Məhkəmə qərarları › İş №2(049)-898/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-898/2024

15.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-898/2024 15.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X20 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə 15 may 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 20 fevral 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla cəmi 470 manat sabit pul miqdarında alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını də onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2011-ci ilin mart ayında faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X13 adlı iki əkiz uçaqları dünyaya gəlmişdir. 2015-ci il fevral ayının 20-dən cavabdehlə ayrılmışlar və həmin vaxtdan ayrı yaşamışdırlar. 2015-ci ilin fevral ayında Lənkəran Rayon Məhkəməsi onun iddiası əsasənda xx.xx.2015ci il tarixli 2(049)-473/2015 nömrəli qətnaməsi ilə övladları xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanəlması üçün hər ay cavabdehdən hər bir uşaq üçün 108 manat məbləğində aliment tutulması və ona ödənilməsi barədə qətnamə qəbul etmişdir. Sonradan Lənkəran Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixli 2(049)-5843/2016 nömrəli qərardadla iki uşağın cəmi məbləği olan 216 manat aliment pulundan 160 manatdan artıq hissəsindən imtina edilməsi barədə barışıq sazişi əsasında qərardad qəbul edilmişdir. Halbuki uşaqlar üçün nəzərdə tutlmuş alimentin barışıq sazişinə daxil edilməsi əsassız və qanunsuz olduğunu bildirmişdir. Ona görə də o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2016-cı il tarixli 2(049)-5843/2016 nömrəli qərardadta aşağıdakılar göstərilmişdir : 1 İddiaçı, ümumilikdə 1500 manat pulu cavbdehlər X17, Cavabdeh 1300 manat pulu indi, 200 manat pulu 10 gün müddətində ödəyəcəylərini öhdələrinə götürdüklərinə görə Lənkəran rayon məhkəməsinin 216 manat aliment pulunun 160 manatdan artıq hissəsindən və evə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbindən imtina etməsini öhdəsinə götürür. 2 Cavabdehlər X17, Cavabdeh mübahisə predmeti olan mənzilə köçürülməsindən və Lənkəran rayon məhkəməsinin 20 fevral 2015-ci il tarixli 2(049)-473/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 216 manat aliment pulunun 160 manatdan artıq hissəsindən imtina etdiyi üçün ümumilikdə 1500 manat məbləğində pulu ( 300 manat pulu indi, qalan 200 manat pulu isə 10 gün müddətinə) ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında uşağının xəstəliyi ilə bağlı iştirak edə bilmədiyini göstərib məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Hazırki iddia ilə bağlı məhkəmə qeyd edir ki, MPM-nin 172.1.3-cü maddəsinə əsasən işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan 04 ay müddətindən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Hazırki iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və baxılmalı son müddət 29.052024-cü il tarix olduğunu, bu müddət ərzində tərəflərə göndəriləcək bildirişlərin alınması barədə sənədin məhkəməyə vaxtında çatdırılması mümkün olmayacağını, məhkəmə baxışı iclasında artıq sübutların qəbul olunmamasını və məhkəmə baxışı iclasınadək işdə olan sübutlardan istifadə olunacağını nəzərə alaraq məhkəmə hesab edir ki, işə iddiaçının iştirakı olmadan baxılması mümkündür. Cavabdedh isə məhkəməyə gəlməməsi səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Lakin iddia ərizəsinin surətini aldıqdan sonra məhkəməyə qanunla müəyyən edilmiş müddəti ötürməklə iddiaya etirazını göndərmişdir. Belə ki, MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. İşdə olan poçt qəbzindən görünür ki, iddia ərizəsinin surəti cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana yaşamadığı üçün xx.xx.2024-cü il tarixdə “köçüb” qeydi ilə çatdırılmamış geri qaytarılmışdır. Bu hal ilə bağlı məhkəmə qeüyd edir ki, “Ali Məhkəmənin bülleteni” jurnalının 2012-ci ilin 3-cü nömrəsinin 36-40-cı səhifələrində olan,”Tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz” adlı başlıq altında verilmiş materialda qeyd edilmişdir ki, “Apellyasiya instansiya məhkəməsi tərəfindən 10 may 2011-ci il tarixli qətnamə N.M.Hüseynova mülki prosessual qanunvericilikdə nəzərdə tutulduğu qaydada çatdırılmış hesab olunmalıdır. Belə ki, X7 yaşadığı ünvanın ünvan 1lları ilə və xüsusən də N.M.Hüseynovun özünün məhkəməyə müraciət etdiyi ərizələrlə təsdiq olunur. Mülki işin materialları ilə təsdiq olunur ki, apellyasiya instansiya məhkəməsinin 10 may 2011-ci il tarixli qətnaməsi N.M.Hüseynova Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, ev 11-ə göndərilmiş, lakin o evdə yaşamadığına görə geri qaytarılmışdır.” Göründüyü kimi, hətta poçt göndərişinin verilməsi haqqında xəbərnamə “köçüb” qeydi ilə geri qaytarılsa da, iddia ərizəsinin surəti yuxarıda qeyd olunmuş Ali Məhkəmənin mövqeyində göstərildiyi kimi, xx.xx.2024-cü il tarixdə cavbabdehə çatdırılmış hesab olunur. İddiaya qarşı etiraz isə bundan 01 ay 01 gün keçdikdən sonra, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Buna görə də məhkəmə, etirazda göstərilmiş əsaslara toxunmadan onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə olan materialları nəzərədən keçirib hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X13 doğulmuşdur. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(049)- 473/2015 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehdən hər bir uşaq üçün 108 manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016 tarixli 2(049)- 5843/2016 saylı Qərardadın surətindən görünür ki, 1500 manat pulu X17, Cavabdeh 1300 manat pulu dərhal, 200 manat pulu 10 gün müddətində ödəyəcəylərini öhdələrinə götürdüklərinə görə Lənkəran rayon məhkəməsinin 216 manat aliment pulunun 160 manatdan artıq hissəsindən və evə köçürülmə, mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbindən imtina etməsini öhdəsinə götürür. X17, Cavabdeh mübahisə predmeti olan mənzilə köçürülməsindən və Lənkəran rayon məhkəməsinin 20 fevral 2015-ci il tarixli 2(049)-473/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 216 manat aliment pulunun 160 manatdan artıq hissəsindən imtina etdiyi üçün ümumilikdə 1500 manat məbləğində pulu (1300 manat pulu dərhal, qalan 200 manat pulu isə 10 gün müddətinə) ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan X10 xx.xx.2012-ci il 1054 saylı sənədindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 hipoksik tarvmatik ensetalopatiyasının zədlənməsi əyripəncəlik diaqnozu qoyulmuşdur. İş materiallarında olan X18 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2018-ci il 576 saylı rəyindən görünür ki, xx.xx.2012-ci il təvvəlüdlü X11 zəif dərəcəli hipermetroz diaqnozu qoyulmuşdur. İş materiallarında olan “X26”-in xx.xx.2012-ci il tarixli müayinə vərəqəsindən görünür ki, X5 incik sümüyünün perinotal neyropatiyası sağ pəncə əziyi, xəstəyə imkan daxilində protez və stasionar müalicə məsləhət verilmişdir. İş materiallarında olan Lənkəran Mərkəzi Rayon Xəstəxanasının 708 nömrəli çıxarışından görünür ki, X14 qapalı kəllə beyin travması və yüngül dərəcəli beyin silkələnməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Lənkəran Mərkəzi Rayon Xəstəxanasından 3619 saylı çıxarışdan görünür ki, X3 qastro enteroxlorit diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Lənkəran 1 Saylı Mediasiya MŞL/MT014/2023-02822 nömrəli arayışından görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən qabaq mediasiya şurasında iştirak etmiş, lakin cavabdeh məlumatlandırılmasına baxmayaraq mediassiya sessiyasında iştirak etməmişdir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində cavabdehin 470 manat miqdarında aliment vermək imkanına malik olduğunu göstərsə də, bunu təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Əslində bu hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilər. Lakin, hamıya bəllidir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. Məhkəmə məhz bu halları nəzərə alaraq hesab edir ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(049)-473/2015 qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən tərəflərin xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul miqdarında alimentin alınıb iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X23» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşaqların saxlanmaları üçün ayda 350 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır. Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 4200 manat təşkil eləyir (350 manat x 12 aya =4200). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (4200- 1000=3200) 3200 manat məbləğin 1%-i olan 32 manat, cəmi (30+32=62) 62 manat dövlət rtüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 cavabdeh X12 qarşı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq X8 xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul miqdarında alimentin alınıb X9 verilsin. İddia qalan hissədə təmin edilməsin. X16 və X1 üçün cavabdehdən hər ay cəmi 350 manat sabit pul miqdarında alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdehdən 62 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X24

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar