin alətlə doğranmışdır. Hazırda həmin heyvan qida qəbul etmir, ayağa dura bilmir, damazlığa yararlığını itirmişdir.Hazırda ona 2100 AZN dəyərində ziyan dəymişdir. Lənkəran rayonu Boladi kənd sakini İddiaçı məxsus heyvanın aldığı xəsarətlərin müəyyən edilib rəy verilməsindən ötrü Lənkəran Baytarlıq idarəsindən mütəxəssis dəvət olunmuş və baytar həkimi Cəbi Şirəliyevin verdiyi rəyə görə 1 baş “holştınq-friz cinsli” inək heyvanı ot biçən traktorun aqreqatı ilə ön və arxa ayağının dizdən aşağı, ayağın bud və yelin ətrafı tam şəkildə doğrandığı, heyvanın quyruğu və çanaq sümüyünün pis halda kəsildiyi, gələcəkdə damazlıq üçün saxlamağın qeyri-mümkün olduğunu, heyvanın yaşaması üçün küllü miqdarda müalicə vəsaiti tələb olunduğu, heyvanın təqribi qiymətinin 2100 manat təşkil edildiyi göstərmişdir. İzahatı alınmış Cavabdeh1 göstərmişdir ki, onun Liman şəhər ərazisində torpaq sahəsi vardır və hər il ordan ot biçməklə heyvanları üçün tədarük etmişdir.Lakin son 2-3 gündə Boladi kənd sakinlərinin inək heyvanları kanal içi keçib onun torpaq sahəsinə girmişlər. Bu barədə heyvan sahibi Höccətə demiş, ona otunu biçmək uçun 10 gün vaxt verməyini, heyvanların yanında adam saxlamağını desə də, ona əhəmiyyət verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrındə qardaşı Anar ona zəng edərək sahədə inək heyvanlarının olduğunu dediyindən ora getmişdir.Qardaşı ot biçən traktorla o da ağac paya ilə inəkləri qovub sahədən çıxarmağa başlamış, bu zaman Höccətin çobanı Ziyafət adlı şəxs mal-qarasını aparmağa gəlmişdir.O da Ziyafətdən niyə inəklərinə nəzarət etmədiyini soruşduqda o da inəklərin onun olmadığını demişdir. Bu zəmində aralarında olan söhbət zamanı mübahisə yaranmış,o da əsəbləşdiyindən ağac parçası ilə Ziyafətin ayaq və bel nahiyyəsindən bir neçə dəfə vurmuş, qardaşı Anar onları ayırmışdır Qardaşı Anar ot biçən traktorla ot biçən zaman inəklər ot biçənin qabağına keçdiyindən xəsarət almışlar. İzahatı alınmış X8 göstərmişdir ki. fərdi təsərrüfatında 30 baş irili-xırdalı inək heyvanları saxlayır. Həmin heyvanları kənd ərazisində özünə məxsus olan otlaq sahəsinə buraxır. Liman şəhər sakinləri Anar və Kamal qardaşlarının otlaq sahələri də onun sahəsi ilə sərhəddədir xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Kamal ona zəng edib inəklərinin onun otlaq sahəsinə girdiyini demişdir. O da çobanı Ziyaya zəng edib inəklərin harda olduğunu soruşmuş, Zoya da inəkləri sahəyə buraxdığını və yemək yemək üçün gəldiyini demişdir. O Ziyanı götürüb inəkləri çıxarmaq üçün aparmış, ora çatanda maşını saxlayıb Ziyanı sahəyə göndərmişdir. Təqribən 10 dəqiqədən sonra Ziya axsaya- axsaya yanına gəlmiş, Anar və Kamalın onu döydüklərini, onların yanına getməməyini, onu da döyəcəklərini demişdir. O isə Ziyanı maşına mindirib hadisə yerinə getmiş, Kamal da ona inəkləri onun sahəsinə buraxmamağı barədə ona xəbərdarlıq etdiyini demişdir. O da bu barədə çobana dediyini söyləmişdir. Həmin yerdə Habilə məxsus bır baş və Qabilə məxsus bir baş inək heyvanının ot biçənin tiyəsi ilə doğrandığını, inəklərdən qan axdığını görmüşdür. Bu zaman Anara heyvanları niyə doğradığını, onların dilsiz olduğunu demişdir. Anar da ona özü elədiyini, yaxşı etdiyini, tez çıxarmayacağı halda hamısını doğrayacağını demişdir Burdan sonra o və Ziya inəkləri sahədən çıxarıb aparmışlar. İzahatı alınmış Cavabdeh2 göstərmişdir ki, onun Liman şəhər ərazisində torpaq sahəsi vardır və hər il ordan ot biçməklə heyvanları üçün tədarük edmişdir. xx.xx.2022-ci il tarixdə saat 06 radələrində otlaq sahəsinə gedəndə orda 68 baş inək heyvanlarının olduğunu görmüş, qardaşı Kamala zəng edib bu barədə deməklə inəkləri çıxarmaq üçün gəlib ona köməklik etməsini xahiş etmişdir. Kamal da ona malların sahibinin telefon nömrəsini verəcəyini, ona zəng edib bu barədə söyləməyini demişdir. O da inəklərin sahibinə zəng edib gəlib inəkləri çıxarmasını xahiş etmişdir. Həmin şəxs ona 10 dəqiqəyə gələcəyini desə də, bir saat müddətində gəlmədiyindən yenidən Kamala zəng edib gəlib inəkləri çıxarmağını, otu biçəcəyini demişdir. Saat 10 radələrində Kamal gəlmiş və onunla birlikdə inəkləri sahədən çıxarmışlar. Onlar malları sürən zaman inəklər hürküb ot biçən traktorun otu kəsən tiləsinə dəydiklərindən xəsarət almışlar. Həmin vaxt ora inəklərin sahibi və çoban gəlmiş, inəkləri sahədən çıxarıb aparmışlar. Həmin vaxt o çobanla nəzarət etməməyə görə sözlə mübahisə etsə də, onu döyməmişdir O hər il həmin sahədən 2500 bağlama ot götürsə də, bu il cəmi 554 bağlama ot götürmüşdür, inəkləri sahədən çıxaran zaman qəsdən onları ot biçənlə doğramamışdır. Lənkəran rayonu Boladi kənd sakini İddiaçı və X11 məxsus inəklərin aldığı xəsarətlərin nəticəsində damazlığa yararlı olmadığına görə Lənkəran Baytarlıq idarəsindən mütəxəssis baytar həkimi Cəbi Şirəliyevin verdiyi xx.xx.2022-ci il tarixli rəydə göstərilmişdir kı, X11 məxsus holştinq- friz cinsli inək heyvanı 325 manata, İddiaçı məxsus holştinq-friz cinsli inək isə 225 manata satılmışdır. Material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Lənkəran MTE və PA zona mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 832 nömrəli tibbi rəydə göstərilmişdir ki, X4 bədəni üzərində - döş qəfəsi nahiyyəsındə qançırlar aşkar edilmişdir,Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,müddəti müayinədən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası CM-nin 186 ,1-ci maddəsinin şərhinə görə özgə əmlakına qəsdən ziyan vurma və ya məhv etmə zamanı zərçəkmiş şəxsin əmlakına dəymiş ziyanın məbləği 5000 manatdan yuxarı məbləğdə olmalıdır. Görüdüyü kimi Cavabdeh2 Habil ismaylıova 2175 manat, İddiaçı isə 1785 manat olmaqla ümumilikdə isə onlara 3960 manat dəyərində maddi ziyan vurmuşdur. Qanunun bu göstərişinə əsasən Cavabdeh2 əməli CM-nin 186.1 ,-ci maddi ilə tövsif edilə bilməz. Beləliklə aparılmış təhqiqatla müəyyən edilmişdir ki, 27 avqust 2022-ci il tarixdə saat 11 radələrində Lənkəran rayonu Boladı kəndində yaşayan Cavabdeh1 ilə həmin kənddə yaşayan çoban X6 arasında sonuncunun nəzarət etdiyi məki heyvanlarının Cavabdeh1 otlaq sahəsinə girməsi səbəbindən şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı Cavabdeh1 Ziyafəti döyərək ona - döş qəfəsi nahiyyəsində qançırlardan ibarət dərəcələri təyin edilməyən və sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Həmçinin həmin münaqişə zamanı Cavabdeh1 qardaşı Cavabdeh2 otlaq sahəsinə girən İddiaçı və X11 məxsus inək heyvanlarını sürdüyü traktorla sahədə traktora bağladığı ot biçən qurğu ilə qəsdən vuraraq bədənlərinə müxtəlif dərəcəli xəsarət yetirməklə tələf etmişdir. Bununla da Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 274-cü maddəsində nəzərdə tutulmuş “heyvanlarla rəhimsiz rəftar etmə” inzibatı xəta əməli törətmişdir. Həmçinin Cavabdeh2 eyni əməllə X11 2175 manat, İddiaçı isə 1785 manat dəyərində maddi ziyan vurmuşdur. Odur ki, X4. X7 və İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməlili, qərarın surəti şikayətçilərə və Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə və Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 274-cü maddəsi ilə tədbir görülməsindən ötrü Liman PB-nə göndərilməlidir. X13 və Qabil İsmaylova dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Baytarlıq xidməti göstərən X5 xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 27 avqust 2022-ci il tarixində Boladı kənd sakini İddiaçı təsərrufatında olub ona məxsus 1 baş iri buynuzlu, ala qara, cinsi holiştinq olan heyvana baytarlıq baxışı keçirilmiş, baxış zamanı müəyyən olundu ki, təsərrüfat sahibinin dediyinə görə Liman şəhər sakinləri Anar və Cavabdeh1 qardaşları tərəfindən Belarus traktoruna qoşulmuş ot biçən aqreqatla heyvanın qabaq və arxa ayaqları dizdən aşağı iti tilə ilə doğranmışdır. Heyvanın kəsilmiş hər iki ayağında damarlar kəsilmiş, hər iki yara dərindir. Heyvan ayaq üstə dura bilmir. Sağalma ehtimalı yoxdur. Heyvandan gələcəkdə əmtəəlik damazlıq məqsədilə istifadə etmək mümkün deyil. Heyvanın arxa ayağında dabanı topuğundan ayrılmışdır. Heyvan tam yararsız hala düşmüşdür. Cinsi holiştinq olmasını nəzərə alaraq dirisi çəkisi 500 kqma yaxındır. Gündəlik süd vermə qabiliyyəti 20 litrə qədərdir. Orta bazar qiyməti 2500- 3000 civarındadır. Baytarlıq xidməti göstərən X5 xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, xx.xx.2022ci il tarixində Boladi kənd sakinləri İddiaçı məxsus 1 baş qara-ala Holiştinq cinsli inəklər 27 avqust 2022-ci il tarixində Liman şəhər sakinləri Anar və Cavabdeh1 qardaşları tərəfindən Belarus markalı traktorla qoşulmuş kəsici doğrayıcı ot biçən aqreqatla heyvana yetirmiş ağır dərin yara xəsarətlərinə baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, sözgedən aqriqatla ağır xəsarət almış heyvana göstərilən baytarlıq müalicə xidmətləri səmərə verməmiş, heyvan aldığı xəsarətdən bu müddət ərzində qida qəbul etməmişdir. Mövcud qurumları mənfiyə doğru getmişdir. Gələcəkdə bu heyvan normal yaşamaları və damazlıq istifadəsi qeyri mümkündür və yararlıq əhəmiyyətini itirmişdir. Odur ki, sözügedən heyvanı çıxdaş ediləcək. Ətlik məqsədi ilə satılmasını məqsədə müvafiq sayır. Heyvan xəsarət aldığı müddətdə qidalanma bilmədiyi üçün xeyli miqdarda çəki itirmişdir. Bu səbəbdən heyvan gələcəkdə saxlanılması məqsədə müvafiq hesab edilmir. xx.xx.2022-ci il tarixli mal qaranın dəyərləndirilməsi barədə arayışdan görünür ki, 27 avqust 2022-ci il tarixində Boladi kənd sakinləri İsmayılov Habil və Qabil Əli oğullarının ailə təsərrüfatına məxsus 2 baş Holiştin-cinsli damazlıq məqsədi ilə saxlanılan 2 baş qara ala inəkləri Liman şəhər sakinləri Orxan və Kamal qardaş oğulları tərəfindən Belarus markalı traktra qoşulmuş otbiçən aqriqatla ağır xəsarət yetirdiyindən mal qaranın təsərrüfatlıqı tamamilə itirmişdir. Hiliştim cinsinə məxsus inək damazlıq məqsədilə saxlanılır və 20-30 litr gündəlik süd vermək qabiliyətinə malikdir. Hər iki inəyin xüsusi cinsə malik olmaları nəzərə alaraq mövcud bazar qiymətləri hər iki inək üçün bir yerdə 5300-5500 Azn dəyrində qiymətləndirilir. xx.xx.2022-ci il tarixli Masallı rayon Şatıroba kənd sakini qəssab Məmmədov Rəşad Teymur oğlu və özəl baytar həkimi X5 iştirakı ilə tərtib edilmiş Aktdan görünür ki, 27 avqsut 2022-ci il tarixində İddiaçı məxsus 1 baş iri buynuzlu mal qaraya ot biçən aqreqatla Liman şəhər sakinləri tərəfindən ağır kəsici doğrayıcı iti tilələrlə xəsarət yetirmiş heyvan uzun müalicədən sonra heyvan sağalmadığına görə və damazlıq əhəmiyyətini itirdiyinə görə ət məqsədi ilə satılması məqsədə müvafiq sayılmışdır. Heyvan aldığı ağır xəsarətdən 27 avqust 2022-ci il tarixindən 2 sentyabr 2022-ci il tarixinədək qəti olaraq xəsarət ucbatından qida qəbul etməmişdir. Heyvan bu müddət ərzində diri çəkisi itirmişdir. Budur ki, İddiaçı məxsus 1 baş Holiştin Qara-ala inəyi 225 manat dəyərində satılması məqsədə uyğun satılmışdır. Heyvan Masallı rayon Şatıroba kənd sakini qəssab Məmmədov Rəşad Teymur oğluna 2 sentyabr 2022-ci il tarixində satılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Lənkəran rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 03 mart 2023-cü il tarixli məktubundan görünür ki, Boladi kəndi sakini İddiaçı tərəfindən Lənkəran rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə heç bir müraciət daxil olmamışdır. Elektron məhkəmə informasiya sistemindən Çıxarışdan görünür ki, X15 baytarlıq fəaliyyəti ilə məşğuldur və xx.xx.2021-ci il tarixdən etibarən vergi ödəyicisi kimi qeydiyyatdadır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu və 0,40 manat xdmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia cavabdehlər tərəfindən iddiaçıya məxsus malqaraya vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan iddianın tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1 və 1097.1-ci maddəsidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə məhkəmə iddia tələbinin dəlillərinə yuxarıda qeyd olunan hüquq normalarının tələbi baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus iri-buynuzlu «holştinq-friz» cinsli inək Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan Lənkəran rayonu, Liman şəhərində yerləşən torpaq sahəsinə girmiş və sonuncular özünə məxsus otbiçən traktor vasitəsilə həmin mal-qaraya xəsarət yetirməklə İddiaçı maddi ziyan vurmuşlar. Qeyd olunan «holştinq-friz» cinsli inəyin bazar qiyməti 2.100 manat olmuş, inək xəsarət almış vəziyyətdə 225 manata satılmışdır. Qeyd olunan hallar cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarla, baytarlıq xidməti göstərən X5 rəyi ilə öz təsdiqini tapır. Məhkəmə cavabdehlərin iddianın rədd edilməli olması barədə izahatının dəlillərinə qiymət verərək, hesab edir ki, iddiaçı tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etdiydən, iddianın rədd edilməli olmasını təsdiq edən sübutları təqdim etmək vəzifəsi cavabdehlərin üzərinə düşür, cavabdehlər də bu halları təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişlər. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş ziyana görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1875 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat manat müştərək qaydada tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 1875(bir min səkkiz yüz yetmiş beş) manat və məhkəmədə iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 40(qırx) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar