Məhkəmə qərarları › İş №2(049)-887/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-887/2023

12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-887/2023 12.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(049)- 3556/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləğini artırmaqla 29 mart 2013-cü il tarixdə doğulmuş X11 və 27 mart 2015-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 220 manat olmaqla iki uşağa hər ay cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi iddia tələbini onunla əsaslandırılmışdır ki, Lənkəran rayon Məhkəməsinin 2(049)-4776/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün hər bir uşaq üçün ayda 117 manat olmaqla cəmi 234 manat aliment məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin alimentin sabit pul məbləğində bir uşaq üçün 117 manat müəyyən edilməsi uşaqların xərclərini ödəməyə kifayət etmədiyinə görə alimentin məbləğinin artırılması ilə bağlı Lənkəran Rayon Məhkəməsinin 2(049)-3556/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq hər bir uşaq üçün 130 manat məbləğdə təyin edilmişdir. Lənkəran rayon Məhkəməsi tərəfindən çıxarılmış sonuncu qətnamədə qeyd olunmuş aliment məbləği hazırki şəraitdə uşaqlarının heç bir tələbatının ödənilməsinə yetmir və bu vəsait hesabına uşaqların sağlamlığının qayğısına qalmaq və zəruri xərcləri ödəmək mümkün deyildir. Uşaqlar hər dəfə müayinəsi, müalicəsi üçün dərmanların alınmasına və digər xərclərinə maddi vəsait lazım olur. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərməməklə yanaşı onların əlavə xərclərində də iştirak etmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq eyni zamanda onların maddi tələbatlarını lazımi səviyyədə ödəmək qadın olaraq onun üçün çox çətindir. Buna görə də görə o yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda X1 şəhər xarici dillər təməyüllü internat tipli gimnaziynın lV sinifində və X3 isə 2-ci sinifdə təhsil alır. Keçən ildən fəqli olaraq uşaqların məsrəflər yetərincə artmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, cavabdeh ilə birgə nikahdan xx.xx.2013-cü il tarixdə Əli və xx.xx.2015-ci il tarixdə Aylin adlı iki uşaqlrı doğulmuşdur. Uşaqlarının tələbatı artığına görə 260 manat alimentlə kifayət etmir. Cavabdeh bir dəfə də olsun öz uşaqlarını görməmiş, indiyə qədər maraqlanmamışdır. Uşaqların alimentini də hazıkı vaxtadək cavabdeh deyil, cavabdehin atası, yəni uşaqların babası ödəmişdir. İddiaçı öz bibisi qızı ilə evlənmiş və hazırda Sumqayıt şəhərində yaşayır. O, təkbaşına iki uşağın xərclərini qarşılaya bilmir və buna görə alimentin miqdarının artırılmasının xahiş etdi. Məhkəmə iclası vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq gəlməmiş gəlməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 09 sentyabr 2016-ci il tarixli, 2(049)-4776/2016 saylı qətnaməsindən görünür ki, iddaçıyla cavadehin nikahları pozulmüş və nikah pozulduqdan sonra 29 mart 2013-cü il tarixdə doğulmuş X11 və 27 mart 2015-ci il tarixdə doğulmuş X7 cavabdeh İddiaçı himayəsində qalmasını qət etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 12 iyul 2016-ci il tarixli, 2-(049)-6399/2016 saylı qərarı ilə təyin edilmiş alimentin miqdarı artırılaraq, hər ay 130 manat məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan müəyyən olunur ki, İddiaçı işləmir. Elektron Məhkəmə Sistemindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-də satış üzreə nümayəndə işləyir və aylıq gəliri 350 manatdır. Məhkəmə, iddiaçının izahatlarını, habelə mülki işə əlavə edilmiş sənədləri araşdırıaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, tərəflər arasında nikah pozulduqdan sonra iddiaçı tərəfindən aliment bir dəfə artırılmış, əvvəlcə, 117 manat daha sonra isə 130 manat kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimnetin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd əlavə təhsil xərcləri deyil, məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum keçən il ərzində artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, uşaqların hazırda iddiaçının yanında olmasını, eləcə də iddiaçının heç bir yerdə işləməməsini, cacabdehin isə işləyərək sabit gəlir əldə etməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, ailə vəziyyətini və aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarın müəyyən edilməsini əsaslı sayır. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2023-cü il üçün yaşayış minimumu haqqında qanunda qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş subutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3556/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 29 mart 2013-cü il tarixdə doğulmuş X5 və 27 mart 2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, ümumilikdə iki uşaq üçün hər ay 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar