Məhkəmə qərarları › İş №2(049)-905/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-905/2025

04.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-905/2025 04.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X2- İddiaçı FHN tikintidə X1rşı qərarın qanunsuz hesab edilərək ləğv olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqaladə Hallar Naziirlyi Tikintidə X3 Agentliyi tərəfindən şəxsi mülkiyyətində olan torpaq sahəsində, metal borularla tikdiyi və ona məxsus olan istixananın sökülməsi barədə xx.xx.2025 il tarixli, 0002 saylı qərarının qanunsuz hesab və ləğv olunması barədə qətnamə çıxarılmasını etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizə qəbul etməkdən imtina edilməli və ərizə iddiaçıya ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-cı maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçı tələbinin ümumi məhkəməyə aidiyyatı yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avgust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanlarının təsnifatının 19.1.2-ci bəndindən görünür ki, Tikintidə X3 Agentliyi inzibati orqan hesab olunur. Hazırda o, inzibati orqanın qərarını mübahisələndirir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında məhkəmələrdə baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Qeyd edirəm ki, burada “iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır” dedikdə mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin inzibati məhkəməsi nəzərdə tutulur. Hazırki mübahisə ilə əlaqədar iddiaçı Şirvan İnzibati Məhkəməsində iddia qaldırmalıdır. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizə qəbul etməkdən imtina edilməli, iddia ərizəsi ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya qaytarılmalı və İddiaçı Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli **********9 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 2, 8, MPM-nin 151, 153, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı FHN tikintidə X1rşı qərarın qanunsuz hesab edilərək ləğv olunması tələbinə dair iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun və iddia ərizəsi ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə **********9 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. MPM-nin 153.5-ci maddəsinin tələblərinə əsasən İddiaçı izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə ümumi məhkəmədə həmin şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan tərəfə rəsmi təqdim olunduğu vaxtdan on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar