Məhkəmə qərarları › İş №2(049)-903/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-903/2025

03.11.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-903/2025 03.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, Bağırov Əkrəm Muxtar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran regional “ASAN xidmət” mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonu, Hirkan qəsəbəsi ərazisində yerləşən 1.45 ha pay torpaq sahəsinə yerində müayinə keçirilməsi üçün Cavabdeh və onun ailə üzvləri tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə verərək onun Cavabdeh qarşı torpağın zəbtdən azad olunmasına dair mülki iş vardır. Həmin iş üzrə idianın baxılmamış saxlanılması və iddia ərziəsinin və ona əlavə edilmiş sənədlərin eləcə də dövlət rüsumunun geri qaytarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında ərizə verərək İddiaçı ona qarşı torpağın zəbtdən azad olunmasına dair mülki işin baxılmamış saxlanılmasına etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və tərəflərin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar