Məhkəmə qərarları › İş №2(049)-883/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-883/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-883/2023 17.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, iddiaçının nümayəndəsi: Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavaabdeh) xx.xx.2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında xx.xx.2015-ci il tarixinə qədər illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış və ödənilməmiş 214,52 (iki yüz on dörd manat 52 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2015-ci tarixdən xx.xx.2019-cu il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış cəmi 10 703,46 (on min yeddi yüz üç manat 46 qəpik) manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 14 423,71 (on dörd min dörd yüz iyirmi üç manat 71 qəpik) məbləğində penya, cəmi 25 341,69 (iyirmi beş min üç yüz qırx bir manat 69 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC «Xalq» Bankı ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən İddiaçı tərəfindən Borc alana 24 (iyirmi dörd) ay müddətinə, kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) ödənilməsi şərtilə, 50 000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC «Xalq» Bankı ilə ipoteka qoyan X3 arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 29 avqust 2013-cü il tarixli **********48213/01 №-li İpoteka müqaviləsi (bundan sonra «İpoteka müqaviləsi» adlandırılacaq) bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2016-cı il tarixli 2(049)-89/2016 №-li qətnaməsi ilə iddia tələbləri təmin edilmiş və xx.xx.2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh İddiaçı qarşısında olan 20 730,87 (iyirmi min yeddi yüz otuz manat 87 qəpik) manat əsas borc məbləği, 2 608,24 (iki min altı yüz səkkiz manat 24 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 955,32 (doqquz yüz əlli beş manat 32 qəpik) manat məbləğində cərimə faizləri, cəmi 24 294,43 (iyirmi dörd min iki yüz doxsan dörd manat 43 qəpik) manat pul vəsaitinin, xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizləri, dövlər rüsumu kimi ödənilmiş 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq olunması üçün ödənilmiş 15 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat məbləğində çəkilmiş xərclər xx.xx.2013-cü il tarixli **********48213/01 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan ASC “Xalq” Bankının qarşısında ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarxli, MA seriyalı ******* saylı Çıxarışa əsasən cavabdeh X1 məxsus Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evinə yönəldilməklə onun dəyərindən ASC “Xalq” Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunmuş onun likvid dəyəri olan 75 000 (yetmiş beş min) manat məbləğində təyin edilməsi qət edilmişdir. Həmin işlə bağlı cavabdehlər X3, X4, Cavabdeh və üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-108/2018 №-li qətnaməsi ilə qismən təmin edilərək Cavabdeh kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc 2 393,65 (iki min üç yüz doxsan üç manat 65 qəpik) manat məbləğinə endirilmiş, cərimə borcu 801,36 (səkkiz yüz bir manat 36 qəpik) manat məbləğində müəyyən edilmiş, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti isə 90 000 (doxsan min) manat məbləğində müəyyən edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-89/2016 saylı qətnaməsi xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması hissəsində ləğv edilmişdir. Qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən cavabdehlər X3, Cavabdeh, X4 və üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-6319/2018 №-li qərarı ilə təmin edilməmiş, apellyasiya instaniyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(106)-108/2018 №-li qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda həmin fərdi yaşayış evi satılmadığından onun alınması iddiaçı ASC “Xalq” Bankına təklif edilmiş və Bank buna öz razılığını bildirmişdir. Yaşayış sahəsinin alqı-satqısı Hərrac təşkilatçısı və iddiaçı ASC “Xalq” Bankı tərəfindən imzalanmış Hərracın nəticələri haqqında № 48/05 nömrəli protokol və iddiaçı ASC “Xalq” Bankı ilə Hərrac təşkilatçısı arasında 26 iyul 2019-cu il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 57375,00 (əlli yeddi min üç yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində Bankın balansına keçməsinə baxmayaraq, Cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2015-ci il tarixinədək hesablanmış və ödənilməmiş 214,52 (iki yüz on dörd manat 52 qəpik) manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2021-ci il tarixinə bu məbləğ 14 423,71 (on dörd min dörd yüz iyirmi üç manat 71 qəpik) manat təşkil etmişdir. İpoteka predmeti hesabına İddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən İddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə İddiaçı tərəfindən Cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər hər hansı əməli addım atılmamışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırkı iddia ərizəsinə iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki dövrlər ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar.az/page-188/credit-institutions saytdan çıxarış) göründüyü kimi, AR Mərkəzi Bankının „Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta illik faiz dərəcələrinə dair Məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək illik faiz dərəcəsi 18 % (on səkkiz faiz) təşkil edir. Kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə (yuxarıda qeyd edilən Arayışın tarixinə) kimi əldən çıxmış faydanın hesablanmasında isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyinə görə Bank AR MM-in 445.7-ci maddəsinə istinad edərək illik 5 % (beş faiz) dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Belə ki, həmin maddəyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunanlara əsasən Bank kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2015ci il tarixdən xx.xx.2021-ci il tarixə (vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixə) kimi əldən çıxmış faydanın hesablanmasında MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz dərəcəsini (illik 5 %) və müvafiq arayışlarda göstərilmiş orta illik faiz dərəcəsini (illik 18 %) əldə rəhbər tutmağı (müvafiq faiz dərəcələri yuxarıda qeyd edilmiş dövrlər üzrə nəzərə alınmaqla) əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (xx.xx.2015-ci il) vaxtı keçmiş əsas borc məbləğinin tam şəkildə qaytarıldığı tarixədək (xx.xx.2021-ci il) olan dövr üçün bu məbləğ 10703,46 (on min yeddi yüz üç manat 46 qəpik) manat təşkil edir. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini azaldaraq Cavabdeh xx.xx.2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında xx.xx.2015-ci il tarixdən xx.xx.2019cu il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər isə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış cəmi 10 703,46 (on min yeddi yüz üç manat 46 qəpik) manat məbləğində zərər (əldən çıxmış fayda), xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 14 423,71 (on dörd min dörd yüz iyirmi üç manat 71 qəpik) manat məbləğində penya, cəmi 25 127,17 (iyirmi beş min bir yüz iyirmi yeddi manat 69 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etdiyini bildirib MPM-nin 53-cü maddəsinə əsasən verilmiş ərizə nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli 2(049)-89/2016 №-li qətnaməsindən görünür ki, iddiaçı ASC “Xalq” Bankın cavabdeh X1 qarşı 29 avqust 2013-cü il tarixli **********48213/01 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh A.Ə.Şahverdiyevaya məxsus Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət. 2 mərtəbəli 4 otaqlı 71 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, 29 avqust 2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsi üzrə Borc alanın iddiaçı qarşısında 20730,87 (iyirmi min yeddi yüz otuz manat 87 qəpik) manat əsas borc məbləği, 2608,24 (iki min altı yüz səkkiz manat 24 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixinə qədər vaxtı keçmiş .əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 955,32 (doqquz yüz əlli beş manat 32 qəpik) manat məbləğində hesablanmış cərimə faizləri, cəmi 24294,43 (iyirmi dörd min iki yüz doxsan dörd manat 43 qəpik) və xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin cavabdehin buna etiraz etmədiyi təqdirdə ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 75 000 (yetmiş beş min) manat məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiririnin rəyi əsasında təyin edilməsi barədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X5 isə iddiaçı ASC “Xalq” Bankı və cavabdeh Lənkəran 1 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran şəhəri, M.Ağayev küçəsi 71-də yerləşən 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261,9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin X3 tərəfindən ASC “Xalq” Bankının Lənkəran filialında ipotekaya qoyulması barədə xx.xx.2013-cü il tarixli **********48 213/01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin evin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə Lənkəran Rayon Məhkəməsində baxılaraq, iddia tələbləri təmin edilmiş və xx.xx.2013-cü il tarixli **********48213 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh İddiaçı qarşısında olan 20 730,87 (iyirmi min yeddi yüz otuz manat 87 qəpik) manat əsas borc məbləği, 2 608,24 (iki min altı yüz səkkiz manat 24 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, əsas borcun qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2015-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 955,32 (doqquz yüz əlli beş manat 32 qəpik) manat məbləğində cərimə faizləri, cəmi 24 294,43 (iyirmi dörd min iki yüz doxsan dörd manat 43 qəpik) manat pul vəsaitinin, xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizləri, dövlər rüsumu kimi ödənilmiş 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq olunması üçün ödənilmiş 15 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 40 (qırx) manat məbləğində çəkilmiş xərclər xx.xx.2013-cü il tarixli **********48213/01 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan ASC “Xalq” Bankının qarşısında ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarxli, MA seriyalı ******* saylı Çıxarışa əsasən cavabdeh X1 məxsus Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evinə yönəldilməklə onun dəyərindən ASC “Xalq” Bankının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunmuş onun likvid dəyəri olan 75 000 (yetmiş beş min) manat məbləğində təyin edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2018-ci il tarixli 2(106)- 108/2018 №-li qətnaməsindən görünür ki, cavabdehlər X3, X4, Cavabdeh və üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Cavabdeh kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc 2 393,65 (iki min üç yüz doxsan üç manat 65 qəpik) manat məbləğinə endirilmiş, cərimə borcu 801,36 (səkkiz yüz bir manat 36 qəpik) manat məbləğində müəyyən edilmiş, Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti isə 90 000 (doxsan min) manat məbləğində müəyyən edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(049)-89/2016 saylı qətnaməsi xx.xx.2015-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında zərərin (əldən çıxmış faydanın) əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan cərimə faizlərinin tutulması hissəsində ləğv edilmişdir. Qalan hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018ci il tarixli, 2(102)-6319/2018 №-li qərarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin qeyd olunan qətnaməsindən cavabdehlər X3, Cavabdeh, X4 və üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti ilə təmin edilməmiş, apellyasiya instaniyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış Hərracın yekunları barədə 26 iyul 2019-cu il tarixli Protokoldan görünür ki, ipoteka predmeti olan Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 79.6 kv.m yaşayış, 182.3 kv.m yardımçı, 261.9 kv.m ümumi sahədən ibarət, 2 mərtəbəli, 4 otaqlı, 71 nömrəli fərdi yaşayış evi 57375 manata iddiaçıya satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin məzmununa görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı eyni növlü və oxşar şərtlərlə verilən kreditlər barədə statistik məlumatlara istinad etməklə daşınmaz əmlakın girovu ilə verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsinin illik 18 % təşkil etdiyini bildirərək cavabdehin iddiaçı qarşısında öz müqavilə öhdəliklərini gecikdirməsinə görə cavabdehdən vaxtı keçmiş əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanmış 10.703.46 manat əldən çıxmış faydanın əvəzini tələb etsə də, əldən çıxmış faydanın hansı əsasla hesablanması, oxşar kredit müqavilələri üzrə iddiaçının əldə etdiyi real gəlirlərin mənbəyi və miqdarı ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % dərəcəsi ilə hesablanmış 14.423.71 manat penya məbləği tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixdə bitmiş və həmin vaxtdan sonrakı müddət üçün ödənilməsi gecikdirilmiş məbləğə görə faiz hesablanmışdır. Həmin vaxtdan sonra xx.xx.2019-cu il tarixədək olan müddət üçün kredit borcu üzrə ödənilməsi gecikdirilmiş məbləğə hansı əsasla penya hesablanmış ilə əlaqədar iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar